Magistr dissertasiyasi



Yüklə 0,98 Mb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#45422
1   2   3   4
nəqliyyatda dövlt tənzimləmsi

Mənbə: www.azstat.org

Nəqliyyat və qeyri-nəqliyyat sektorunda yük daşınması (1000 ton) cədvəlindən də görsəndiyi kimi nəqliyyat sektoru qeyri nəqliyyat sektoruna görə üstünlük təşkil edir və burdan da belə qənaətə gəlmək olar ki, yük daşınmasından əldə edilən gələrilər də fərqli olacaqdır.


















39



















Cədvəl 2.5




Nəqliyyat sektorunda daşınmalardan əldə olunan gəlir



















(min manat*)




























2009




2011

2013




2015




























Cəmi

2 889 608




3 283 599

3 508 772




4 005 562




Dəmir yolu

149 654

196 683

223 315




232 077




























Dəniz

122 475




109 710

97 901




93 990




Hava

331 503

557 911

779 843




828 058




























Boru kəməri

1 705 495




1 605 901

1 448 865




1 679 770




neft kəməri

1 533 325

1 444 549

1 249 234




1 325 903




























qaz kəməri

172 170




161 352

199 631




353 867




Avtomobil

569 092

784 626

916 044




1 128 662




























Tramvay

-




-

-




-




Trolleybus

-

-

-




-




























Metro

11 389




28 768

42 804




43 005





















































Mənbə: www.azstat.org

Cədvəl 2.5 göründüyü kimi hər bir nəqliyyat növü üzrə daxil olan gəlir kəmiyyət etibarı ilə 2008-ci ilə nəzərən 2015-ci ildə 8.5 dəfəyə yaxın artım olmuşdur. Cədvəldən də aydın olduğu kimi boru kəmərləri vasitəsi ilə olan nəqliyyat kateqoriyası üstünlük təşkil edir. 2015-ci ildə boru kəməri nəqliyyat vasitəsindən gələn gəlir 2008-ci ilə nisbətən 93 dəfə çoxluq təşkil edir.







Mənbə: www.azstat.org

40
Hər bir strukturda olduğu kimi nəqliyyat sektoruna da investisiya qoyuluşlarının olması sağlam rəqabəti, sahibkarlığın inkişafı üçün təkan və stimul yaratmış olur. Qanunvericilik ilə nəzərdə tutlumuş 02 sentyabr, 2000-ci il qaydasına əsasən “Lisenziya tələb edilən fəaliyyət növləri və onları verən icra orqanlarının siyahısı” haqqında qəbul olunmuş fərmana görə xüsusi icazə tələb edən nəqliyyat
vasitələrindən əlavə özəl şirkətlərin yaradılmasına icazə verilir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən kadrların orta illik saylarının dəyişimi dinamikasına baxsaq görərik ki, 2012-ci ildə 2008-ci ilə nisbətdə təqribi 57% artım müşahidə olunmuşdur. Cədvəlin təhlilindən belə nəticəyə gəlinir ki, əsas ciddi artım 2012-2015-ci illərdə kadrların daha çox artımı müşahidə olunan nəqliyyat vasitələrinə
hava nəqliyyatı aid olunur. Hava nəqliyyatı 69%, poçt fəaliyyətinə digərlərinə nisbətdə 47% artım müşahidə olunmuşdur.
Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində qanunvericilik bazası hər il daha da inkişaf etdirilir və təkmilləşdirilir, bu istiqamətdə görülən tədbirlərdən biri investisiyanı (kapital qoyuluşunu) əsas göstərmək olar. Hal-hazırda respublikamızda nəqliyyat sekoruna investisya qoyuluşu artmaqdadır və prioritet sahələrdən hesab olunmaqdadır. Bunu aşağıdakı təhlil əsasında daha aydın göstərmək

olar.

















































Cədvəl 2.6

Nəqliyyatda yönəldilmiş

investisiyalar































milyon manat




2009







2011







2013

2015




























Cəmi

706,0







509,4







559,7

195,3

Yerüstü və boru kəmərinəqliyyatının

181,1







484,6







677,3

553,1

fəaliyyəti

























Dəmir yolu nəqliyyatı

2,8







3,1







5,9

1,6

Digər quruyol nəqliyyatı

156,4




228,0







453,1

237,6

Boru kəməri

21,9







253,5







218,3

313,8

Su nəqliyyatı

35,6




83,5







9,7

112,7

Hava nəqliyyatı

31,9







180,4







281,9

397,2

Anbar təsərrüfatı və yardımçı nəqliyyat

457,4




1 760,9







590,8

1 132,4

fəaliyyəti

























41



Mənbə: www.azstat.org
Cədvəldən aydın olur ki, 2008-2015-ci illər müddətində kapital qoyuluşunun yüksək dərəcəsi 2010 və 2013-cü illərə təsadüf edir. 2010-cü il ilə müqayisədə 2013-cü ildə təqribən 4,5 dəfə artım müşahidə edilmişdir. 2010-cü il ilə fərqə əsasən qeyd olunmalıdır ki, 2013-cü ildə müxtəlif nəqliyyat növlərinə yatırılmış investisiya həcmi yerüstü və boru kəməri nəqliyyatının fəaliyyəti 2,9 dəfə, dəmiryol nəqliyyatı 2,3 dəfə, quruyolu nəqliyyatı 10,5 dəfə, hava nəqliyyatı üzrə 3,7 dəfə, anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti üzrə isə 19 dəfə artım göstəriciləri müşahidə edilir.
Hal hazırda nəqliyyat sektoru dövlətin prioritetlərindən hesab edilir və bu sahənin inkişaf etdirilməsi üçün dövlət proqramlar, fərmanlar qəbul edib imzalayır. Burada əsas məqsəd bu sahədə çalışan sahibkarların stimullaşdırılıması, nəqliyyat sektorunun inkişaf etdirilməsi (əsasən, investisiya) həmçinin ən önəmlisi əhali üçün təhlükəsiz bir məntəqədən digər məntəqə çatdırılmağının təmin olunmasıdır. Təbii ki, bütün bunlara nail olunmağ istiqamətində ətraf mühitin zərərli maddələr ilə çirkləndirilməsinin qarşısının alınması üçün də ETT-nin nailiyyətlərindən istifadə olunur. Təhlillərə əsasən qeyd olunmalıdır ki, nəqliyyat sektoru inkişaf etdirilən sahədir və perspektivli bir sahədir.

2.3. Azərbaycan Respublikasında nəqliyyat kompleksinin inkişafı istiqamətində dövlət siyasətinin başlıca hədəfləri


Respublikamızda nəqliyyat vasitələrindən əhalinin istifadəsinin yüksəldilməsi, həmçinin əhalinin həyat tərzinin və iqtisadiyyatın inkişaf etdirilməsi nəqliyyat sistemi

42
fəaliyyətinin inkişaf etidirilməsində əsas məqsədi daşıyır. Dövlətin sosial iqtisadi prioritetlərinin reallaşdırılması nəqliyyat sisteminin inkişaf mərhələlərinin iqtisadiyyatın inkişaf tempinə uyğun və iqtisadi artım fazasının keçməsi ilə birbaşa əlaqədardır.


İqtisadiyyatın inkişaf tempinin yüksəldilməsi mal dövriyyəsinin sürətləndirilməsini, nəqliyyat xərclərinin azaldılması, nəqliyyat sektorunun inkişafında qeyri bərabərliyin ləğv edilməsi ilə bərabər, ölkədə dayanıqlı və davamlı nəqliyyat şəbəkə sisteminin yaradılmasını zəruri bilir. Nəqliyyat sisteminin inkişaf
etdirilməsində əsas hesab edilən məqsədlərindən sayılan nəqliyyat diskriminasiyalarının ləğv olunması məqsədi üçün əhalinin bütün təbəqələrinin, həmçinin ölkəninin ucqar məntəqələrinə məskunlaşan əhalinin nəqliyyatla təmin olunmasıdır, bundan əlavə nəqliyyat xidmətlərinin göstərilməsində kefiyyətin yüksəldilməsi, nəqliyyatın vətəndaşlara və ekolgiyaya mənfi təsirlərinin azaldılması, bu sahə üçün ixtisaslı, yararlı kadrların hazırlanmasıdır. Nəqliyyat sektorunda artmağa davam edən avtomobilləşmənin üstünlüklərindən səmərəli şəkildə faydalanmaqla bərabər avtomobilləşmənin cəmiyyət üçün neqativ nəticələrinin minimuma endirilərək məhdudlaşdırılmasına istiqamətləndirilmiş tədbirlər də hazırlanmalıdır. Nəqliyyat xidmətinin inkişaf etdirilməinə əsas təkan (stimul) verən proseslərə respublikamızın dünya iqtisadiyyatına inteqrasiya etməsi, xarici ticarətin genişləndirilməsi (idxal-ixrac), nəqliyyat infrastrukturunun xarici ticarət əlaqələrinə uyğunlaşdırılması, coğrafi ərazi imkanlarından (tranzit ölkə) tam şəkildə yararlanmaq, daxili və xarici yükdaşınılması xidmətində rəqabətqabiliyyətliliyinin yüksəldilməsi aiddir. Nəqliyyatın inkişaf etidirilməsində digər bir əsas məsələlərdən biri isə respublikamızın dünya miqyasında geosiyasi şəraitinə əsasən müvafiq mövqeyə sahib olması milli təhlükəsizlik sisteminin elementi kimi olmasıdır. Nəqliyyat sektorunda qarşısında duran əsas vəzifələr nəqliyyatın əsas fondlarının amortizasiya tendensiyasının qarşısının alınması, texniki səviyyəsinin yüksəldilməsi, nəqliyyat sisteminin fəaliyyəti və inkişaf etdirilməsinin kompeksliliyinin artırılması, stuktur dəyişikliklərinin davam etdirilməsindən ibarətdir.

43
Dövlət tənzimlənməsinin nəqliyyat sektorunda rolunun artırılması zəruri haldır. Dövlət siyasətinə uyğun formada ölkənin iqtisadi sektorları ilə bərabər nəq liyyat sektorunun da, həmçinin ictimai ehtiyacların qarşılnması və iqtisadi tələblərin ödənilməsinə xidmət göstərilməsi baxımından əhəmiyyətli bir sahədir.


