Maddənin aqreqat halları



Yüklə 71,62 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix29.03.2022
ölçüsü71,62 Kb.
#54415
  1   2   3
Maddələrin aqreqat halı — Vikipediya



Maddələrin aqreqat

halı

Maddənin aqreqat halları (

lat.


 aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında

olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu

və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və

onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə

sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur.



Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil

edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə

olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və

həcmə malik olur.

Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə

qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik

olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz

aqreqat halları arasınd aralıq yer tutur. Mayelər üçün müəyyən həcmin olması və formanın

olmaması xarakterikdir.

Maye maddə buxarlanma, qaynama nəticəsində qaz halına keçir. Bu halda hissəciklər

arasındakı məsafə mayedə olduğundan daha çox artaraq, onların öz ölçülərinə nisbətən bir

neçə dəfə böyük olur. Buna əsasən hissəciklər arasındakı qarşılıqlı təsir qüvvələri daha artıq

zəifləyir. Bu halda isə hissəciklər öz yerlərini sərbəst surətdə dəyişə bilir.

Maddənin dördüncü halı da mövcuddur. Çox yüksək temperaturlarda maddələr ionlaşmış

qaza - plazmaya çevrilir. Maddənin "plazma" adlanan bu halını yerlərini fasiləsiz dəyişən

elektron, ion, atom və hətta nüvələrin qarışığı təşkil edir. Temperaturu 10000-100000 

0

C-yə


bərabər olan plazma "soyuq", 1000000 

0

C-yə qədər olan plazma isə "qaynar" plazma adlanır.



Maddənin aqreqat hallarının dəyişməsi


Axırıncı halda dur plazmada neytral atomlar olmur. O yalnız elektron, ion və atom nüvələrinin

qarışığından ibarət olur. Buna görə də, plazma elektroneytral olsa da, o, elektron və ion

keçiriciliyinə malik olur.


Yüklə 71,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin