Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi :
— Optimal təbii şərait təminatı olmadan insan varlığının qeyri-mümkünlü-
yünü araşdırmaq;
— Ətraf mühitə insan fəaliyyətinin səmərəli təsirinin labüdlüyünü
qiymətləndirmək;
— Cəmiyyət və təbiətin qarşılıqlı təsirinin tarixi qanunauyğunluğunu nəzərə
almaq;
— Cəmiyyət və təbiətin qarşılıqlı təsirinin iqtisadi qiymətləndirilməsini
müəyyən etmək;
— Təbiət vahid sistem, istehsalat əməliyyatları isə idarə və müəssisə
çərçivəsində sosial sistemlər olmaqla inteqrasiya yaratmasını aydınlaşdırmaq. Əgər
təbiətdən istifadə sahəsində işlər planlı, səmərəli aparılmasa, istehsalat labüd
şəkildə təbiətin vahidliyi və bütövlüyünə zərər vuracaqdır.
— İndiki və gələcək nəsillər naminə ətraf mühitin mühafizəsi, optimallaş-
dırılması və yaxşılaşdırılması məqsədi ilə cəmiyyət-təbiət münasibətlərini tənzim-
ləyən hüquqi normativlərdən geniş və səmərəli istifadə etmək
— Təbiətdən və onun resurslarından davamlı istifadə olunmasını, ətraf mü-
hitin mühafizəsini və idarə olunmasını tənzimləmək məqsəqi ilə Beynəlxalq
Əməkdaşlıq və Yardımlardan səmərəli istifadəni təmin etmək
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həlli
labüd bilinmişdir:
5
1. Cəmiyyətin təbii ehtiyatlara tələbatını təmin etmək və ətraf mühitin zəruri
ekoloji keyfiyyətini qoruyub saxlamaq,
2. Cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqə və ya təsir prosesində müna-
sibətlər sistemini qiymətləndirmək,
3. Gələcək nəsillərin mənafeyini nəzərə almaqla cəmiyyət və təbiət arasın-
dakı qarşılıqlı əlaqənin optimallaşdırma metodlarını işləyib hazırlamaq,
4. Təbiətdən səmərəli istifadə sahəsində Beynəlxalq əməkdaşlığın genişlən-
dirilməsi,
5. Təbiətdən səmərəli istifadənin hüquqi və təşkili şəraitinin formalaşdırıl-
ması,
6. Təbii mühit cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsində məhsuldar qüvvələrə
təsir göstərdiyi kimi, təsərrüfat sahələrinin müxtəlifliyinə də təsir göstərmişdir ki,
bu da cəmiyyətin dinamik inkişafında mühüm rol oynamışdır.
Dostları ilə paylaş: |