Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Magistrant: Suğraxanım Kazımzadə, I kurs Elmi rəhbər: Dos. D.B. Şirinova sugrakhanim.kazimzadeh@gmail.com
Açar sözlər: Qazma şlamı, kimyəvi tərkibi, neytrallaşdırma texnologiyası, utilizasiyası Qazma prosesi zamanı əmələ gələn bərk faza –şlam həm aqressivlik və həm də uzun təsir müddəti baxımından qazma tullantılarının ən təhlükəlisi hesab edilir.
Qazma şlamı yerin təkindən çıxarılmış təbii materialdır. Bu şlam özündə biosferin yer qatı üçün təhlükəli və təhlükəsiz müxtəlif mineralları cəmləşdirə bilər. Belə ki, quyuların qazılması zamanı tərkibində zəhərli maddələr (məsələn, civə kinovar-Hg2S, arsenolit –As2O3və s.), yüksək radioaktivliyə malik süxurlar (məsələn, deyterium ilə doymuş filiz və kollektor) olan kiçik laylar açıla bilər. Müəyyən şəraitdə belə şlamlar ətraf mühit üçün təhlükə yarada bilər. Qazma şlamının kimyəvi tərkibi quyuların qazıldığı süxurların kimyəvi tərkibindən. Qazma üsulundan və istifadə olunan qazma məhlulunun növündən asılı olaraq dəyişir. Aşağıdakı cədvəldə qazma şlamının element və oksid tərkibi göstərilmişdir
Cədvəl. Qazma şlamının element tərkibi.
Şlam hissəciklərinin ölçülərinin artması ilə şlamın çirkləndirici maddələrlə doyma səviyyəsi yüksəlir.Tərkibindəki rütubətlilik səviyyəsi yüksək olduğuna görə qazma şlamlarının yığılması, daşınması və eləcədə saxlanması zamanı bir çox problemlər ortaya çıxa bilər.
Hazırda qazma şlamını neytrallaşdırmaq üçün turşuma, hidrofoblaşdırma və termiki işlənmə üsullarından istifadə olunur. Qazma şlamları həmçinin tərkibindəki karbohidrogenlər çıxarıldıqdan sonar yenidan emal edilə bilər və o cümlədən yenidən istifadə üçün yararlı ola bilər. Onlardn yollar və qazma yastıqları kimi eroziyaya daha həssas olan səthləri sabitləşdirmək üçün, beton, kərpic və tikinti bloklarının istehsalında doldurucu kimi istifadə edilə bilər. ABŞ-ın Enerji Departamenti hətta qazma şlamlarının sahilyanı bataqlıq ərazilərin bərpası üçün substrat kimi istifadə imkanlarını araşdırmışdır və Böyük Britaniyada elektrik stansiyansiyasının yanacağı kimi şlamlardan istifadə etməklə bəzi sınaqlar həyata keçirilib. Bundan başqa, zədələnmiş torpaqların rekultivasiyası üçün torpaq örtüyünün çıxarılması ilə qazma şlamlarının utilizasiya prosesini tətbiq etmək mümkündür. Qazma şlamlarının və qazma məhlularının bərpası əlverişli, sərfəli və o cümlədən, ekoloji cəhətdən davamlı prosesdir. İşlənmiş palçıqlardan və qazma şlamlarından uçucu çirkləndiriciləri təmizləməyin ən uğurlu və səmərəli yolu termal desorbsiyadır. Qazma şlamlarının və qazma məhlullarının təkrar emalı utilizasiya prosesinin həyata keçirilməsində təsirini göstərir və qazma prosesləri zamanı əmələ gələntullantıların düzgün utilizasiyası su təchizatının və torpağın çirklənməsinin qarşısını alır. Apardığımız tədqiqatlar qazma şlamının digər sənaye tullantısı ilə neytrallaşdırılaraq səmərəli istifadəsinə yönəlmişdir. Bu proses vasitəsilə qazma məhlulları və şlamlar yenidən istifadə edilə bilər. Bu da öz növbəsində kapital sərfinə qənaət edilməsinə və sağlam mühitin formalaşmasına töhfə verəcəkdir.
Ədəbiyyat
1.Guryeva, V. A. (2015). Drill Cuttings in the Production of Building Ceramics. Building materials, issue 4, pp. 75-77.
2.Reuben, N. O. and Perez, P. A. (2018). Towards Enhancing Sustainable Reuse of Pre- Treated Drill Cuttings for Construction Purposes by Near-Infrared Analysis: A Review. Journal of Civil Engineering and Construction Technology, issue 9, pp. 19-39.
3.Mostavi, E., Asadi, S. and Ugochukwu, E. (2015). Feasibility Study of the Potential Use of Drill Cuttings in Concrete. International Conference on Sustainable Design, Engineering and Construction, issue 118, pp. 1015-1023.
Recovering Drilling Muds and Drill Cuttings for Reuse (Article)