Nəqliyyat fəaliyyətinin tənzim edilməsi üçün dövlət minimum zəruri həddə qədər nəqliyyatın fəaliyyətinə müdaxilə etmək hüququ vardır. İqtisadi əsası olan müstəqil operatorların rəqabəti nəqliyyat sisteminin fəaliyyətinin əsasını təşkil edir. Dövlət operator kimi rəqabətli nəqliyyat xidməti bazarlarında öz iştirakına son qoymalıdır. Büdcə vəsaitlərindən istifadə olunması ilə yanaşı həmçinin fərdi investorların da cəlb olunması nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün zəruridir. Nəqliyyat infrastrukturunun genişləndirilməsi zamanı investorların cəlb olunması ilə infrastruktur kommersiyalaşdırılması məsələlərini kənarda qoymaq olmaz. Bele hesab olunur ki, bir neçə nəqliyyat infrastrukturunun özəlləşdirilməyə aid edilməsi mühüm əhəmiyyət kəsb edir.
Regionlarımızda mövcud olan ekolgiya və ictimai münasibətlər ilə əlaqədar qanunvericilik aktlarımız bu standartları nəzərə alır. Standartlar dedikdə bunlara təhlükəsizlik standartları, nəqliyyat xidmətləri, nəqliyyat infrastrukturunun ekologiyaya təsiri və nəqliyyat infrastrukturunun tutumu aid olunur. Mərkəzi icra hakimiyyəti orqanlarına nəqliyyatı tənzim etmə və idarəetmə funksiyalarını reallaşdırmaq üçün nəqliyyat təşkilatlarının səlahiyyətləri bu qeyd edilən orqanın tabeliyinə verilir. Bu səlahiyyətlərə nəqliyyat xidməti bazarının inkişafının təmin edilməsi, antiinhisar fəaiyyətinin reallaşdırılması, nəqliyyat sahəsində həyata keçirilən xidmət sferasının keyfiyyətinin yüksəldilməsi istiqamətində tənzim etmə və idarə etmə funksiyalarının yerinə yetirilməsi daxildir.
Nəqliyyat sektorunun müsirləşdirilməsi istiqamətində bir neçə prinsiplər həyata keçirilir. Həmin bu prinsiplər aşağıdakılardır:

  • Fərdi özəl sektorun fəaliyyətlərinin iştirakının stimullaşdırılması;




  • Mövcud istehsal sahələrinin yeni tikintilər ilə müqayisədə çatışmazlıqlarının aradan götürülməsi, həmçinin təkmilləşdirilməsi və inkişafına üstünlük verilməsi;

44


  • Çoxtəyinatlı obyektlərin yaradılması və nəticədə iqtisadi resurslara qənaət

edilməsi;




  • Prioritet hesab edilən layihələrin həyata keçirilməsi üçün maksimum ehtiyatların cəlb edilməsi və bundan əlavə xarici kapitaldan da istifadə olunması (həmçinin, xarici kapitalın cəlb edilməsi üçün stimulun yaradılması);




  • Infraturukturları olan iri obyektlər arasında rəqabətin məhdudlaşdırılması, həmin bu obyektlərin ixtisaslaşdırılması;




  • Müxtəlif nəqliyyat növləri arasında insfrastruktur inkişafına nail olunması və inkişaflarının əlaqələndirilməsinin təmin edilməsi.

  • icrasının təmin edilməsi.

Müxtəlif nəqliyyat növləri üzrə strateji infrastrukturun inkişaf etdirilməsi yönümündə prioritet istiqamətlər müəyyən olunur. Respublikamızda bu prioritet istiqamətlər aşağıdakılardır:




  • Avtomobil nəqliyyatı, bu istiqamətdə görülən tədbirlərə - avtomobil yollarının yenidənqurulması, bölgələr arası avtomobil yollarının müasir tələblərə cavab verən formada qurulması, yol hərəkətinin təşkil olunması və tənzim edilməsi məsələlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələrinin standartlaşdırma və sertifikasiya sistemlərinin yaradılması üzrə işlərin görülməsi;




  • Dəmir yolu nəqliyyatı, istifadəyə yararsız hesab edilən nəqliyyat sektorlarının nəqliyyatlarının yenilənməsi səbəbindən yenidən inşa edilməsi,

infrastruktur və dəmir yolu nəqliyyat vasitələrinin, yollarının müasirləşdirilməsi;




  • Hava nəqliyyatı, hava limanlarının sayının optimallaşdırılması, hava nəqliyyatı vasitələrinin idarə edilməsinin müasirləşdirilməsi və beynəlxalq tələblərə cavab verən standardartlara uyğunlaşdırılması;




  • Su nəqliyatı, liman komplekslərinin genişlənidirilməsi, konteyner daşınılması ilə məşğul olan yüklərin ixracının təmin olunması üçün daşınma güclərinin yüksəldilməsi;




  • Paytaxt və digər bölgələrimizdə nəqliyyat infrastrukturlarının yeniləşdirilməsi, bəzi yolların yenidən qurulmasının təmin edilməsi, genişləndirilməsi daha davamlı olmasının təmin edilməsi, yeni standartlara cavab verən yeni yolların,

45
yol ötürücülərinin, körpülərin, keçidlərin, yeraltı və çoxmərtəbəli nəqliyyat dayanacaqlarının inşası, az sərnişin tutumlu avtobusların iri tutumlu avtobuslar ilə əvəz olunmasının təmin edilməsi.
Özəl sahə ilə dövlətin qarşılıqlı əməkdaşlığı nəqliyyat sektorunun maliyyələşdirilməsi üçün qeyri dövlət vəsaitlərinin cəlb edilməsində perspektiv istiqamətlərdən hesab edilir. Bu istiqamətdə dövlətin əsas prioritet vəzifələrinə hüquq, imtiyaz (başqa sözlə, konsessiyalar) üçün dövlət və investorlar arasında riskin müəyyən edilməsi, öhdəlik və hüquqlarının qanunvercilik ilə təmin olunması, həmçinin özəl sektor və dövlət əməkdaşlığı üçün normativ hüquqi bazasının işlənib hazırlanmasıdır.
Dövlətimizin ali təhsil müəssisələrində təhsilin səviyyəsinin müasir tələblərə cavab verməsinin təmin edilməsi, nəqliyyat sektorunda fəaliyyət göstərən rəhbər işçilər və mütəxəssis kardların ixtisas artırma kurslarına göndərilməsi, multimodal və intermodal daşınma əməliyyatlarının loqistik idarə edilməsi hədəfi ilə yeni ixtisaslı kadrların hazırlanması zəruri faktor hesab olunur.
Qeyri dövlət operatorları nəqliyyat xidmətlərinin göstərilməsi və inkişaf edirilməsinin əsasını təşkil edir. Nəqliyyat xidmətlərini reallaşdığı bazarda hər bir seqment üzrə davamlılığı müəyyənləşdirən müəssisələr ilə münasibətdə səhmdar cəmiyyətlərin təşkilində dövlət iştirakının müəyyən keçid mərhələsində özünü doğrulda bilər. Nəqliyyat xidmətlərini təqdim edən bazarlarda şəxsi (özəl) operatorlar ilə rəqabət aparan dövlət təşkilatları (müəssisələri) özəlləşdirilməyə aid olunmalıdır. Nəqliyyat xidmətləri göstərən, təqdim edən bazarların əsas inkişaf istiqamətləri aşağıdakılar hesab edilir:

  • Təbii inhisarçının ixtisar olunması;




  • Bu sahədə potensial rəqabətçi və inhisarçı sahələrin ayrılması;




  • Rəqabətə davamlı olmayan iqtisadi və inzibati əngəllərin aradan

qaldırılmasının təmini;




  • Qiymətlərin tənzimedilməsi üçün sərbəst qiymətlər bazarına keçid mərhələsinin yaradılması;

46


  • Biznes fəaliyyətinin stimullaşdırılmasının bazarın müxtəlif seqmentləri üzərində tətbiqi;




  • Lisenziyalaşdırma müxanizminin təkmilləşdirilməsi, həmçinin nəqliyyat sisteminə aid olan xüsusi təyinatlı obyekt və nəqliyyat vasitələrinin sertifikasiyasının uyğunluğunun təsdiq olunması.

Çoxsaylı xırda və qeyri effektiv operatorlarının fəaliyyəti təhlükəsizlik və nəqliyyat xidmətinin standartları məsələlərini təhlükə altına alır həmçinin əsas fondların inkişaf etdirilib təkmilləşdirilməsinə maneə yaratmış olur. Bu istiqamətdə dövlət öz təsirini göstərməkdə davam edir, bu təsir əsasən dövlətin keyfiyyət tələblərini sərtləşdirmə yolu ilə biznesi təkmilləşdirmə addımlarıdır. Biznesin təkmilləşdirilməsi prosesi qanunvericiliyə əsaslanaraq bütün mexanizmlərdən faydalanmaq, həmçinin alyansların fəaliyyətinin təmin edilməsi ilə korporativ əsaslarda reallaşadırılmasıdır.


Bazar mexanizmləri tariflər vasitəsi ilə bazarı yetərincə xidmət və ya sosial baxımdan təmin edə bilmədiyi zaman dövlət tərəfindən nəqliyyat xidmətləri bazarının subyektləri bu xidmətlərdən yararlananlara dəstək göstərilir. Ünvanlı dotasiyalar vasitəsi ilə müqavilələr əsasında, istifadəçilərə və operatorlara dövlət dəstəyi reallaşdırılır.
Yerli nəqliyyat müəssisələrinin beynəlxalq nəqliyyat xidmətləri bazarlarında fəaliyyət göstərən operatorlara dövlət dəstəyi bir neçə istiqamətlərdə reallaşdırılır. Bunlar aşağıdakılardır:


  • Yerli beynəlxalq yükdaşıyıcılar üçün sərhəd və ya gömrük əməliyyatlarını apardığı zaman heç də aşağı olmayan səmərəli və əlverişli rejimin təmin edilməsi;




  • Yükdaşıyıcıların bazarın iqtisadi şəraitinə uyğun formada biznesini reallaşdırmaq, həmçinin operatorlardan vergidaxilolmalarının dərəcələrinə nəzarəti həyata keçirtmək;




  • Milli tənzimlənmə imkanlarının qarşılıqlı icazə sistemlərinin həyata keçirildiyi bazarın beynəlxalq daşınmalar bölməsində istifadəsinin gücləndirilməsi;

47


  • Xarici bazarda nəqliyyat müəssisələrimizin diskriminasiyaya məruz qalarsa həmin an etibarı ilə təcili cavab tədbir və göstərişləri mexanizmlərinin hazırlanması və hazır vəziyyətdə saxlanılması;




  • “CİF” şərtlərinə uyğun olaraq yerli mangöndərənlərin kontrakt bağlamalarını stimullaşdırmaq, və ya yerli nəqliyyat müəssisələrinin vasitəçiliyi ilə ixrac yüklərinin daşınılmasını nəzərdə saxlayan digər tədbirlərin işlənib hazırlanması və reallaşdırılması;




  • Müvafiq icazə sistemi tətbiq edilən beynəlxalq təşkilatlara daxil olmaları gücləndirmək.

Kompleks formada nəqliyyat texnologiyalarının tətbiq edilməsinə effektiv, təhlükəsiz və ekoloji aspektdən yanaşılır. Dövlət nəqliyyat ehtiyaclarının düşünülmüş formada məhdudıaşdırılmasına həvəsləndirmə vermə iqtisadi şərtləri yaratmaqla yanaşı, həmçinin optimal daşınma sxemlərinin tətbiqini, mal, xidmət və məhsulların bölgüsünü, hər bir nəqliyyat vasitəsinə uyğun formada üzərinə düşən iş vahidinə yanacaq-enerji ehtiyatlarının istehlakının aşağı salınmasına şəraitlər yaradır. İstehsal və nəqliyyat proseslərinin inteqrasiyasını yüklərin hərəkəti sahəsində nəqliyyat texnologiyalarının təkmil formaya çatdırılmasının əsas istiqamətlərini nəqliyyatın logistik prinsiplərinin əsası təşkil edir. Dövlət özünün stimullaşdırıcı tədbirlərini reallaşdırarkən əsas götürdüyü məsələlər nəqliyyat prosesinin kompleks formada məlumatlılığının olmasına yardım, nəqliyyat infrostrukturunda multimodal logistik mərkəzlərinin yardılması, həmçinin nəqliyyat xidmətləri bazarında multimodal nəqliyyat operatorlarının stimullaşdırılmasıdır.


Dövlətin prioritet vəzifəsi sabit daxili bazarın formalaşdırılması ilə gələcəkdə sərbəst formada inkişafa nail ola biləcək nəqliyyat vasitələrini və avadanlıqlarının yaradılmasına köməklik göstərilməsidir. Dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, lizinq fəaliyyətinin inkişaf etdirilməsinə təkan verilməsi, həmçinin amortizasiya siyasətinin daha da təkmil formaya çatdırılmasının əsas məqsədi nəticə etibarı ilə nəqliyyat bazarlarının yaradılması və nəqliyyat vasitələri parkının müasir formada olmasını təmin etməkdir.

48
Respublikamızın keçid dövründə əldə etdiyi təcrübəyə görə iqtisadi artımı əldə etmək üçün əsas təminat iqtisadiyyatın infrastruktur sahələrində və əsas da nəqliyyat sahəsinin inkişaf etdirilməsindən birbaşa əlaqəli olacaqdır. Respublikamız üzrə nəqliyyat növlərinin texniki parametrlərə əsasən əlverişliliyinin yüksəldilməsinə başlıca səbəb olan TRASEKA, həmçinin bir neçə nəqliyyat xətləri üzrə yerinə yetirilən layihələr daxilində daxili yük və sərnişinlərin daşınılması həcminin getdikcə artan dinamika üzrə ilbəil yüksəldilməsi, xarici kapital qoyuluşların iqtisadiyyatın hər bir sahəsinə yönləndirilməsinin nəticəsi olaraq istehsal təşkilat və müəssisələrinin sayının və istehsal potensiallarının yüksəldilməsi və.s. hesab edilir.

49
FƏSİL III. AZƏRBAYCAN RESPUBLİKASINDA NƏQLİYYAT KOMPLEKSİNİN FƏALİYYƏTİNİN HÜQUQİ TƏMİNATI VƏ BU SAHƏDƏ DÖVLƏT ORQANLARIN HÜQUQİ STATUSU

3.1.Azərbaycan Respublikasında nəqliyyat kompleksinin fəaliyyətini


tənzimləyən normativ hüquqi aktlar
Hər bir sferanın tənzim edilməsi üçün hüquqi baza yaradılır. Respublikamızda da nəqliyyat sferasında tənzimlənməni reallaşdırmaq üçün hüquqi baza yaradılmışdır. Hüquqi baza özündə hüquqi qüvvəyə sahib olan normativ hüquqi aktları cəmləşdirir. Bu qanun respublikamızda nəqliyyat sferasını tənzim edən “Nəqliyyat haqqında” 11 iyun, 1999-cu ildə qəbul edilmişqanundur. “Nəqliyyat haqqında” olan respublika qanunumuzdan əlavə nəqliyyat sferasını tənzimləyən bir neçə digər normativ hüquqi aktlar da mövcuddur ki, bunlar da aşağıdakılardır:

Sxem 3.1
Nəqliyyat sferasını tənzimləyən digər normativ hüquqi aktlar





Hər bir sferada olduğu kimi nəqliyya sferasında da “Nəqliyyat haqqında” olan qanuna əsasən, məcəllələr, nizamnamələr ilə, dövlət proqramları ilə, normativ hüquqi aktlar vasitəsi ilə bu sfera tənzim olunur və bütün bunlar normativ hüquqi aktlar adlandırılır. Sərnişinlərin və yüklərin daşınılması şərtləri, nəqliyyat vasitə və



50
avadanlıqlarından istifadə olunması qaydaları, təhlükəsizliyin təmini, əmək şəraitinin mühafizəsinin təmin olunması, yanğından mühafizənin təmin edilməsi, ekoloji və sanitar normaların mövcud tələblərinə cavab vermək hər bir nəqliyyat münasibəti iştirakçılarının əməl etməli olduqları öhdəlikdir.
Normativ aktların əsasını nəqliyyat fəaliyyətinin iqtisadi, təşkilati və hüquqi aspektləri təşkil edir. Dövlətin nəqliyyat sferasına müdaxilə etməsi zəruridir. Çünki, nəqliyyat sistemi ölkənin sosial-iqtisadi inkişafına nail olunmasında prioritet yer tutur. Bu səbəbdən bu sahə üzrə normativ hüquqi baza daima təkmilləşdirilir və nəticədə dövlət müdaxiləsinin nəqliyyat sferasına daha praktik olmasını təmin edir.
Respublikamız nəqliyyat sektoru üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətinə malikdir. Bu səbəbdən nəqliyyat sektorunun mülkiyyətçiləri eyni cür müdafiə olunurlar və bərabər hüquqa malikdirlər.
Dövlət mülkiyyətinin əsas tərkib hissələrinə nəzər yetirsək bu zaman aşağıdakıları qeyd etməliyik:
Sxem 3.2
Dövlət mülkiyyətinin əsas tərkib hissələri



Nəqliyyat sektorunda tənzimlənmə əsasən, vergiqoyma, qiymətqoyma, maliyyələşdirilmə, kapital qoyuluşu və ETT nailiyyətlərindən yararlanaraq elmi texniki siyasətin reallaşdırılması vasitəsi ilə həyata keçirilir.



51
Nəqliyyat sahəsində yaranan hüquqi münasibətlər bir neçə müqavilə növlərinə əsasən tənzim edilir, bunlara əsasən ölkədaxili və ölkəxarici əməkdaşlığı müəyyən edən müqavilələr, dövlətlərarası, təşkilatlararası saziş və kontraktlar, xarici hüquqi və fiziki şəxlər ilə bilavasitə bağlanılan müqavilələr aiddir. Bu müqavilələr ilə münasibətlərin tərəflərinin öhdəlikləri müəyyən olunur.
1 aprel, 2008-ci il tarixində “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, respublika ərazisində nəqliyyat vasitələri ilə sərnişin və yüklərin daşınılmasısının hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirilir. Bu məsələ üzrə dövlət idarələri, daşınılma öhdəliklərini yerinə yetirən daşıyıcılar və bu sahədə xidmətləri həyata keçirən tərəflər arasında meydana çıxan münasibətlər tənzim olunur.
Nəqliyyat sahəsi üzrə respubikamızın qanunvericiliyi dedikdə aşağıdakılar nəzərdə tutulur.
Sxem 3.3
Qanunvericilik aktları



22 dekabr, 1999-cu ildə qəbul olunmuş “Avtomobil yolları haqqında” Qanunu ölkəmizdə mövcud olan avtomagistralların və yollar ilə bağlı olan mühəndis qurğularının layihələndirilməsi, qurulması, istifadə edilməsi, təkmilləşdirilməsi, həmçinin yol təsərrüfatının idarəolunmasının təşkilati, iqtisadi və hüquqi prinsiplər



52
baxımından ümumi əsaslarını müəyyən edir, həmçinin yol təsərrüfatı subyektlərinin əsas münasibət tərəflərini tənzimlənməsində başlıca qanunvericilik aktı kimi çıxış edir.
Respublika ərazimizdə yerləşən avtomobil yolları vasitəsi ilə daşınan daxili və ya tranzit sərnişin və yük daşınılmasının təhlükəsiz şəraitdə çatdırılma məntəqələrinə çatdırılması sahəsində bütün fiziki və hüquqi şəxslərin, dövət idarəetmə idarələrinin lazımi tələbatlarının qarşılanması, həmçinin ölkənin təhlükəsizliyinin təmin olunması və müdafiə qabiliyyətinin daha da təkmilləşdirilməsi xidmətini göstərir.
Ölkə daxilində digər yol-nəqliyyat infrastrukturu vasitəsi ilə daşınılmaların ardıcıl, mütəmadi və təhlükəsiz formada paylanma və daşınılma, ötürülmə əməliyyatlarını avtomobil yolları maksimum təminat yaradır. Bundan əlavə piyadaların, əlil və bir neçə mexaniki nəqliyyat vasitələrinin tələblərinin qaşılanması səbəbindən normative hüquqi aktların tələbləri çərçivəsində avtomobil yollarından istifadə olunması mümkün haldır.


