(Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL
Tel
& WP : 070 611 33 00
103
Slaydların açılış effektləri. (Transition Tabı)
Slaydın açılış effekti dedikdə slaydın ekrana necə gəlməsi başa düşülür. Yəni slaydlara hərəkət effektlərinin verilməsidir.
Transition Tabı –
Preview(ön baxış), Transition to This Slide(Bu slayda keçid), Timing(vaxt) tab qruplarından ibarətdir.
• Preview(ön baxış)- cari slayda verilmiş keçid effektinə baxmağa imkan verir.
• Transition to This Slide(Bu slayda keçid)- adından da məlum olduğu kimi cari slayda keçid effekti vermək üçündür. Keçid
effektləri 3 Qrupa bölünür:
Subtle(Zərif), Exciting(Həyəcanlı), Dynamic Content(Dinamik məzmun). Qrupun sağ
tərəfində olan
Effect Options əmri keçid effektinin istiqamətini müəyyən edir.
• Timing(vaxt) bu qrupun əmrləri ilə aşağıdakıları etmək mümkündür:
Sounds – keçid effektlərinə səs əlavə edir, yəni
slaydlararası keçidi səsli etmək mümkündür.
Duration – keçid effektinin vaxtını tənzimləyir, yəni slaydın neçə saniyə
ərzində nümayiş olunacağını təyin edir. Məsələn, effekt vermişik ki, slayd fırlana-fırlana gəlsin. Bu bölmədən slaydın nə
qədər müddətdə fırlanmasını təyin edirik. Bura yaza biləcəyimiz zaman 59.00 saniyədir.
Apply To All – cari slaydda olan
keçid effektini zamanı və səsi bütün slaydlara tətbiq edir.
On Mouse Click – bu bənd seçildikdə nümayiş zamanı slaydları
həm klaviaturanın istiqamət düymələri ilə həm də mausun sol düyməsi ilə növbəti slayda keçirmək olur. Bu bənd
seçilmədikdə isə mausun sol düyməsi qüvvədən düşür.
After – bu düymə seçildikdə təqdimat zamanı bir slayddan digərinə
keçid həm də avtomatik olaraq baş verə bilir. Növbəti slayda nə qədər müddətdən sonra keçid etmək lazım olduğu xanaya
yazlır.
Dostları ilə paylaş: