I FƏSİL. NƏZƏRİ HİSSƏ
1.1.MƏİŞƏT KİMYA MALLARI HAQQINDA ÜMUMİ MƏLUMAT
Məişət kimya mallarının (yuyucu vasitələrin) istehsalı və çeşidləri son illər
ərzində, xüsusilə də demək olar ki, II dünya müharibəsindən sonra bütün
ölkələrdə geniş yayılmışdır. Misal olaraq göstərmək oloar ki, Amerikada 1939-cu
ildən 2018-ci ilədək yuyucu vasitələr çeşidinin istehsalı keçən zaman ərzində 50
dəfəyə qədər artmışdır.[1]
Məişət kimya malları sabuna nisbətən son illərdə geniş tetbiq edilir ve
sabunu rəqabətdə daha çox sıxışdırmışdır. Aparılan tədqiqat işlərindən məlum
olmuşdur ki, sabunun sulu məhsulunun fiziki və kimyəvi xassələri üzərində təbii
piylər əsasında alınan sabun növlərinin bir sıra başlıca qusurları vardır.
Cod sudan və dəniz suyundan istifadə edərkən, həmin qüsurlar əsasən
daha da aşkar nəzərə çarpır, təbii piylərdən istehsal olunan sabunları bu səbəbdən
də tam keyfiyyətli yuyucu vasitə hesab etmək olmaz. Məlum olmuşdur ki, yuma
zamanı sabunun sulu hidroliz olunaraq sərbəst əsas əmələ gətirir və nəticədə
məhsulda əsasi reaksiya yaranmış olur. Yuma zamanı belə məhlul pambıq və
kətan parçalara düzdür zərərli təsir etmir, amma ipək, yun, neylon, kapron, terilen
kimi zerif və qiymetli parçalara çox zerer verir. [1]
Biz bilirik ki, codluq yaradan elementlərin təsirinə qarşı sabunun sulu
məhlulu çox davamsızdır, onlarda suda həll olmayan kalsium və maqnezium
duzları əmələ gətirir. Bu cür duzlar isə nisbətən yapışqan və özlü olduğundan,
təmizlənən parçaların üzərinə çökür və onu daha da çirkləndirir. Çirklərin
təmizlənməsi üçün həmin əlavə sabunlardan istifadə edilmiş olur. Deməli, dəniz
suyunda və cod suda məişət kimyası mallarından (yuycu vasitədən) istifadə edən
zaman parçaları yuduqda, xüsusilə codluq 15-17 dərəcə olur, Dərəcə artıq
olduqda isə müəyyən hissə sabun çirkin turşuluğunun neytrallaşmasına və heç bir
yuyuculuq qabiliyyəti olmayan yağ turşularının kalsium və maqnezium duzlarının
əmələ gəlməsinə sərf edilir.[3]
Belə nəticəyə gəlinir ki, işlədilən külli miqdarda yağ və piy sabun istehsal
8
etmək üçün düzgün istifadə edilməmiş olur. Göstərilən bu qüsur həm yağ və həm
də piy əsasında alınan sabunların tətbiq dairəsini məhdudlaşdırır. Paltarlar dəniz
suyunda, yəni cod suda yuyulduqda bir yuyucu vasitə kimi onun qiyməti aşağı
düşür. Son illərdə bununla əlaqədar olaraq, senaye miqyasında suları evvelceden
yumşaldan məişət kimyası malları, yəni sintetik yuyucu vasiteler istehsal edilir.
Məişət kimya mallarının (sintetik yuyucu vasitələr) istehsalı və istifadə
həddinin genişləndirilməsinə səbəb təkcə yeməli piy və yağlara qənaət etmək
deyil, hem de bu nov yuyucu vasitelerin bir sıra üstün xususiyyətlərə malık
olmasıdır.
Yuyucu vasitelerin istehsalında sethi aktıv maddelerın səmərəli olaraq
istifadə edilməsi üçün onda optimal yuyuculuq və təmizləyicilik təsiri yaratmaq
lazımdır. Bunun üçün bir sıra yararlı əlavələrdən, meselen: tripolifosfat, natrium-
metasilikat, karboksimetilsellüloza və s. istifadə edilir.
Sethi aktiv maddelerin istehsal hecmi çeşidli yararlı əlavəlerin hecminə
uyğun olmalıdır.
MDB (Müstəqil Dövlətlər Birliyində) dövlətlərində 1985-ci ilə qədər
məişət kimya mallarının istehsalı (yuyucu vasitələrin istehsalı) həcmi süretle artmış
və 1,2 mln tona çatmışdır. Bazar iqtisadiyyatına keçid şeraitinde yenidenqurma və
respublikalar arası teserrüfat elaqelerinin kesilmesi neticesinde ehalinin böyük
tələbi olan bu məhsulların istehsalı azalmağa başlamışdır.[3]
2002-ci ildə Amerika Birləşmiş Ştatlarında son illərin məlumatlarına görə
istehsal olunan bütün meişet kimya mallarının 75%-ni sintetik yuyucu vasitələr
teşkil edir. Digər ölkələrdə də, elavə olaraq, yağlar esasında istehsal olunan
yuyucu vasitələrin hecminin azalması və sintetik yuyucu vasitelerin istehsal
hecminin artması müşahide olunur.
Sintetik yuyucu vasitə olan sabunun istehsalında işlədilən yağların sintetik
yağ əvəzedicilərdə ödənilməsi iki istiqamətdə aparılır:
- ətir və paltar istehsalı üçün işlədilən yeyinti yağları parafin, neft,
karbohidrogenlərin oksidleşmesinden alınan sintetik yağ turşuları ilə evez
olundu;
9
- bir sıra maye ve toz yuyucu vasiteler, neft məhsullarının kimyəvi işlənməsi
və digər kimyevi mehsullar esasında istehsal olunmağa başladı.
Sintetik əvəzedicilərin istehsalında qeyd etmək lazımdır ki, neftin parafın
karbohidrogenləri əsas xammal menbelerinden biri hesab edilir. Bu məqsed üçün
hal hazırda parafin karbohidrogenlərinin işlenmesi prosesi 5 (beş) müxtəlif yolla
aparılır:
Dostları ilə paylaş: |