  1. iyul, 2008-ci il 792 nömrəli Fərmanın 1.9-cu bəndinin icra olunması

səbəbindən "Respublikamızda ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri" “Respublikada ümumi istifadədə olan avtomobil yollatı vasitəsi ilə



iriqabaritli və

ağır çəkiyə malik nəqliyyat vasitələrinin hərəkət etməsi və onların

hərəkətinə xüsusi lisenziyanın verilməsi” Qaydası, həmçinin 07 iyun,

2009-cu

il

tarixli “Azərbaycan Respublikasının ümumi istifadəli avtomobil yolları

vasitəsi

ilə

hərəkətdə olan

avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri",




  1. iyul, 2008-ci il tarixli 792 nömrəli Fərmanın 1.5-ci bəndinin icrasını yerinə yetirmək üçün 20 may, 2009-cu ildə qəbul olunmuş “Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə xüsusi icazə kartı verilərkən, həmçinin xüsusi icazə kartı verildikdən sonra hər üç aydan bir həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası” nın təsdiq olunması haqqında, 10 mart, 2000-ci il




  1. nömrəli Fərmanına əlavə olunması haqqında və 30 oktyabr, 2009-cu il 171 nömrəli Fərmanın 2-ci bəndinin əsas götürələrək icra olunması məqsədi üçün

53
"Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları” təsdiq olunması barədə Respublikamının Nazirlər Kabineti qərarlar qəbul etmişdir. (sözü gedən Qanun, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" olan qanundur.)


  1. iyun, 2005-ci il tarixində “Aviasiya haqqında” Qanunumuz respublikamızın

hava sahəsindən istifadəni tənzim edir və aviasiya sahəsinə xas olan prinsipləri müəyyənləşdirir.


Mülki aviasiyanın tətqiqi zamanı qeyd olunmalıdır ki, aviasiyanın bu sahəsi bir birindən fərqlənən insanların ehtiyaclarının qarşılanması və xüsusi xarakterə malik aviasiya fəaliyyətinin reallaşdırılması üçün nəzərdə tutulan aviasiyadır. Kommersiya mülki aviasiyası dedikdə, müəyyən olunmuş haqq qarşılığında sərnişinlərin, yükün və baqajın, habelə poçtun daşınmasını reallaşdıran aviasiya nəzərdə tutulur.
Eksperimental aviasiya dedikdə, sınaq-konstruktor, aviasiya və digər texnikanın sınağının həyata keçirilməsi, habelə elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Dövlət aviasiyası isə, hərbi ehtiyacların, həmçinin milli təhlükəsizlik, sərhəd xidməti, gömrük, daxili işlər dövlət orqanlarının tələbatlarının qarşılanması hesab olunulur.
Dövlət aviasiyası və eksperimental aviasiyadan kommersial məqsədlər üçün istifadə olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunulur və idarəedilməsi də həmin bu icra orqanı tərəfindən reallaşdırılır. İdarəetməni həyata keçirən icra hakimiyyəti orqanı müvafiq səlahiyyətlər çərçivəsində bunu icra edir.
Nəqliyyat sisteminin inkişaf istiqamətini, habelə dövlətin nəqliyyat sferasında fəaliyyətinin əsas vəzifələrini Azərbaycan Respubikasının Nəqliyyat Strategiyası müəyyənləşdirir. Nəqliyyat Strategiyası nəqliyyat kompleksi sahəsində hər bir nəqliyyat növü üzrə prioritetlərin reallaşdırılması, prioritetlər sisteminin müəyyən edilməsi və spesifik xüsusiyyətlərinə əsasən reallaşdırılma istiqamətlərini təyin edir. Dövlət nəqliyyat siyasətini həyata keçirərkən qərarların qəbul olunması, iqtisadiyyatın nəqliyyat sahəsi ilə sıx əlaqədar olan sahələrində dövlət proqramarının

54
işlənməsi və həyata keçirilməsi, habelə nəqliyyat sahəsində asılı sosial müdafiə sistemi və digər mövcud və ola biləcək ehtimal problemlərin həll olunmasında əsas istinad kimi çıxış edir. Strategiyada öz növbəsində dövlət səlahiyyətli orqanları ilə yanaşı təşkilat və müəssisələrin, nəqliyyat vasitələrindən yararlananların rolları da nəzərə alınır. Strategiyanın qanunverici bazasının əsasını, Azərbaycan Respublikası Kanstitusiyası, “Nəqliyyat haqqında” Qanun, Nəqliyyat Siyasəti, Mülki Məcəllənin tələbləri, ölkə iqtisadiyyatının və social-iqtisadi inkişafının vəziyyəti haqqında proqnozlara, strateji və taktiki planlaşdırma üçün nəzərdə tutulan layihə və proqramlara əsaslanaraq fəaliyyətini reallaşdırır.


Nəqliyyat Sektorunun İnkişaf Strategiyasının qəbul edilməsi nəqliyyat subsektorlarında təşkilati fəaliyyətlərin şəffaf formada ayrılması, nəqliyyat sahəsində idarə və təşkilatların (orqanların) əməkdaşlıqları, vəzifələrinin bölüşdürlməsi və icrası, nəqliyyat sektorunda yaradılan şəraitdən səmərəli istifadə olunması, habelə respublikanın sosial iqtisadi inkişaf maraqlarına uyğun formada tətbiq olunub, istifadə edilməsi məqsədə uyğun hesab edilir.
10 dekabr, 2004-cü il tarixli Fərmanının 14.1 bəndinin reallaşdırılması üçün “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafı” və “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafı” üzrə 2006-2015-ci il tarixli Dövlət Proqramlarının hazırlanması və icrası üçün aidiyyatı orqan və nazirliklərə tapşırılması nəticəsində nəqliyyat sektorunda qəbul edilmiş bir neçə fərman və sərəncamlara əlavə və dəyişikliklər edilmişdir.
Nəqliyyat sektorunda olan problem və çatışmazlıqların aradan qaldırılması səbəbindən beynəlxalq nəqliyyat sisteminə inteqrasiya olunması ilə nəqliyyat infrasturukturlarının yeniləşdirilməsi, habelə nəqliyyat sahəsində tranzit potensialının yüksəldilməsi, daşıyıcıların beynəlxalq nəqliyyat xidmətləri bazarlarında rəqabət qabiliyyətliliyinin inkişaf etidirilməsini və nəqliyyat xidmətlərinin ixracının təmin edilməsinin maksimum hədddinin müəyyən edilib yerinə yetirilməsi tələb olunur. 2006-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair” Dövlət Proqramı qeyd edilən zəruri elementləri (amilləri) nəzərə

55
alaraq hazırlanmış və dövət siyasətinin bu sahədə əsas istiqamətlərini müəyyən etmişdir.


11 fevral, 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə 2004-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 14 aprel, 2009-cu il tarixli 2009-2013-cü illəri əhatə edən “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Respublikamızda sosial-iqtisadi inkişafın daha da təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi üçün vəzifələrini müəyyənləşdirilmiş və imzalanmışdır. Bu vəzifələrin reallaşdırılması, yeni standartlara cavab verməsi üçün nəqliyyat kommunikasiya şəbəkə sisteminin formalaşdırılması və yeniləşdirilməsi istiqamətində icra edilir. Bu səbəbdən beynəlxalq bazarlara çıxışı olan avtomobil nəqliyyat yollarının salınması və istifadəyə verilməsi, habelə Şimal-Cənub və Qərb-Şərq istiqamətlərində olan nəqliyyat yollarının birinci texniki dərəcəyə uyğunluğunu təmin edilməsi üçün tədbirlərin görülməsi və reallaşdırılması üçün vacib hesab edilən vəzifələrdəndir.
2006-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair” Dövlət Proqramının əsas qarşısına qoyulan məqsədinə respublikada avtomobil yolarının mövcud şəbəkəsinin inkişaf etidirilməsi sahəsində dövlətin siyasətinin prioritet istiqamətlərinin müəyyən olunmasından və bu sahədə milli təhlükəsizlik maraqlarının qorunması, habelə nəqliyyat kommunikasiyasının müasir tələblərə cavab verməsinin təmin olunmasını, nəqliyyat xidmətlərinə olan tələbatların tam qarşılanması, həmçinin keyfiyyətinin yüksəldilməsi, yük daşınılması ilə yanaşı sərnişin daşınılmasında zaman və məsrəflərin minimuma endirilməsinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizləri ilə daxili nəqliyyat yollarının əlaqələndirilməsi nəticəsi olaraq regional tranzit daşınılmalarının artırılması, beynəlxalq əlaqələrin gücləndirilməsinə yardım və dəstəyin göstərilməsi, habelə ölkə əhalisinin sosial rifahının yaxılaşdırılmasının təmin olunmasından ibarətdir.
2006-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair” Dövlət Proqramı özündə 3578 km

56
respublika əhəmiyyətli yolları, həmçinin 5928 km yerli əhəmiyyətli yollar yenidən qurulmalı və bərpası təmin edilməli idi. Proqram iki mərhələləri həyata keçirilmişdir ki, birinci mərhələ 2006-2009-cu illəri əhatə edirdi və 2230 km və yerli əhəmiyyətli yollarda 2268 km-lik avtomagistralın yenidən qurulması işlərinin aparılması aid olunurdur. İkinci mərhələdə isə 2010-2015-ci illər respublika əhəmiyyətli yollar üzrə 1348 km və yerli əhəmiyyətli yollarda 3660 km yolun yenidən qurulması və təmirinin həyata keçiriməsi nəzərədə tutulmuşdu.


Belə ki, dövlət layihələrinin hüquqi baxımdan tənzim olunma obyektindən asılı olaraq qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul olunan normativ hüquqi aktlara əsasən realizə olunur.
Beynəlxalq hüquqi reqlamnet beynəlxalq nəqliyyat əlaqələrində kifayət qədər yerini müəyyənləşdirmiş və çoxdan məlum olan bir məsələdir. XVII-XVIII əsrlərdə beynəlxalq razılaşmaların meydana gəldiyi əsrləri əhatə edir, hansı ki, bu əsrlərdə yüklərin ümumi daşınılması qaydaları və sığortalanması məsələləri qeyd olunmuşdur. Təəssüfki, ilk addımlar bu sahədə bir qədər problemlər meydana çıxarırdı və uğursuz nəticələr əldə edilirdi. Lakin, XIX əsrin sonlarından etibarən ümumi qəbul olunmuş konvensiya və danışıqlar artıq öz uğurlu nəticələrini əldə etməyə başladı. Beynəlxalq arenada iqtisadi münasibətlərin dərinləşməsi və inkişafına nail olunulması inkişaf səviyyəsindən asılı olaraq yükdaşıma proseslərinin beynəlxalq razılaşma və normalar ilə təlabatı artırdı və inkişaf etməyə başladı.
Respublikamız bir neçə dövlətlər ilə, təşkilatlar ilə vacib əhəmiyyətli məslələrin yerinə yetirilməsində fəaliyyət göstərmiş və göstərməkdədir. Buna bariz nümunə Avropa İttifaqı ilə İpək Yolunun bərpa olunması istiqamətində həyata keçirilən TRASEKA Proqramını göstərmək olar. 1993-cü il tarixində Brüsseldə reallaşdırılan Konfransda AİK-in TRASEKA Proqramının yaradılması barədə təşəbbüs irəli sürülmüşdür. Təşəbbüsü keçmiş SSRİ ölkələrindən Gürcüstan, Qazaxıstan, Ermənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistan irəli sürmüşdürlər. Konfransda regional ticarətdə mövcud olan çatızmazlıqlar, nöqsanlar müzakirə olunmuşdur. Son olaraq, Konfransın sonunda Brüssel Bəyannaməsinə görə TRASEKA regionlararası Proramın əsası qoyulmuşdur.

57
Respublikamızın TRASEKA Proqramına qoşulması ölkəmiz üçün əhəmiyyətlidir, çünki, respublikamızın Avropa ilə iqtisadi əlaqlərinin genişləndirilib, daha da təkmil formaya çatdırılması istiqamətində, habelə beynəlxalq nəqliyyat qovşağına qoşulub, həmin qovşağa çevrilməyimiz üçün əhəmiyyətli imkanlar yanaranmış olur. Keçən dövr müddətində TRASEKA Proqramı çərçivəsində TRASEKA nəqliyyat dəhlizində vahid tarif siyasətinin tətbiqi”, ” Nəqliyyatın hüquqi və tənzimləyici çərçivəsi”, “Nəqliyyatın idarə edilməsinin treninqi”, “Qafqaz dəmir yollarınının bərpası”, “Sərhəd-keçid proseduraların sadələşdirilməsi” yönümündə və kapital qoyuluşlarının həyata keçirilməsi layihələri baş tutmuşdur.


Qeyd olunanlardan alınan nəticəyə görə nəqliyyat sahəsi qloballaşan dünyanın dinamik strukturlarından biri hesab olunur və bu səbəbdən də beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi üçün mövcud olan hüquqi mexanizmləri dərk etmək və müasir tələblərə cavab verməsi üçün daha da təkmil formaya çatdırmaq üçün alternativ üsulların hazırlanması əhəmiyyətli hesab edilir.
3.2. Azərbaycan Respublikasının nəqliyyat kompleksində fəaliyyətin lisenziyalaşdırılmasının hüquqi təminatı

Lisenziya dedikdə, xüsusi icazə sənədi anlaşılır, burdan da belə nəticəyə gəlinirki, nəqliyyat sistemində lisenziya o zaman, daşınma fəaliyyətinin reallaşdırılması üçün icazə verilən rəsmi sənəd hesab olunur və bu sənəd müvafiq insana daşıyıcı statusunu ifadə edir. Xüsusi icazə verilən bu rəsmi sənədin qüvvədə olma müddəti beş il kimi qiymətləndirilir. Lisenziyada qeyd edilən əsas rekvizitlərə, lisenziyanı verən dövlət orqanının adı, lisenziya verən hüquqi şəxsin məlumatları, hansı fəaliyyət növü üzrə verilməsi, lisenziyanın qüvvədə olma müddəti və.s. digər lazımi məlumatlar öz əksini tapır. 4 oktyabr, 1997-ci iltairxli 637 nömrəli Fərmana görə “Lisenziya (xüsusi razılıq) tələb edilən fəaliyyət növləri və lisenziyaları verən müvafiq icra hakimiyyəti idarələrinin siyahısı” na görə (dəmiryol nəqliyyatı istisna olmaqla) hər bir nəqliyyat növləri üzrə daşınma fəaliyyətini reallaşdırmaq üçün

58
lisenziya alınması mütləqdir. Lakin, 2 sentyabr 2002-ci ildə qəbul edilən yeni siyahıda 1997-ci ildə qəbul edilmiş siyahıdan fərqli olaraq yalnız hava və su nəqliyyatı ilə sərnişin və yüklərin daşınılmasına xüsusi icazə sənədi tələb edilən fəaliyyət növü hesab olunur.
Respublikamızda nəqliyyat sektoru üzrə faəliyyət göstərmək üçün lisenziya (icazəni) Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilir və bu zaman hakimiyyət və təşkilati münasibətlər yaranır ki, bu da bu münasibətlər üzrə inzibati hüququn predmeti tərkibinin əlamətləri vardır. Bu səbəbdən də bu münasibətlərin inzibati hüquq normaları ilə rəsmiləşdirilməsi və qaydaya salınması reallaşdırılır.
Nəqliyyat müəssisə və təşkilatlarının sərnişin və yüklərin daşınılması ilə əlaqədar sahibkarlıq fəaliyyətlərini həyata keçirtmək üçün dövlət nəqliyyat müəssisələri və təşkilatlarının özəlləşdirilməsinə şərait yaratmışdır. Bu kimi fəaliyyəti reallaşdıran zaman qanunvericilikdə qeyd olunur ki, həmin fəaliyyətlər ilə yalnız lisenziya alan müəssisə və təşkilatlar məşğul ola bilərlər. Bu halda lisenziyalaşdırmanın özünəxas əsas və önəmli vəzifələri vardır ki, bunlar da aşağıdakılardır:


  • Nəqliyyat xidmətini reallaşdıran bazarların keyfiyyətini yüksəldilməsinə şərait yaratmaq;




  • Dövlətin tənzim edici və nizama salan funksiyasını qoruyub saxlamaq;




  • Nəqliyyatdan yararlanan insanların (istehlakçıların) mənafelərinin müdafiə olunması;




  • Nəqliyyat vasitələrindən istifadə olunan zaman təhlükəsizliyin təmin olunması.

Özəlləşdirmənin nəticəsi olaraq nəqliyyat müəssisəsi və təşkilatları səhmdar cəmiyyəti adını alırlar və istismar edilən nəqliyyat növlərinin (vasitələrinin) mülkiyyətçiləri kimi rol oynayırlar. Qeyd edilməlidir ki, yeni yaradılmış nəqliyyat müəssisə və təşkilatları səhm paketlərinin bir hissəsi dövlətə aid olur.


Lisenziyaya xitam verilməsi bir neçə səbəblərə görə ola bilər ki, bunlar da aşağıdakılardır:

59



  • Lisenziya alan tərəfindən normativ aktlara əməl olunmazsa;




  • Lisenziya alan tərəfindən nəzərdə tutulmuş ərizə təqdim olunmazsa;




  • Lisenziya alan tərəf müflis olarsa;




  • Lisenziyanın alınması üçün verilən sənədlərdə yanlış məlumatlar qeyd

edilərsə;




  • Məhkəmənin qərarı ilə və.s. səbəblərdən lisenziyaya xitam verilə bilər.




  1. yanvar, 1997-ci il, Nazirlər Kabinetinin 6 nömrəli qərarına əsasən, beynəlxalq avtomobil daşınmalarını tənzim edən “İcazə Sistemi” barədə Əsasnamə təsdiq olunmuşdur və bu Əsasnaməyə görə respublika daxilində avtonəqliyyat vasitələrinin sahibləri xüsusi icazə sisteminin tələblərini əsas götürməklə beynəlxalq avtomobil daşınmalarını yerinə yetirməkləri ümumi müəyyən olunmuş qaydalar və şərtlər ilə müəyyən olunur.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi respublika ərazilərimizdə digər ölkələrin nəqliyyat vasitələri ilə reallaşdırılan beynəxlaq səviyyətli avtomobil daşınmalarının tənzimlənilməsini və nəzarəti olunmasını təşkil edir.


Respublika sərhədlərimizdən tranzitlə yol alan avtomobillərdan başqa, xarici avtonəqliyyat vasitələrinin respublika sərhədələrimizdən ölkə daxilinə yüksüz daxil olmaları, daxili yük və sərnişin daşınmalarına və yüklənmə haqqında sərhəddə gömrük idarələri və ya ölkə daxilində Nəqliyyat Nazirliyi tərəfindən xüsusi lisenziya sənədini olmadığı zaman yolüstü yüklərin yüklənməsinə və sərnişinlərin götürülməsinə icazə verilmir. Lakin, icazə blankı olduğu zaman nəqliyyat növündən asılı olmayaraq yük daşınması və ya sərnişin aparılması ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Respublika ərazisinə maneəsiz daxil olunması, habelə yüklənmə və ya sərnişin daşınılması, tranzit daşınılması, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə müəyyən ounmuş şərtlərə riayət olunduğu zaman verilir.
Hökumətlərarası beynəlxalq avtomobil əlaqələri razılaşmasına əsasən,
müəyyən olunmuş kvotaya görə mübadilə olunmuş icazə blankının istifadə olunması və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli və qısamüddətli icazələrinin

60
uçotunun aparılması üçün növbəti ayın 10-cu gününədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Nəqliyyat Nazirliyinə məlumatları ötürür.


Nəqliyyat Nazirliyi tərəfindən xarici ölkələrin sərhədləri daxilində avtomobil daşınılmalarını həyata keçirtmək səbəbindən xarici ölkələrin icazə banklarının Azərbaycan avtodaşıyıcılarına verilməsinə icazə verilir. Nəzarət səlahiyyətli şəxs tərəfindən icazə blankı avtonəqliyyat vasitəsinin üzərində olur.
İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə sənədləri, onlar yol müəssisələri tərəfindən xüsusi yol xətlərinin cədvəlləri ilə təmin olunanda və avtomaşın dövlət yol polis idarəsi və yerli icra idarələri tərəfindən müşayiət olunduqda təqdim edilir.
Nəqliyyat Nazirliyi beynəlxalq avtomobil daşınılmalarını həyata keçirtmək üçün xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəd daxilində icazə blanklarının verilməsi üçün Dövlət Gömrük Komitəsini icazə blankları ilə təmin edir. Təbii ki, bu təmin etmə müəyyənləşdirilən tələb edilən miqdarda və növdə olmaqla cəmləşdirilir.
İcazə blankları özündə müəyyənləşdirilmiş standartlara əsasən rekvizitləri əks etidirir ki, bu rekvizitlər aşağıdakılardır:
Sxem 3.4
İcazə blanklarının rekvizitləri


61
İcazə blankının ön hissəsində müəyyənləşdirilmiş rekvizitlər olduğu təqdirdə, arxa hissəsində isə digər məlumatlar qeyd olunur ki, bunar da aşağıdakılar ilə səciyyələndirilir:


Sxem 3.5
İcazə blanklarının arxa hissəsində qeyd edilən
məlumatlar

Qeyd edilən müddəalar doldurulmadığı təqdirdə icazə blankı etibarlı hesab edilmir. Mütləq şəkildə İcazə Blankında digər tərəfin müvafiq icra orqanının imzası, möhürü, icazə blankını verən yerli icra orqanının möhürü olmalıdır. Rekvizitləri doldurarkən rəsmi dil hər iki tərəfin səlahiyyətli orqanı tərəfindən müəyyənləşdirilir.


İcazə Sistemini reallaşdıran dövlətlərarası Sazişlərin şərtlərinə görə respublika qanunları xarici avtodaşıyıcılar tərəfindən pozularsa, riayət edilməzsə Azərbaycan Respublikası Nəqliyyat Nazirlyinə bu barədə məlumat göndərilir və Nazirlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə tədbir görülməsini reallaşdırır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimatlarından olan “Ciddi hesabatlı blanklar haqqında” olan təlimatına əsasən icazə blanklarının uçota alınması, saxlanılması və habelə hesabatının təşkil edilməsi aparılır. Maliyyə Nazirliyinə Nəqliyyat Nazirliyi tərəfindən hər rübün sonunda ümumiləşdirilmiş formada İcazə blankları (satılmış) haqqında məlumatlar hesabat formasında təqdim olunur.

62
Avtonəqliyyat vasitəsinin yoxlamaya təqdim edilən zaman təhlükəsizlik, istismar, texniki və ekoloji tələblərə uyğun olmadığı yoxlama nəticəsində aşkar olunarsa, bu zaman texniki qüsurlarla əlaqədar akt hazırlanılır. Akta əsasən xüsusi razılıq nəticəsində fəaliyyət göstərilməsi dayandırıla və ya lisenziya ləğv edilə bilər. Akt arayış kimi iki nüsxədə çap olunur və nüsxənin biri avtonəqliyyat vasitəsinin aid olduğu daşıyıcıda qalır, digər nüsxə isə yoxlamanı həyata keçirdən qurumda saxlanılır. Aktda göstərilən texniki qüsürlar bərpa edildikdən və aradan qaldırıldıqdan sonra yenidən yoxlamaya göndərilə bilər.


Yük və sərnişin daşınmaları məqsədi ilə avtonəqliyyat vasitəsi üçün xüsusi razılıq kartını verərkən, həmçinin xüsusi razılıq kartı verildikdən sonra hər rüb üçün bir dəfə avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə cavab verməsi uyğunluğu yoxlanılan əsas konstruktiv hissələri və göstəriciləri aşağıdakı kimi səciyyələndirilir.
Yoxlamanı həyata keçirdən dövlət idarə etmə orqanı avtonəqliyyat vasitəsinin yoxlamaya təqdim olunduğu və yoxlamanın bitdiyi zamanın, habelə əldə edilən nəticənin qeydiyatını aparıb, müqayisə və təhlillərini reallaşdırır.
Xüsusi razılıq kartı və ya xüsusi razılıq kartında rüblük texniki yoxlamadan keçməsi barədə qeyd olmadan avtoqnəqliyyat vasitəsi yük və sərənişin daşınılmasını həyata keçirərsə və ya bu Qaydanın digər tələblərinə əməl etməzsə hüquqi və fiziki şəxslər, habelə müvafiq səlahiyyətli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydalara görə məsuliyyətə cəlb olunurlar və ya məsuliyyət daşıyırlar.

3.3. Nəqliyyat sektorunda dövlət siyasətini reallaşdıran


orqanların hüquqi status

Respublikamızın XX əsrin sonlarında dövlət quruculuğunun bərqərar olmasında baş verən siyasi proseslərin təsiri çox olmuşdur. Azərbaycanın müstəqilliyinin ilk illərində zəngin iqtisadi potensiala, yeraltı və yürüstü təbii resurslarının olması beynəlxalq arenanın diqqətinin mərkəzində dayana bilmişdir.

63
Respublikamızda iqtisadi inkişafa nail olunması nəqliyyat sahəsinin yenidən qurulmasına, vətəndaşların hər bir nəqliyyat növləri üzrə xidmətlərə olan tələbatlarının qarşılanması və respublikanın tranzit potensialının yüksəldilməsinə gətirib çıxarılmışdır.
Dövlət tərəfindən reallaşdırılan iqtisadi islahat və xarici siyasətin nəticəsi olaraq respublikanın beynəlxalq sferada öz mövqeyini və nüfuzunu daha da gücləndirmişdir. Son dövrlər respublikamızda iqtisadiyyatın hər bir sahəsi üzrə, həmçinin nəqliyyatın infrastrukturunun çevik formada inkişafının əldə olunması və müəyyənləşdirilmiş standartlar səviyyəsində olması üçün şərait yaradılmışdır. Dövət Proqramlarının işlənilməsi və icrasının nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də əsasən da avtomobil və dəmir yolu sektorunda bu daha çox hiss olunur.
5 avqust, 1998-ci il tarixli 743 saylı Fərmana görə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təsis edilməsi respublikamızda nəqliyyat sektorunun daha da təkmil formaya çatdırılmasında, habelə bu istiqamətdə görülən işlərin daha məqsədyönlü struktur islahatların tərkib hissələrindən biri olmuşdur.
10 iyun, 2003-cü il tarixli 880 saylı Fərman ilə respublikamızda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi barədə Əsasnamə təsdiq olunmuş və nəticəsi olaraq nazirlik öz fəaliyyətini yerinə yetirməyə başlamışdır. Əsasnamədə əsas götürülən məsələlərə Nazirliyin dəmir yolları, su, avtomobil yolları, habelə mülki hava nəqliyyatı və avtomobil xətləri üzrə vahid dövlət siyasətinin formaşadırılması və reallaşdırılması, sektorlar arası münasibətlərin tənzim edilməsi mərkəzi icra hakimiyyəti orqanı olmasıdır. Nazirlik fəaliyyətini həyata keçirərkən əsas götürdüyü qanunvericilik aktlarına Azərbaycan Respublikasının Konstitusiyası, habelə Azərbaycan Respublikasının Qanunları, fərman və sərəncamlar, Nazirlər Kabinetinin sərəncam və qərarları və respublikamızda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Əsasnaməsidir. Əsasnamədə qeyd edilən vəzifə və funksiyalar həyata keçirilərkən respublikanın mərkəzi və yerli icra hakimiyyəti idarələri ilə və həmçinin ictimai idarələrlə birgə fəaliyyət göstərir. Nazirliyin özünün müstəqil balansı, bank hesabları, möhürü və başqa digər rekvizitləri mövcuddur. Respublikamız üzrə

64
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin saxlanılması xərcləri əsasən dövlət büdcəsi vasitəsi ilə maliyyələşdirilir.


Su, avtomobil yolları, dəmiryolu xətləri, mülki hava nəqliyyatı vasitələri, atomobil yolları və buraya daxil olan təsərrüfat sahələrinə aid olan təşkilat və müəssisələr, daşınma və nəqliyyat ekspedisiya fəaliyyətləri, nəqliyyat sahəsinin layihələndirilməsi işləri, tikintilər, təmir olunması, gəmiçilik hidrotexniki qurğularının bərpası və istifadəsi, elmi tədqiqatların və ixtisaslı kadrların hazırlanması, nəqliyyat vasitələrini və texniki avadanlıqların yenidən bərpa edilməsi prosesləri, habelə nəqliyyat prosesləri ilə əlaqədar işlərin yerinə yetirilməsi hüququ şəxslərdən və fərdi sahibkardan ibarət olması ümumi olaraq nəqliyyat-yol komleksi sisteminin daxilindədir.
Nazirlik vəzifə və funksiyalarını həyata keçirərkən müəyyənləşdirilmiş hüquqları çərçivəsində fəaliyyət göstərir və bu hüquqlara aşağıdakılar daxildir:


  • Müəyyən edilmiş qaydalara görə mülki hava və dəniz gəmiləri ekipajları,

beynəlxalq daşınmalar fəaliyyəti göstərən avtomobil sürücüləri üçün pasport və vizalar təşkil edir;




  • Səlahiyyətlərinə aid edilən məsələlər üzrə qəbul edilmiş normativ hüquqi aktların və sahə standartlarının icrasına nəzarəti həyata keçirir;




  • Nəqliyyat-yol kompleksinin fəaliyyətinin ümumi qəbul olunmuş qaydalarını müəyyənləşdirən müvafiq qanunvericilik aktlarının layihələrini hazırlamaq, lazım

gəldikdə qəbul olunmuş qanunvericilik aktlarına əlavə və dəyişikliklər olunması haqqında təkliflər irəli sürmək;




  • Səlahiyyətlərinə daxil olan məsələlərin həll olunması üçün mərkəzi icra hakimiyyəti idarələrindən və digər təşkilatlardan lazımi sənədlər, statistik məlumatlar və sair materialların tələb olunması;




  • Nəqliyyat sahəsində respublikamızın tərəfdar olduğu beynəlxalq sazişlərin və müqavilələrin icrasına nəzarəti həyata keçirtmək;




  • Respublikanın Dəniz Administrasiyasının, dəniz registrinin və nəqliyyat müfəttişliyinin fəaliyyətlərinə nəzarəti hayata keçirtmək;

65


  • Qanunvericiliklə müəyyən olunmuş qaydada dövri mətbuat orqanın təsis olunması, xüsusi bülletenlər və məcmuəların çapını təşkil etmək;




  • Nəqliyyat-yol kompleksinin təhlükəsizlik ərazilərində və zolaqlarında binaların, qurğuların və obyektlərin tikilməsinə qanunvericiliklə müəyyənləşdirilmiş hallarda, qaydalara əsasən razılığın verilməsi tədbirləri;




  • Beynəlxalq daşımalarda dəmiryollarının, avtomobil keçidlərinin, hava və

dəniz limanlarının açılması (bağlanması) haqqında təklif və iradlarını Nazirlər Kabinetinə müəyyən edilmiş qaydada təqdim olunması;




  • Qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydalarda təhlükəli və iriqabaritli ağır yüklərin Respublika ərazisindən daşınmasına icazə və ya qadağalar qoyulması;




  • Qanunvericiliklə müəyyən olunmuş qaydalarda nəqliyyat-yol kompleksinin

dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəylərin verilməsi;




  • Qanunvericiliyə uyğun fəaliyyət növlərinə xüsusi razılıqların (lisenziyaların)

verilməsi, onların ləğv edilməsi və yaxud da fəaliyyətlərinin dayandırılmasını təmin etmək;




  • Nəqliyyat-yol kompleksinə aid olan dövlət idarələrinin rəhbərlərinin təyinatı

ilə bağlı rəylər vermək;




  • Öz vəzifələrini reallaşdırmaq üçün qanunvericiliyə uyğun formada hüquqi şəxs statuslu qurumlar yaratmaq;




  • Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları reallaşdırmaq və.s.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə rəhbərliyi respublika Prezidenti tərəfindən təyin edilir və rəhbər şəxs (nazir) nazirliyə həvalə edilmiş vəzifələrin icrası üçün şəxsən məsuliyyət daşıyır. Nazirliyin rəhbər idarəetmə sistemində iki müavini təyin edilir və bu müavinlər respublika Prezident tərəfindən işə götürülə və işdən azad oluna bilər. Nazirlikdə fəaliyyət göstərən kollegiyanın sayı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və təsdiq olunur. Kollegiyanın əhəmiyyəti ondandır ki, baş tutan iclaslarında əsas müzakirə mövzuları nəqliyyat-yol kompleksinin inkişaf etidirilməsi, dövlət proqramlarının icrasının təmin olunması və

66
bu istiqamətdə görülən işlərin hesabatların dinlənilməsi, buna uyğun olaraq qərarların qəbul olunması və.s. müzakirə edilir. Kollegiya iclaslarında müzakirə olunan məsələlərdə hər hansısa bir qərarların qəbuledilməsi səs çoxluğu ilə baş tutur və qəbul edilmiş qərar protokollaşdırılır, nazirə təqdim edilir. Lakin, kollegiya iclasında iştirak edən sədr və üzvlər arasında fikir ayrılığı yaranarsa bu zaman sədr özü qərar qəbul edir və məsələ üzrə müzakrələri haqqına (fikir ayrılıqları da daxil olmaqla) Nazirlər Kabinetinə məlumat ötürülür.
21 may, 1858-ci il tarixində Xəzər Dəniz Gəmiçiliyinin rəsmi olaraq yarandığı tarix hesab olunur. Bu tarixdə Rusiya senatının qərarı (fərmanı) ilə «Qafqaz və

Merkuri» Səhmdar Dənizçilik Cəmiyyətinin əsası qoyulmuşdur.

1992-ci ilə qədər

Xəzər

Dəniz

Gəmiçiliyi

SSRİ

Dəniz

Donanması

Nazirliyinin tərkibindəki 17

gəmiçilik idarəsindən biri olaraq fəaliyyət göstərmişdir.

1902-ci il tarixində isə Bakı

Beynəlxalq Dəniz Ticarəti Limanı fəaliyyət

göstərməyə başlamışdır.




1 yanvar, 1992-c il tarixindən etibarən (müstəqillik qazandıqdan sonra) Liman

Xəzər

Dəniz

Gəmiçiliyinin tərkibindən

ayrılaraq

müstəqil

müəssisə olaraq

fəaliyyətini davam etdirmişdir.
















Beynəlxalq Dəniz

Ticarəti

Limanının nizamnaməsi 28

noabr, 1994-cü il

tarixində Nazirlər Kabinetinin 407 saylı qərarı ilə təsdiq olunmuşdur. Nizamnaməyə görə liman hüquqi şəxs olaraq özünümaliyyələşdirmə və tam təsərrüfat hesablı prinsipləri əsasında fəaliyyətini davam etidirmişdir. Limanın iş qrafiki il ərzində hər gün etibarı ilə fasiləsiz iş rejiminə işləməsi ilə seçilir. Liman 5 terminal üzrə şaxələndirilmişdir ki, bunlar da aşağıdakılar ilə səciyyələndirilir:




  1. Konteyner terminalı. 15000 ədəd konteynerin qəbul olunması gücünə malikdir. Terminalda konrteynerləri və onların daxilindəki yükləri işləmək üçün sahəsi 1250 m² olan bağlı anbarı və sahəsi 1600 m² olan konteyner meydançasına

malikdir. Konteyner əməliyyatlarına nəzarət üçün xüsusi proqramlaşdırılmış kompüter sistemi təhvil-təslim məntəqəsində quraşdırılmışdır.




  1. Əsas yük terminalı. Ümumi uzunluğu 858 m olan 7 körpünü tərkibində cəmləşdirir. Bu körpülərdən biri xüsusi olaraq «Ro-Ro» tipli gəmilərin qəbul olunması üçün nəzərdə tutulmuşdur. Terminalın dəmir yolu xətlərinin ümumi

67
uzunluğu 8 km-dir. Körpüdə suyun dərinliyi 7 metrə qədərdir. Manevr işləri üçün 4 ədəd teplovozu, deposu, lokomotiv briqadası, dəmir yolu və avtomaşın tərəzilərinə sahibdir. Terminalın 24000 m² olan açıq anbarı və ümumi sahəsi 10000 m² olan 5 ədəd bağlı anbarlarına malikdir.


  1. Neft terminalı. Ümumi uzunluğu 582 metr olan 4 körpüsü vardır. Onlardan

ikisi isitfadə olunmaqdadır. Körpülərin yanında suyun dərinliyi 9.6 metrdir. Həmçinin 5000 tondan 12000 tona qədər ağırlıqda 4 tankerə xidmət göstərilməsini reallaşdıra bilmə qabiliyyətindədir.




  1. Sərnişin terminalı. Ümumi uzunluğu 130 metr olan körpüsü vardır.

Terminalda həmçinin gəzinti gəmiləri şəhər (paytaxt) əhalisi və şəhərimizin


qonaqlarına eyni anda xidmət göstərə bilir.


  1. Bərə terminalı. Hər birinin uzunluğu 87 metrə bərabər olan 2 qaldırıcı körpüyə sahibdir. Körpülərin yanında suyun dərinliyi 8-10 metrdir.

Həmçinin burada Liman Donanması öz fəaliyyətini reallaşdırır. Donanmaya hər gün 20 gəmi daxil olur ki, bu gəmilərdə bunardır - neft tullantılarını yığan


gəmilər, yedəkçi gəmilər, kran gəmisi, losman kateri, çirkab və fekal sular qəbul edən gəmilər, reyd kateri, yanğınsöndürən gəmilər, yanacaq dolduran gəmiləri və gəzinti gəmiləridir.

68
NƏTİCƏ VƏ TƏKLİFLƏR


Nəqliyyat sisteminin inkişaf etdirilməsinin başlanğıc mərhələsi müstəqillik əldə etdikdən sonra olmuş və struktur islahatları yerinə yetirilmişdir. Nəqliyyat sahəsində hüquqi baza yaradılmış, sürətlə inkişaf etdirilmiş və bazarın tələblərinin qarşılaması üçün tədbirlər görülmüşdür.
Alt sahələrin inteqrasiyasına nail olunması, nəqliyyat xidməti bazarında mülti modelli və birləşmiş nəqliyyat sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsi nəqliyyat siyasətinin əsas hədəfləri hesab edilir. Nəqliyyatın inkişaf etdirilməsi, çevikliyinə nail olunması, vətəndaşların nəqliyyat vasitələrindən istifadə etmələrinin daha əlverişli olmasına gətirib çıxarması ilə bərabər respublikamızın müdafiə potensialının yüksəldilməsi üçün zəruridir. Daima artmaqda olan tələbin qarşılanması, sosial-iqtisadi inkişafa nail olmaq üçün yerinə yetirilən islahatlar ilə paralel şəkildə irəliləmək nəqliyyat sektorunun əsas roludur.
Nəqliyyat sektorunun inkişafına nail olunması öz növbəsində nəqliyyat sektorunda olan daxili bir neçə problemlərin də həll edilməsini vacib bilir. Bu istiqamətdə əsas məsələ struktur dəyişikliklərinə nail olunması, nəqliyyat sahəsinin idarəedilməsinin kompleksliliyinin artırılması, nəqliyyat vasitələrinin köhnəlmə sürətlərinin zəiflədilməsi, və nəqliyyat texnika və avadanlıqlarının texniki səviyyələrinin yüksəldilməsindən ibarətdir.
Əldə edilən təhlil və araşdırmalara əsasən təklifləri aşağıdakı kimi dəyərləndirmək olar:
 Beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanın əldə olunmasını sürətləndirmək üçün bu sahədə normativ-hüquqi bazanın müasir tələblərə uyğun olaraq daima təkmilləşdirmək lazımdır və bunu tənzim edən hüquqi mexanizmi formalaşdırarkən beynəlxalq norma və tələbləri nəzərdə saxlayaraq fəaliyyəti reallaşdırılmalıdır;


  • Həyata keçirilən struktur islahatları bazar iqtisadi münasibətlərinin inkişafını, dövlətin iştirakının nəqliyyat kommersiya fəaliyyətindəki rolunun

azaldılması, inhisarçılığın aradan qaldırılması məqsədi ilə potensial rəqabətçi və təbii-inhisarçı fəaliyyət növlərinin bir birlərindən ayrılmasına nail olunması nəzərdə

69
tutulur. Bu istiqamətdə əlavə olaraq nəqliyyat sektorunda həyata keçirilən struktur islahatların operatorlarının statistik müşahidə sistemlərinin təkmil formaya çatdırılması və birləşdirilməsi istiqamətlərində fəaliyyətlər aparılmalıdır;


  • Nəqliyyat xidmətlərinin ixrac olunması ilə strateji əhəmiyyətliliyinin təmin

edilməsi.


Nəqliyyat xidmətlərinin icrac edilməsi bir neçə istiqamətlərdə reallaşdırla bilər, bunlara:
- Respublika müəssisələrimizin idxal yüklərinin hərəkətinin təmin olunması
və üçüncü ölkələrin yüklərinin hətəkətində paylarının yüksəldilməsi;


  • Tranzit potensialının inkişaf etidrilməsinə nail olunması;




  • Respublika nəqliyyat rolunun yerli ixrac yüklərinin dünya bazarlarına çıxarılmasında rolunun artırılması.

