Maddi Mədəni irs nümunələri muzeylərin tədqiqat obyekti kimi


Sxem 1. Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması sahəsində görülən tədbirlər



Yüklə 45 Kb.
səhifə2/4
tarix24.03.2022
ölçüsü45 Kb.
#54099
1   2   3   4
Fidan-1-ci fəsil

Sxem 1. Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması sahəsində görülən tədbirlər


Mənbə: “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin qərarı. 14 iyul 2015-ci il.
Hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları, o cümlədən ictimai və yaradıcılıq birlikləri mülkiyyətlərində olan daşınar mədəni sərvətləri qorumalıdırlar. Bu məqsədlə onlar tərəfindən aşağıdakı tədbirlər görülməlidir [1]:

  • mülkiyyətlərində olan mədəni sərvətlərin siyahıya alınması, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi;

  • mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə mühafizə müqaviləsinin bağlanılması.

Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Ölkəmiz 22 ildir ki, UNESCO-nun üzvüdür. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Bu əlaqələrin inkişafında Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Mehriban xanım 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlamışdır [9].

Bu əlaqələrin nəticəsidir ki, hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Belə ki, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının yüksək dəyəri nəzərə alınaraq 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Qeyd etmək istərdik ki, 2013-cü il UNESCO tərəfindən İçərişəhər Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ölkəmizdə əlaqələrin yeni mərhələsi olmuşdur. Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur [9].

İçərişəhərin UNESCO-nun gücləndirilmiş mühafizə rejimli abidələrinin siyahısına daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.

Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.



Azərbaycan alimləri 40 ildən bəri Qobustanın öyrənilməsi ilə məşğul olmuşlar. Qobustanın fotoşəkilləri, alimlərimizin bu qoruq barədə elmi əsərləri komitə üzvlərində böyük maraq doğurdu. Nəticədə sessiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil olunması barədə yekdilliklə qərar qəbul etdi. Beləliklə, bu qərara əsasən, Qobustan da beynəlxalq təşkilatların nəzarəti altındadır, onun qorunması və inkişaf etdirilməsi həm də bəşəri əhəmiyyət daşıyır. Azərbaycan qoruqla bağlı mütəmadi olaraq hər il komitəyə məlumatlar təqdim edir.



    1. Yüklə 45 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin