Giriş
Mövzunun aktuallığı. XX əsrin qlobal problemlərindən biri ətraf mühitə
antropogen təsirin daha da güclənməsidir. Bəşəriyyət öz mövcudluğuna görə təbiə-
tə borcludur. İnsanlar təbiətdə özlərinə lazım olan şeyi tapmadıqda təbiət mate-
rialından istifadə edərək onu özləri yaratmışlar. Maddi istehsalda əmək təbiəti də-
yişdirməyin vasitəsi kimi çıxış edir. İnsan təkcə təbiətin predmetlərinin formalarını
dəyişdirmir, həm də həmin predmetlərdə özünün şüurlu məqsədini təcəssüm etdi-
rir. O, təbiətə təsir edərək onu dəyişdirməklə bərabər öz təbiətini də dəyişdirir.
Dəyişdirilmiş, məhsuldar hala çevrilmiş təbiət insanın gələcək inkişafı üçün həlle-
dici şərtə çevrilir. İnsan özü təbiətdən yaransa da, təbiətin ayrılmaz hissəsi olaraq
qalır. Bununla yanaşı insan təbiətə qarşı həmişə bir təbii-sosial qüvvə kimi durur.
Təbiət maddi rifah istehsalı prosesinin daimi, əbədi və zəruri şərtidir. Təbiətin
verdiyi və insanın ondan aldığı şeylər istehsalın və həyatın əsasıdır. Təbii şərait
istehsalın müxtəlif sahələrinin inkişafı və yerləşməsinə həlledici təsir göstərir.
Həmin şərait ya inkişafı asanlaşdırır, yaxud da maddi istehsalın inkişafını çətinləş-
dirir, bununla da əmək məhsuldarlığının artımına birbaşa və dolayı təsir edir. Mad-
di istehsalda insan öz həyatı üçün təbiəti mənimsəyir. Bununla yanaşı istehsalda
kortəbii, lokal və qlobal proseslər fəaliyyət göstərir. Tarixən insan təbiəti öyrənir
və ondan istifadə edir. İnsan tərəfindən yaradılmış predmetlər, təbiətdə edilmiş
dəyişikliklər təbiətin öz predmet və hadisələri kimi real və obyektivdir. İnsanın
təbiətin kortəbii qüvvələrinin təsirindən qismən mühafizə edilməsi onu təbiətdən
təcrid etmir, əksinə onu təbiətlə getdikcə yaxınlaşdırır, təbiətin daha geniş şəkildə
maddi istehsal prosesinə daxil edilməsinə şövq edir. Kimyəvi birləşmələrin
təbiətdə sintezini, canlı orqanizmlərin çirklənmiş ətraf mühitə uyğunlaşmasını və s.
buna misal göstərmək olar. Ətraf mühitin çirklənməsi, təbii sərvətlərin tükənməsi
və təbii ekoloji tarazlığın pozulması qorxusu, təbiət və cəmiyyətin qarşılıqlı
əlaqələrini tənzimləməyin yeni formasını yaratmışdır ki, bu da təbiətin mühafizəsi
adlanır. Bununla bağlı insanın fəaliyyəti ətraf mühitə qarşı insanın apardığı ardıcıl
4
fəaliyyətə qarşı yönəlmiş əks reaksiya formasıdır ki, onun da əsas məqsədi cəmiy-
yət və dövlətin köməyi ilə təbiət və cəmiyyət arasındakı münasibətləri daha səmə-
rəli tənzimləməkdir. Təbii sferada olan bütün mürəkkəbliyə, təbiət elmlərinin lazı-
mi səviyyədə olmadığına baxmayaraq, alimlər ekologiya hüququnun elmi-metodo-
loji əsasının işlənib hazırlanması üçün strateji əhəmiyyət kəsb edən, cəmiyyət və
təbiətin qarşılıqlı təsirinə dair bir sıra əsas müddəaları işləyib hazırlamışlar ki,
həmin məsələlərin dissertasiya işində geniş araşdırılması işin aktuallığını daha da
artırır.
Dostları ilə paylaş: |