70
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR
1. Allahverdiyev S.S. Nəqliyyat müqavilələri (nəqliyyat qanunvericiliyinin elmipraktiki kommentariyası). I hissə. Bakı: Digesta, 2005, 336 s.


  1. Əliyev E.Ə. Azərbaycan Respublikasının nəqliyyat hüquqi. Dərs vəsaiti. Bakı: Hüquq ədəbiyyatı, 2005.




  1. Allahverdiyev S.S. Azərbaycan Respublikasının beynəlxalq xüsusi (mülki) hüquq kursu. Dərslik. Bakı: Digesta, 2007, 820 s.




  1. Əliyev E.Ə. Beynəlxalq daşımaların hüquqi tənzimlənməsi. Dərs vəsaiti. Bakı:

Zərdabi LTD, 2008.




  1. Atakişiyev M. Azərbaycanın yeni neft siyasəti və iqtisadi yüksəliş. Bakı:

Azərbaycan, 2004, 264 s.




  1. Əliyev E.Ə. Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı: Hüquq ədəbiyyatı, 2002.




  1. Atakişiyev M. Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda. Bakı: Təhsil, 2005.




  1. F.Bağırov “Ölkənin sosial-iqtisadi inkişafında nəqliyyatın rolunun yüksəldilməsi istiqamətləri” Bakı, 2009.




  1. Hüseynov Ə.H. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası (Normativ materiallarla). Bakı: Digesta, 2008.




  1. Əliyev E.Ə. Qloballaşma dövründə beynəlxalq nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi. Bakı, 2007.




  1. Şəkərəliyev A.Ş. «Keçid iqtisadiyyatı və dövlət.» Bakı-2000.




  1. Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən terminlər. Xarici iqtisadi biliklərə dair acərbaycanca-rusca-ingiliscə lüğət-məlumat kitabı //Müəlliftərtibçilər: Əfəndiyev O.F., Əliyev E.Ə. Bakı: Hüquq ədəbiyyatı.




  1. Z.Qafarov, E.Əliyev “Müasir beynəlxalq nəqliyyat hüququnun Azərbaycan Respublikasında tətbiqi” Bakı, 2002.




  1. İqtisadiyyat və neft (Heydər Əliyevin yeni neft strategiyasının reallaşmasında İlham Əliyevin xidmətləri). Nazim Süleymanovun redaktəsi ilə. Bakı: Nurlan,

2000.


71


  1. Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Nurlan,

2000.



  1. Əliyev E.Ə. Yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik. Dərs vəsaiti. Bakı: Hüquq ədəbiyyatı, 2003.




  1. Əliyev E.Ə. Beynəlxalq daşımaların hüquqi tənzimlənməsi. Dərs vəsaiti. Bakı:

Zərdabi LTD, 2008.




  1. Hacıyev Ş.H., Bayramov Ə.İ., Beynəlxalq iqtisadiyyat. Motodiki göstəricilər, Bakı 2000.




  1. Əliyev E.Ə. Nəqliyyat hüququnun əsasları. Bakı: Hüquq ədəbiyyatı, 2004.




  1. Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı: Hüquq ədəbiyyatı, 2000.




  1. Емине Йазыъыоьлу. Щамбурэ Кураллары’на эюре ташыйанын сорумлулуьу. Истанбул: Бета Басым А.Ш.,




  1. Емин Ертцрк. Улусларарасы иктисади бирлешмелер. Истанбул: Випаш А.Ш, 2002.

NORMATİV-HÜQUQİ AKTLAR




  1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu

01.04.2008.




  1. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu−24.06.2005.




  1. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.06.1999.




  1. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında” Əsasnamə

10.06.2003.




  1. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. Bakı: Azərbaycan, 1996 – 2008.




  1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu− 22.12.1999.




  1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin icmal məlumat Bukleti. Bakı,

2003.



  1. Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsi− 22.06.2001.




  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı: Qanun, 2005.

72


  1. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı” (2006-2015-ci illər).




  1. Allahverdiyev S.S. Azərbaycan Respublikasının mülki hüququ. Dərslik. II cild. Bakı: Digista, 2001, I cild, I kitab, 2003.




  1. Azərbaycan Respublkisanın nəqliyyat qanunvericiliyi. I kitab / Buraxılışa məsul – A.Süleymanlı. Bakı: Çaşıoğlu, 2005.




  1. “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006−2015-cu illər) Dövlət Proqramı”.

İNTERNET RESURSLARI




  1. www.wikipedia.org




  1. www.e-qanun.az




  1. www.google.az




  1. www.mot.gov.az




  1. www.azstat.org




  1. www.cabmin.gov.az

73
АННОТАЦИЯ
Во введении обосновывается актуальность темы диссертации, характери-зуется степень изученности проблемы, ставятся цель и задачи, обосновывается практическая значимость работы, раскрывается научная новизна исследования,


  • также отражаются сведения об апробации результатов исследования и их внедрении.




    • главе I под названием «Роль в обеспечении экономического развития, транспорта и транспортных отношений концептуальным аспектам правового регулирования» проведен сравнительный анализ исторических этапов развития формирования транспорта и транспортных отношений концептуальным аспектам.




    • главе II под названием «Основные направления политики и транспорт-ного комплекса современных состояние экономический анализ реализуемых транспорта в Aзербайджанской республике» реализуемых транспорта состояния системы в целом анализируются.




    • главе III под названием «В Aзербайджанской республике транспорт-ного комплекса и правового обеспечения деятельности государственных органов в этой сфере правовым статусом» выдвинуты предложения по обеспечению устойчивости транспорта, правового обеспечения деятельности государственных органов в транспорт и транспортных отношений сфере правовым статусом, а также формирования и развития системы транспорта обеспечения.

Диссертационная работа состоит из введения, трех глав, заключения и списка использованной литературы.

74
ANNOTATION
İn an introduction part the paper introduce the importance of the problem, aims and objectives, the practical importance of the work and literature review and important scientific research done by the different scientist.
The first chapter called “The role of conceptual aspects of legal regulation of relations in the economic development of transport and transport” legislative and economic aspects of transport system.
The second chapter of the paper called “Transport policy implemented in Azerbaijan republic and main directions of modern situation economic analysis of the transport complex” analyzed current situation of transport.
Last chapter named “In the Azerbaijan republic legal provision of activity of state bodies in this sphere and transport complex legal status” investigated and gave policy implications on transport assistance.
The dissertation consist of introduction, three main chapters, and conclusion and policy implications.

75
REFERAT


Mövzunun aktuallığı. İqtisadiyyatın hormonik formada fəaliyyətinə nail olunmasında, hər hansı bir sahəsi üzrə müdafiə sisteminin təkmilləşdirilməsində və vətəndaşların daima inkişaf etməkdə olan həyat fəaliyyətlərinin təmin olunmasında nəqliyyat sahəsi əhəmiyyətli instrastruktur sahəsi kimi ölkənin ictimai həyatında rolu əhəmiyyətli hesab edilir. Nəqliyyat sektorunu tənzimlənilməsi məqsədi üçün hüquqi baza yaradılmışdır və bu istiqamətdə hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar əsas yer almışdır. Nəqliyyat sektorunun tənzimlənilməsini özündə ehtiva edən qanun “Nəqliyyat haqqında” olan 11 iyun, 1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Qanunudur. Bu istiqamətdə nəzərdə tutulan digər normativ-hüquqi aktlara “Avtomobil yolları haqqında” AR Qanunu, “Avtomobil nəqliyyatı haqqında” AR Qanunu, Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişaf Strategiyası, “Aviasiya haqqında” AR Qanunu, 2006-2015-ci illəriəhatə edən “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair” və "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair” Dövlət Proqramlarından ibarətdir. Qanunlarla, nəqliyyat növləri üzrə məcəllələr və nizamnamələr ilə habelə respublikanın digər normativ-hüquqi aktları ilə nəqliyyat fəaliyyəti tənzim edilir. Bu nromativ aktlar əsasında nəqliyyat fəaliyyəti üzrə iqtisadi, hüquqi və təşkilati əsaslar müəyyən edilir. Bu səbəbdən nəqliyyat sektoruna dövlətin müdaxilə etməsi praktik olaraq həyata keçirilməsini təmin olunması üçün normativ-hüquqi bazanın formalaşdırılması hər bir dövlət üçün prioritet vəzifələrdən hesab olunur.
Tədqiqat obyekti olaraq dissertasiyada respublikanın milli iqtisadiyyatı, iqtisadiyyatın nəqliyyat sahəsinin inkişaf etidirilməsinin mövcud vəziyyətinin və bununla əlaqədar digər proseslər göstərilmişdir. Tədqiqatın predmeti olaraq isə respublikamızda nəqliyyat sahəsinin inkişaf etdirilməsi üzrə reallaşdırılan iqtisadi islahatlar, bu islahatlardan doğan strategiyanın əsas hədəfləri və xarakteristikası ilə əlaqədar yeni tendensiya və hüquqi təminat mexanizmləri təşkil etmişdir. Tədqiqatın məqsədi olaraq nəqliyyat münasibətlərinin hüquqi tənzim edilməsi anlayışı və prinsiplərinin müəyyən edilməsi, habelə respublikamızda mövcud nəqliyyat sferasını

76
fəaliyyətini tənzim edən normativ hüquqi aktların araşdırılması və öyrənilməsindən ibarətdir.


Tədqiqatın informasiya bazasını bu sahə üzrə bağlı olan xarici və yerli tədqiqatçıların və mütəxəssislərin araşdırmaları və tədqiqatları, habelə dövlət idarəetmə və dövlət hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Satistika Komitəsinin, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeçiliyi əsasında fəaliyyətini reallaşdıran strukturlar) məlumatları və araşdırmaları əks olunmuşdur. Dissertasiya işinin nəzəri – metodoloji bazasını nəqliyyat sektoru münasibətlərinin hüquqi tənzim edilməsi anlayışı və prinsipləri, bu istiqamətdə yerli və xarici iqtisadçı mütəxəssislərin araşdırmaları nəticəsində gəldikləri qənaətlərin nəticələri təşkil etmişdir.
Dissertasiyanın struturu giriş, üç fəsil, nəticə və təklifləri özündə birləşdirmişdir.
Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin