Mahatma Qandi Tərcümə edən: Güntay Gəncalp Bütün insanlar qardaşdır



Yüklə 0.84 Mb.
səhifə1/12
tarix23.06.2017
ölçüsü0.84 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12
Mahatma Qandi

Tərcümə edən: Güntay Gəncalp


Bütün insanlar qardaşdır*

İçindəkilər:

  • Tərcüməçidən önsöz

  • Əski Hindistan Cümhurbaşqanı Rada Krişnandan giriş söz

  • Özkeçmişim.

  • Həqiqət və məzhəb

  • Araclar və amaclar

  • Ahimsa və ya qeyri—aqressivlik

  • Şəxsi ilkələr

  • Dünya barışı

  • Insan və teknoloji

  • Bolluq içində yoxsulluq

  • Demokratiya və xalq

  • Eyitim

  • Qadınlar

  • Müxtəlif qonular

  • Sözlük



Tərcüməçidən önsöz
UNESCO´nun ümumi iclası 1956-cı ildə Yeni Dehlidə keçirildi. Bu iclasda qərara alındı ki, Qandinin görüşlərini yansıdan bir kitab hazırlanıb yayımlansın. Hindistanda parlayan bu böyük insanın öyrətilərinin dünyaya çatdırılmasını UNESCO qərarlaşdırdı. Ktab bu qərardan iki il sonra yayımlandı. Böyük filosofu və daha sonra Hindistanın cümhurbaşqanı olan Rada Krişnan bu kitaba bir önsöz yazdı. UNESCO bu qərarı ilə də yetinməyib 1968-ci ildə Qandinin 100 illiyi münasibəti ilə BMT-yə üzv olan bütün dövlətlərdən istədi ki, bu kitabı öz dillərinə tərcümə edib ölkələrində yayımlasınlar. Ən sonda UNESCO Qandinin görüşləri əsasında dərləyib “Bütün insanlar qardaşdır” olaraq adlandırdığı kitabın bütün millətlərin dillərinə tərcüməsini alqışladı.

Bu kitabın ana dilimizə tərcüməsini Qandinin böyük ruhuna bir ərməğan olaraq sunuram.

Güntay Gəncalp

25.01.2011




Giriş

Dünyaya öyrədəcək yeni bir sözüm yoxdur. Doğruluq və qeyri-aqressiv siyasət dağlar qədər əski bir mövzudur.

(Qandi)

Əsrlərdən əsrlərə böyük bir öyrətmən ortaya çıxar. Bu ərdəmli insanın ortaya çıxması üçün bəzən neçə əsr zaman lazım olur. Bu böyük ərdəmli şəxsiyətlər öncə öz yaşamlarında böyüklüyə əməl edirlər. Daha sonra başqalarına örnək olurlar. Qandi böylə bir öyrətmən idi. Bu kitabda toplanan Qandinin yazılı görüşləri Şri Krişna Kirpalani tərəfindən seçilmişdir. Bu kitab oxucuya Qandinin dünyagörüşünün necə biçimlənməsi və onun elmi yöntəmləri ilə ilgili gərəkən bilgini verəcəkdir. Qandi düşüncəsinin kökü Hindistanın doğrunu arayan dini uyqarlığının dərinliyinə dayanmaqdadır. Hindistanın heç bir şeyə bağlanmama, həyata sayqı ilə yanaşma, Tanrını tanıyıb bilmək üçün hər şeyi fəda etmə gələnəyi Qandi yaşamını dərindən etkiləmişdi. O, bütün ömrü boyunca doğrunu aramışdı və deyirdi: “Yaşam hərəkətdir və mənim bütün vücudum doğrunu axtarmağa adanmışdır.”



Əski gələnəklərin dərinliklərindən qaynaqlanmayan həyat dayazdır. Bəziləri sanırlar ki, nəyin doğru olduğunu bildiyimizdən sonra onu etmiş oluruq. Ancaq böylə deyildir. Bəzən nəyin doğru olduğunu bildiyimiz halda özümüzdən asılı olmayaraq doğru olanı seçmirik. Meyllərimizin basqısı altında yenilərək doğru olmayanı seçmiş oluruq. Hind nəzəriyələrinə görə “İndiki durumumuzda biz, ancaq yarı insan sayılırıq. Yalnız məhəbbətin içgüdüləri yenməsindən sonra bizim heyvani özəlliklərimiz ortadan qaldırılmış olur.” Böyük çalışmalarla, yanlışlıqlarla iç-içə olan bir hərəkətlə nəfsimizi ciddi disiplinə tabe tutaraq, ağrılı addımlarla təkamül yolunda irəliləmək mümkündür.

Məzhəb Qandi üçün əqli və əxlaqi özəllik sayılırdı. Ağlı və vicdanı ilə örtüşməyən heç bir inancı qəbul etmirdi. Əgər biz Tanrıya inansaq və bu inanc yalnızca bizim ağlımızda deyil, bütün vücudumuzda yerləşmiş olsa, o zaman bütün bəşəriyəti irqi, milli, məzhəbi, sinfi, cinsi ayrımcılıq etmədən sevə biləcəyik. Bəşəriyətin bütünlüyü və ortaq yazqısı yolunda çalışa biləcəyik. “Mənim bütün əməllərim bəşər toplumuna olan dəyişməz məhəbbətimdən qaynaqlanır. Mənim inancımda özgə yoxdur. Vətəndaş, yabancı, ağ-qara, hindistanlı və qeyri-hindistanlı anlayışlarının mənim üçün bir anlamı yoxdur. Mənim gözümdə buddist, müsəlman, xristian, yəhudi kimlikləri heç bir imtiyaz daşımır. Hamısı insandır. Mənim ürəyim insanları bu biçim görə bilmir.”

“Sürəkli və düzənli dualar aracılığı ilə qırx ildən artıq bir zaman içində kimsəyə nifrət etməməyi başarmışam. İçimdən nifrət doğuracaq bütün etkənləri silmişəm.”

Bütün insanlar qardaşdır və heç bir insan dini, milli mənsubiyətindən dolayı bir başqasından üstün deyildir. Sarvodaya1 bəşərin amacı olmalıdır. Tanrı bütün insanları birləşdirib bir-birinə bağlayan ortaq bağdır. Ən qəddar düşmənlə rastlandığımızda da bu bağın qırılması Tanrını heç sayma anlamına gəldiyindən dolayı çox zərərli ola bilər. Ən şarlatan insanda da insanlıq bəlirtiləri var.

Bu nəzəriyə milli və uluslar arası sorunların çözümü üçün qeyri-aqressivliyi qəbul etməyi gərəkdirir. Qandı israrla deyirdi ki, xəyalcı deyil, tam tərsinə əməl əhli olan bir ülküçüdür.

“Qeyri-aqressiv davranış, yalnız müqəddəslərə və dahilərə xas olan bir davranış deyildir. Qeyri—aqressivlik insanlıq yasasıdır. Aqressivlik heyvanların yasası olduğu kimi, qeyri-aqressivlik də insanlığın yasasıdır. Heyvanda ruh yatmışdır bu üzdən də fiziki və maddi yasanın ötəsində bir şey tanımaz. Ancaq insanda ruh yatmamışdır, hərəkət halındadır. Bu üzdən də insanın daha üstün ruhi gücə tabe olması gərəkməkdədir.”

Bəşər tarixində qeyri-aqressivliyi bireysəl sahədən siyasi və toplumsal sahəyə daşıyan ilk kişi Qandi olmuşdur. O, qeyri-aqressivliyi göstərmək, onun dəyər və etibarını yüksəltmək üçün siyasətlə uğraşırdı.

“Bəzi dostlar deyirlər ki, siyasətdə və dünya işlərində aqressivsizliyə yer yoxdur. Siyasət və həqiqət uyuşmazlarmış. Mən bu dostlarla razılaşa bilmirəm. Sadəcə fərdlərin qurtuluşuna yönəlmiş üsulları dəyərsiz sayıram. Bu üsulları gündəlik siyasi-sosial həyata tətbiq etmək mənim əsas amacım olmuşdur.”

“Mənim üçün məzhəbdən ayrı olan siyasət öyləsinə bir çirkabdır ki, ondan uzaq durmaq gərəkir. Siyasət ulusların yazqısı ilə bağlıdır. Ulusların rifahı ilə bağlı olan bir mövzu tanrını axtarmaqda olan bir fərdin ilgisini çəkməlidir. Mənə görə tanrı və doğruluq (həqiqət) eşanlamlı (eyni mənalı) sözlərdir. Bu üzdən də siyasətdə Tanrının etibarı hiss olunmalıdır.”

Hindistanın istiqlalı yolunda mücadilədə israr edirdi ki: “Biz mədəni aqressivsizlik yöntəmini bütün çətinliklərə baxmayaraq uyqulamalıyıq.” Qandinin Hindistanın istiqlalı yolundakı savaşı kəsinliklə ingilislərə qarşı nifrət üzərində qurulmamışdır. “Biz günaha nifrət etməliyik, günahkara deyil. Mənim üçün vətənsevərlik və insansevərlik eyni anlam daşıyır. Mən insan olduğum və insanlığı sevdiyim üçün vətənimi də sevirəm. Mən Hindistana yararlı olmaq adına İngiltərəyə ya da Almaniaya zərər vermək istəməm” deyirdi. Qandi böylə düşünürdü ki, Hindistana faydalı iş görmələri üçün ingilislərə yardımçı olmaq həm də Hindistana yardımçı olmaq anlamındadır. Böylə bir davranış, yalnızca Hindistanın qurtuluşuna yardımçı olmaz, həm də insanlığın əxlaqı dəyərlərinin yüksəlməsinə yardımçı olur.

Atom əsri olaraq bilinən çağımızda dünyanı qurtara bilməmiz üçün qeyri-aqressivlik üsuluna tabe olmalıyıq. Qandi deyirdi: “Atom bombasının Hiroşimanı məhv etdiyini duyduğum zaman əsla şaşırmadım. Öz-özümə dedim: Dünya qeyri-aqressivlik “ahimsa” ilkəsini qəbul etməzsə, bir türlü intihara yönələcəkdir.”

Gələcəkdə olası bir savaşda qarşı tərəflərin atom bombası qullanmayacaqları güvəncə altına alınmamışdır. İndi öylə bir durumdayıq ki, insanlığın min illər boyunca əldə etdiyi bütün mədəni nailiyətlər bir anın içində yox edilə bilər. Sürəkli təbliğatlarla insanlar atom savaşına hazırlanır. Təhrik edici bəyanlar hər tərəfdə eşidilməkdədir. Hətta öz ifadələrimizdə təcavüz sözünü qullanırıq. Saldırqan önyarqıların hamısı, kötü niyyətlilik kimi istəklərin hamısı təcavüz və aqressivliyin ürünüdür.

İndiki sevimsiz durumda elmlərin oluşdurduğu ortamlara özümüzü uyqunlaşdıra bilmədiyimizdən dolayı qeyri-aqressivlik üsulunu uyqulamaq asan olmayacaq. Ancaq sırf buna görə də ümidsizləşib fəaliyətdən geri çəkilmək də doğru deyildir. Siyasi öndərlərin inadkarlıqları bizi qorxuya salsa da, dünya toplumlarının sağduyusu və vicdanları bizə ümid bağışlayır.

Dəyişimin bu qədər sürətlə ortaya çıxdığı bir durumda yüz il sonrakı dünyanın halının necə olacağını təsəvvür etmək mümkün deyildir. Biz davam edən fikri və hissi gəlişmələrin önünə keçə bilmərik. Ancaq yüz illər keçsə də böyük Satya2Ahimsa3 üsulları, doğruluq və aqressivsizlik hər zaman bələdçimiz olacaqdır. Bunlar bizim yorqun və qarışıq dünyamızın qoruyucuları olan səsisz ulduzlar və qutsal bəkçilərdilər. Biz də Qandi kimi böylə inana bilərik ki, keçici olan buludların arxasında günəş vardır.

Öz əxlaqi aqressivliyinə, yenilgələrinə diqqət edən bir çağda yaşamaqdayıq. Öylə çağ ki, əski güvən qaynaqları uçurulur və qarqaşalı dəyərlər ortaya çıxır. Uyumsuzluq və dözümsüzlük gündən günə artmaqdadır. İnsanlıq topluluqlarına işıq tutan yaradıcı Tanrı məşəlləri söngün görünür. İnsan şüuru şaşırdıcı gücü ilə təzadlı örnəklər ortaya çıxarmaqdadır. Bir tərəfdə Budda və ya Qandi və digər tərəfdə Neron və ya Hitler.

Qürur duymalıyıq ki, insanlığın ən böyük öyrətmənlərindən biri olan Qandi bizim çağımızda yaşamış və mədəni yaşam yollarını bizə göstərmişdir. Kimsəyə kötülük etməyən və kimsədən əsla qorxmayan bir öyrətmən. Onun kimsədən gizlin saxlayacaq heç bir şeyi olmadığından, kimsədən də qorxusu olmamışdır. Rastlandığı hər insanın üzünə dik baxmış. Addımları möhkəm və sözləri doğru olmuşdur. Yüz illər öncə Platon demişdi: “Hər zaman dünyada öylə ilhamlı böyük insanlar olur ki, onlarla tanış olmanın dəyəri hər şeydən üstündür.”

S. Rada Krişnan

15 avqust 1958



Yeni Dehli
Özkeçmişim


  • Amacım özkeçmişimi ayrıntılı biçimdə açıqlamaq deyil. Sadə bir şəkildə doğruluqla ilgili denəmə öykülərimi anlatmaq istəyirəm. Yaşamın bu denəmələrdən başqa bir şey olmadığından istər istəməz bu öykü özkeçmiş və tərcüməyi hal kimi anlaşılacaqdır. Ancaq olsun. Bu öyküdən hər bir yarpaq mənim həyat denəmələrimi anlada bilərsə, böylə olmasının da önəmi yox.

  • Mənim siyasi sahədəki denəmələrim, yalnızca Hindistan üçün deyil, “uyqar” dünya üçün də tanışdır. Mənim özüm üçün bunların bir o qədər də önəmi yox, hətta mənə verilmiş olan Mahatma* ləqəbi də mənim üçün dəyərsizdir. Bu ləqəb məni rahatsız edir. Bir an bilə, bu ləqəbdən dolayı özümü mutlu hiss etməmişəm. Ancaq mənim anlatmaq istədiyim öz üzərimdə denədiyim və yalnız özüm bildiyim ruhi təcrübələrdir. Siyasi meydanda fəal olmağımı bu ruhi təcrübələrimdən əldə etmişəm. Əgər bu denəmələr ruhani isə, onlarla öyünmənin bir anlamı yoxdur. Yalnız mənim daha çox alçaqkönüllü olmama nədən ola bilər. Özüm haqda nə qədər çox düşünür və geriyə dönüb baxıramsa, öz əksikliklərimi daha açıqca görmüş oluram.

  • Bu otuz ildə etmək istədiyim özümü anlamaq, Tanrını görmək və mokşa**´ya çatmaq olmuşdur. Həyatımın və bütün varlığımın tək amacı bu olmuşdur. Yazmaq və danışmaqla etdiklərim, bütün siyasi çalışmalarım bu ərək (hədəf) üçün olmuşdur. Ancaq bir fərdə mümkün olanın bütün insanlara mümkün olacağına inandığımdan, mənim öz ruhum üzərindəki sınaqlarım gizlincə olmamışdır. Tam açıqca olmuşdur və bunun açıqca olması onun mənəvi dəyərini azaldacağını düşünmürəm. Bəzi şeylər var ki, yalnız kişinin özünə və onun yaradıcısına bəllidir. Şübhəsiz ki, bu kimi olmuşları başqası ilə paylaşmaq olmaz. Mənim anlatmaq istədiyim denəmələrim bu türlərdən deyildir. Tam ruhani ya da daha doğrusu əxlaqi olanlardır. Çünkü məzhəbin ruhu əxlaqdır.

  • Bu denəmələrimdən dolayı özümü üstinsan sayma düşüncəsi məndən uzaqdır. Bu denəmələrə bir bilim adamının verə biləcəyi dəyər qədər mən də dəyər verə bilərəm. Öz denəmələrini diqqət və uzaqgörənliklə uyqulayan bir bilim adamı heç bir zaman vardığı sonuçları kəsin olaraq qəbul etməz. Sürəkli açıq bir görüşlə denəmələrini gözdən keçirər. Mən çox dərindən özümə dalmışam. Bir çox kərə öz iç dünyamı ölçmüş və ruh durumlarımı araşdırmışam. Bütün bunlara baxmayaraq kəsin bir sonuca varmaq qonusunda şübhəli olmuşam. Ancaq iddia edə bilərəm ki, öz görüşümə görə sonuclar uğurlu olmuşdur. Çünkü sonuclar yanlış olsaydı, heç bir işə və fəaliyətə qatlaşmamalı idim. Bir haldakı hər addımda bir şeyi ya qəbul ya da rədd etmişəm. Bu rədd və qəbul ölçülərinə görə davranmışam.

  • Mənim yaşamım ayrılmaz bir bütündür. Bütün fəaliyətlərimin bir-biri ilə ilişkisi var. Hamısı da mənim bəşəriyətə olan sonsuz sevgimdən qaynaqlanmaqdadır.

  • Qandilər Banya oymağındandır. Böyük olasılığa görə banyalılar ətir satışı ilə uğraşırmışlar. Ancaq məndən üç nəsl öncədən başlayaraq Katyavadın müxtəlif hökumətlərində başbakan olmuşlar.Böyük babamın dürüst bir insan olduğunu söylərdilər. İqtidardakı dedi-qodular və qarşıdurmalar üzündən böyük babam Purbəndər hökumətindən uzaqlaşıb və Cunaqad bölgəsinə sığınıb. Cunaqada vardığında oranın elmay1ına sol əli ilə salam vermiş. Elbayın yaxın adamları buna görə böyük babamı tənqid edib və bu davranışını açıqca sayqısızlıq olaraq bildirmişlər. Bu haqda böyük babamı sorqulamışlar. Böyük babam da demiş ki: “sağ əlim Purbəndər əmirinin girovundadır.”

  • Atam yaxınlarını çox sevirdi. Dürüst, ancaq aqressiv biri idi. Vaxtının çoxunu cismani zövqlərə həsr edirmiş. Çünkü 40 yaşı keçdikdən sonra dördüncü kərə evlənmişdi. Ancaq dürüstlüyündən dolayı həm öz əqrəbalarımız içində həm də kənarlarda çox etibara sahib idi.

  • Anamın xəyallarımda buraxdığı təsirlər çox qutsal olmuşdur. Anam çox mömin və məzhəbi biri idi. Dualarını etmədən yemək yediyini xatırlamıram. Ən çətin nəzirlər edərdi və etdiyi nəzrlər nə idisə, mütləq yerinə yetirərdi. Hətta ən çətin xəstəliklər bilə, onu dua etməkdən saxlaya bilməzdi.

  • Bu ata-anadan mən Purbənd şəhrində dünyaya gəlmişəm. Çocuqluğumu Purbənddə keçirdim. Orada məni oxula göndərdilər. Çarpı cədvəlini çox çətinliklə öyrəndim. O dönəm həyatımdan çox şeylər anımsamıram. O dönəmdən daha artıq bir şey xatırlaya bilməməm göstərir ki, küt hafizəm var imiş.

  • Çox utanqac biri idim. Başqaları ilə ilişki qurmaqdan çəkinirdim. Kitablarım biricik arxadaşlarım idi. Gündəlik işim bu idi ki, hər gün tam vaxtında dərsə gedim və dərs bitər-bitməz evə gəlim. Evə getməyə tələsirdim çünkü başqaları ilə danışmağa həvəsim yox idi. Başqalarının məni məsxərə etməsindən qorxurdum.

  • Orta oxula girdiyimdə ilk sınavda ilginc bir olay oldu. Onu burda xatırlamaq istərdim. Müfəttiş Jils bizim oxula gəlmişdi. İmla yoxlaması etmək üçün bizə beş söz dedi. Bu beş sözü yazmalı idiq. Bu sözlərdən biri “çaynik” idi. Mən bu sözü doğruca yaza bilməmişdim. Öyrətmənimiz ayağının kiçik zərbəsi ilə məni yanlışıma yönəltmək istədi. Ancaq mən öyrətmənimin işarəsini anlaya bilməmişdim. Mən təsəvvür edə bilmirdim ki, öyrətmənim yanlışımı düzəltməm üçün yanımdakı sinif arxadaşımın kağızına baxmamı istəyə bilər. Mən öylə sanmışdım ki, çocuqların bir-birinin kağızlarına baxmalarını önləmək üçün öyrətmən ordadır. Sonuc böylə oldu ki, məndən başqa bütün çocuqlar sözlərin imlasını doğru yazmışdılar. Yalnız axmağın biri mənmişəm. Öyrətmənim daha sonra mənim bu axmaqlığıma diqqət etməmi istədi. Ancaq onun da təlaşı bir yarar sağlamadı. Başqasının kağızı üzündən yazma hünərini heç vaxt öyrənə bilmədim.

  • On üç yaşımda evlənmənin acı xatirələrini burda anlatmam mənim üçün çox çətindir. İndi mənim gözətimimdə olan eyni yaşda gənclərin evlənmədiklərini görüdüyümdə sevinirəm. Böylə qeyri-təbii evlənmələr üçün heç tür əxlaqi bəraətləri qəbul edə bilmirəm.

  • O zaman, o yaşda evlənmək mənim üçün yeni paltar geymə, rəqs etmə, yaxşı yeməklər yemə, bir qızla bir yerdə oynamadan ötəyə bir anlam daşımırdı. Cinsi içgüdülər (instinktlər) daha sonra ortaya çıxdı.

  • Ilk evlilik gecəsini xatırlayıram. İki çocuq özləri bilmədən həyatın dənizinə atılmışdılar. Qardaşımın xanımı mənə nə edəcəyimi diqqətlə öyrətmişdi. Qadınıma kimin öyrətdiklərini bilmirəm. Bunu heç zaman ondan sormadım da. İndi də ondan böylə bir soru sormaq fikrində deyiləm. Oxucu diqqət etməlidir ki, ilk gecədə biz çox sinirli idik və bir-birimizlə qarşılaşacaq istəyimizi bu sinirlilik söndürürdü. Hər ikimizdə çox utanqac idik. Onunla necə və nə danışacaqdım? Bu qonuda mənə verilən təlimlər yardımçım olmurdu. Böylə durumlar üçün əslində heç bir təlim də lazım deyilmiş. Biz yavaş—yavaş bir-birimizlə tanış olur və nə danışacağımızı öyrənirdik. Biz ikimiz də həmyaş idik. Ancaq ərlik məqamına yüksəlmək üçün mənə çox zaman lazım olmadı.

  • Onu daha çox sevdiyimi etiraf etməliyəm. Hətta oxulda sürəkli onu düşünürdüm. Düşünürdüm ki, gecə tez gəlsə idi, yenə də bir yerdə olardıq. Ondan ayrı qalmaq mənim üçün dözülməz idi. Genəldə anlamsız sözlərimlə onun gecələr oyaq qalmasına səbəb olurdum. Sosial işlərə meyllənməsə idim, ona olan bu qədər aşırı bağlılığım böyük ehtimala görə məni xəstələndirəcək ya da erkən ölümə sürükləyəcəkdi. Ancaq hər gün səhər erkəndən etməm gərəkən bir sürü işlər olurdu. Bu işləri başqasına buraxmaq istəmirdim. Bu amil məni bir çox təhlükələrdən qoruya bildi. İnsanın özünü işə həsr etməsi əxlaqi baxımdan çox öyrəticidir.

  • Öz bacarığımı göstərmək üçün heç bir özəl çaba içinə girmirdim. Bir ödül aldığımda ya da mənə burslu təhsil verildiyində heyrət edirdim. Ancaq mənə verilən ödülləri çox dəyərləndirir, onu şəxsiyətimin əxlaqi parçası etməyə çalışırdım. Bir xəta etdiyim zaman gözlərim yaşla dolurdu. Bir dəfə müəllim tərəfindən döyüldüyümü xatırlayıram. Kötəyin ağrıları məni bir o qədər incitmirdi. Məni incidən o idi ki, nədən mən öz ödəvimi etməmişəm.

  • Orta oxulda oxuduğumda iki dostum var idi. Bu dostluqlardan biri həyatımın müsibətlərindən biri oldu. Bu dostumun islahı üçün çox çabaladım. Daha sonra anladım ki, mən yanlış bir yöntəm qullanmışam. Gerçək bir eyitici, eyitmək istədiyi adamla çox yaxın ilişkidə bulunmamalıdır. Gerçək dostluq bir tür ruhi birlikdir ki, bu dünyada ona rast gəlmək çətindir. Yalnız ortaq karakterləri olanlarda dostluq uzun sürə davam edə bilir. Dostlar bir-birlərini etkilərlər. Bu üzdən də dostluqda eyitimə imkan olmur. Mən öz təcrübələrimdən böylə qərara gəldim ki, özəl və çox yaxın ilişkilərdən çəkinmək lazımdır. Çünkü insan kötülükləri dürüstlüklərdən daha tez öyrənir. Tanrı ilə dost olmaq istəyən adam ya yalnız qalmalıdır ya da bütün insanları sevməlidir. Bəlkə mən yanılıram ancaq çox yaxın dostluq bağları qurma çabalarımın hamısı uğursuz olmuşdur.

  • Bu dostumun davranışları məni sehirli biçimdə etkiləyirdi. O, uzaq məsafələri sürətlə qaça bilirdi. Uzunluq və yüksəklik atılımında özəl məharəti var idi. Hər tür bədən tənbihinə dözürdü. O, bir çox hallarda bütün bu hünərlərini mənim üzümə çəkirdi. İnsan özündə olmayan üstünlükləri başqasında görəndə genəldə şaşırıb qalar. Mən də bu dostumun göstəriləri qarşısında heyrətimi gizlədə bilmirdim. Bu heyrət məndə güclü şəkildə onun kimi olma duyqusunu oluşdururdu. Mən nə qaça nə də atıla bilirdim. Sürəkli öz-özümə düşünürdüm ki, nədən mən də onun kimi güclü olmamalıyam?

  • Mən çox qorxaq idim. Sürəkli oğrulardan, ilanlardan və ruhlardan qorxardım. Gecə olduğunda qapanmış qapını açıb dışarıya çıxmağa cürət edə bilməzdim. Qaranlıqdan çox qorxurdum. Demək olar ki, qaranlıqda qorxumdan yata bilməzdim. Düşünürdüm ki, hava qaranlıqlaşdığında oğrular bir yandan, ilanlar və ruhlar başqa yandan mənə saldıracaqlar. Bu üzdən otaqda bir çıraq olmadan yata bilməzdim.

  • Dostum mənim bütün bu zəif yönlərimi bilirdi. Özəlliklə o mənə deyirdi ki, ilanları diri-diri əllərində tuta bilər. Oğrularla savaşa biləcəyini deyirdi. Ruhlara da əsla inanmırdı. Sonra böylə sonuc alırdı ki, onda olan bütün bu üstün özəlliklər ət yediyindəndir. Bizim ailəmiz ətyeməzlərə mənsub idi.

  • Bütün bunlar məndə xoş təəssürat oyadırdı. Yavaş-yavaş məndə ətyemə fikri baş qaldırdı. Çünkü ət yesə idim, mən də qorxmaz və güclü ola bilərdim. Mən də böylə bir fikir də oluşurdu ki, bütün Hind əhalisi ət yesə, ingilislərə qalib gələ bilərlər.

  • Gizlin düzənlənən törənlərdə artıq evimizdə yemək yemirdim. Anam nə qədər israr etsə idi də, bir bəhanə gətirib yemək yemirdim. Ancaq bu bəhanələr mənim vicdanımı ağrıdırdı. Bilirdim ki, anama yalan söyləyirəm. Bunu da bilirdim ki, atam-anam mənim ət yediyimi bilsəydilər çox üzüləcəkdilər. Bu da məni çox rahatsız edirdi. Bu üzdən də düşündüm ki, insanın ata-anasına yalan danışması ət yeməkdən daha ağır suçdur. Ata-anam yaşadıqları sürəcə ət yeməyi özüm üçün yasaqladım. Onlar həyatda olmadıqlarında mən yalnız özüm üçün yaşayacaq, azad olacaqdım və onlara da yalan danışmaq zorunda qalmayacaqdım. Bu qərarımı dostuma açıqladım. O gündən də əsla ət yemədim.

  • Dostum bir dəfə məni fahişəxanaya apardı və bəzi təlimləri ilə məni içəri göndərdi. Hər şey öncədən hazırlanmışdı, hətta dostum fahişənin parasını da öncədən ödəmişdi. Mən günah ortamına girmişdim. Ancaq Tanrı öz mərhəməti ilə məni bu günah ortamından uzaqlaşdırmağı başardı. Bu günah ortamında mən kor və lal kimi davranırdım. Taxtın üzərində çılpaq oturmuş fahişənin yanında səsizcə bir sürə oturdum. Dilim tutulmuşdu. Yəqin ki, bu fahişə qadın da məndən bezmiş olacaq ki, otağın çıxış qapısını göstərib və çıxmamı istədi. O an hiss edirdim ki, mənim mərdliyim və şərəfim aşağılanmışdır. Utandığımdan yerə girmək istəyirdim. Daha sonra Tanrıya şükr etdim ki, məni o günah ortamında qorudu. Ən az bu kimi dörd olayı həyatımda xatırlaya bilirəm ki, hər dəfəsində günaha batmamam üçün şansım yardımçım olmuşdur. Nəcabətim və şərəfim zədələnməmişdir. Yalnızca əxlaqı açıdan bu olayları dəyərləndirəcək olursaq, bunların hamısı əxlaqi yenilgə sayıla bilər. Çünkü hər dəfəsində cinsi meyllər məni bu ortamlara sürükləmişdi. Sadə bir baxışla cinsi ehtiyacları bərtərəf etmək təbii olaraq dəyərləndirilə bilər. Ancaq mənim baxışıma görə özünü günahlardan qorumuş bir kişi ruhən və əxlaqən qurtulmuş insandır. Bu açıdan mən özümü qurtulmuş insan olaraq sayırdım.

  • Bildiyimiz kimi bir kişi nə qədər güclü olsa da, genəldə nəfsinin istəkləri və təhrikləri qarşısında dözə bilməz. Tanrı iradəsi bəzən insanı düşdüyü günah ortamlarından uzaqlaşdıra bilir. Ancaq bir insanın nə qədər özgür olması, öz nəfsi meyllərindən asılı olması, mühitdən nə dərəcədə etkilənməsi, öz yazqısını (talehini) oluşdurmaqda nə qədər özgür olması kimi qonular sirli sahələrdir və hər zaman da sirli olaraq qalacaqdır.

  • Bu dostumla olan ilişkilərim qadınımla mənim aramda ixtilaf yaradırdı. Mən qadınımı çox sevirdim və çox qısqanc idim. Bəzən qadınıma şübhələnirdim. Bu dostum da mənim şübhələrimi körükləyirdi. O zaman dostumun söylədiklərinə əsla şübhə etmirdim. Ancaq bu dostumun təhrikləri üzündən qadınıma verdiyim əziyətlərdən dolayı heç vaxt özümü bağışlaya bilmirəm. Bəlkə yalnız bir hindli eş ancaq bu qədər əziyətlərə dözə bilərdi. Bu üzdən də mən qadını səbrin və dözümün örnəyi kimi anlamışam.

  • Qadına olan şübhə, yalnız o zaman məndən tam olaraq ayrıldı ki, bütün çətinliklərə baxmayaraq ahimsanı anladım. O zaman brahmaçarya***´nın parlaqlığını və ehtişamını gördüm və anladım ki, qadın ərinin kənizi deyildir. Qadın ərinin həyatının, acılarının və sevinclərinin ortağıdır. Qadın da ər qədər azadlığa sahib olmalıdır. Hər dəfə öz şübhələrimi xatırladığımda öz axmaqlığıma və şəhvətdən qaynaqlanan rəhmsizliyimə nifrət edirəm. Dostuma olan kor-koranə inancımdan dolayı da çox üzgün oluram.

  • Altı yaşımdan on yeddi yaşıma qədər oxula gedirdim. Oxulda məzhəbin dışında hər şey öyrədilirdi. Öyrətmənlərimin anlatdıqlarını onları özəl yardımı olmasaydı mənimsəyə bilməzdim. Bəzən çevrədən də dəyşik şeylər öyrənirdim. Burada mən “məzhəb” sözünün çox geniş anlamını nəzərdə tuturam. Yəni şəxsi özümsəmə və insanın öz nəfsini anlaması anlamında.

  • Zamanla bir şey məndə bir ilkə halına gəldi. O da bu idi ki, əxlaq əşyanın təməlidir və doğruluq (həqiqət) bütün əxlaqi işlərin cövhəridir. Böyləcə doğruluq mənim tək amacım oldu. Bu inanc gün keçdikcə mənim varlığımda gəlişir və daha da geniş anlam daşıyırdı.

  • Nəcis saymanı Hind məzhəbinin ən böyük qüsuru sayıram**** Bu sonuc mənim Afrikadakı acı təcrübələrimdən ortaya çıxmamışdır. Buna görə də deyil ki, bir zamanlar məzhəbsiz olmuş və Tanrıya inanmamışam. Ayrıca, məndə oluşan bu görüş xristianlıq kitablarının mütaliəsi ilə də şəkillənməmiş. Bu görüşün məndə meydana çıxmasının dərin sabiqəsi var. Hələ İncili oxumadan öncə bu fikir məndə oluşmuşdu. On iki yaşımda ikən bunun doğru olmadığı düşüncəsinə vardım. Nəcislərdən sayılan Uka adında təmizlikçi bir qadın bizim evə gələrdi. Evdə tualeti təmizlərdi. Sürəkli anamdan sorardım ki, nədən ona toxunmaq yasaqdır? Mənə öyrətmişdilər ki, əgər təsadüfən Ukaya toxunsam məzhəbi qusl almalıyam. Mən bu əmrə itaət etsəm də içimdə etiraz duyqusu daşıyırdım. İnsanları nəcis saymanın məzhəbi bir qural olacağını rədd edirdim. Mən öz görəvini yaxşı bilən və ata-ana əmrlərinə tabe olan bir çocuq idim. Ancaq bu mövzu ilə ilgili ata-anamla ixtilaflı dartışmalarım olurdu. Anama deyirdim ki, Uka ilə cismi təmassı suç saymaq kəsinliklə doğru deyildir, yanlışdır.

  • Orta oxulu bitirmə sınavını 1887-ci ildə verdim.

  • Ailə böyüklərim böylə hesab edirdilər ki, öyrənimimi davam etmək üçün bir kalecə girməliyəm. Bəmbəidə daha ucuz bir kalec var idi. Oraya girməyə qərar verdim və Samaldas kalecinə girdim. Kalecə girdiyimdə sanki dənizə girmiş kimi hiss etdim özümü. Hər şey mənim üçün çox çətin idi. Öyrətmənlərin dərslərini təkbaşıma anlaya bilmirdim. Anlaya bilmədiyim üçün də onlara qarşı içdən sayqım ortaya çıxmırdı. Əlbəttə bu, onların suçu deyildi. Mən çox zəif biri idim. İlin ilk yarısının bitimində evimizə döndüm.

  • Ailəmizin dostu olan alim bir brəhmən var idi. Mən tətildə evimizə döndüyümdə o da bizə gəlmişdi. Anam və böyük qardaşımla söhbət edərkən, mənim də öyrənimim haqda sorular sordu. ***** Mənim Samaldas kalecdə olduğumu öyrəndiyində dedi: “İndi zaman dəyişmiş. Sizə tövsiyə edərdim ki, onu da öyrənim üçün İngiltərəyə göndərəsiniz. Oğlum Kualram deyir ki, çox asan hüquq oxuyub vəkil olmaq mümkündür. Üç il sonra geri dönəcək. Üç il uzun zaman deyil.Xərci də 4-5 min rupiyədən artıq olmaz. İngiltərədən geri dönən vəkilləri görürsünüzmü? Hamısının işləri yolunda. Hətta gələcəkdə daha böyük vəzifələrə də yüksələ bilər. Mən tklif edirəm ki, Mohndası****** öyrənim üçün ingiltərəyə göndərəsiniz.”

  • Anam çox dərdli biçimdə heyrətdə idi.Kimsə anama demişdi ki, İngiltərədə ət yeməmək mümkün deyil. Hər kəs ət yeyirmiş. Bir başqası da demişdi ki, İngiltərədə şarab içmədən yaşamaq olmaz. Anam məndən sordu: “Bu söylənənlər haqda nələr düşünürsən?” Mən də anama dedim: “Mənə inanmırsınızmı? Mən heç bir biçimdə sizə yalan söyləmərəm. Bunların heç birisinə bulaşmayacağıma and içirəm. Nə ət yeyəcəyəm, nə də içki içəcəyəm. Böylə bir təhlükə olsaydı brəhmən Cuşuci mənim getməmi istərdimi?” Anama söz verdim ki, İngiltərədə qadınlara yanaşmayacam, ət yeməyəcəm və içki içməyəcəm. Bu sözü verdikdən sonra anam İngiltərəyə getməmə izn verdi.

  • Londona getmədən öncə ağlımda bəzi planlarım və sorularım var idi. Londonun necə bir yer olduğunu düşünür və oranı yaxından görüb kültürü ilə tanış olmaq istəyirdim.

  • Onsəkkiz yaşımda İngiltərəyə getdim. Onların məramı, hətta evləri də mənim üçün qəribə idi. İngilis kültürü haqqında heç bir bilgim yox idi. Bu üzdən də sürəkli öz əxlaqıma diqqət etməli idim. Ən önəmlisi isə, mənim ətyeməzliyim idi. Ətsiz yeməklər də çox dadsız və sevimsiz idi. İngiltərə artıq mənim üçün sevimsiz bir ölkə olmuşdu, ancaq geri də dönə bilməzdim. İçimdən bir səs deyirdi: “Madam ki, gəlmişsən bu üç il müddəti dözməlisən.”

  • Kirayə qaldığım ev sahibəsi xanım mənə necə yemək hazırlayacağını bilmirdi. Mənimlə bir evdə qalan arxadaşım hər gün mənə ət yeməyi təlqin edirdi. Ancaq mən anama verdiyim sözümü xatırlayır və onun dedikləri qarşısında susurdum. Bir gün bu arxadaşım Benthamın “Ağ olma nəzəriyəsi” adlı kitabını yüksək səslə mənə oxumağa başladı. Sanki yazıq olmuşdum və ağlım heç bir şey anlamırdı. Kitabın dili mənim anlayacağım səviyədən daha çətin idi. Bu üzdən arxadaşım anlaya bilmədiyim mövzuları açıqlayırdı. Sonunda dedim “Lütfən məni bağışlayın! Bu mövzular mənim səviyəmin ötəsindədir. Ət yemənin gərəkli olduğunu qəbul edirəm, ancaq anama söz vermişəm. Bu sözümdən vaz keçə bilmərəm. Bu üzdən də bu haqda danışmaq istəmirəm.”

  • Hər gün 15-20 kilometr yol getməliyəm ki, özümü ucuz bir yeməkxanaya çatdırım və orada ətsiz yemək yeyim. Ancaq yediyim yeməklərdən əsla razı qalmırdım. Bu uzun yolu gedib gəlmə zamanı bir gün yol üstündə Farinqdon küçəsində sırf bitkisəl yeməklər satan bir yeməkxanaya rast gəldim. Bu yeməkxananı tapdığıma çox sevinmişdim. Yeməkxanaya girmədən öncə onun vitrinin önündə bəzi kitabların satışa buraxıldığını da gördüm. Bu kitabların içində Saltın yazdığı “Bitkisəl yeməklərin yararları” əsərini gördüm. Bu kitabı alıb yeməkxanaya girdim. İngiltərəyə gəldiyim gündən ilk kəz idi böylə rahat və dadlı yemək yeyirdim. Tanrı mənə yardım etmişdi. Saltın kitabını başından sona qədər diqqətlə oxudum və çox ciddi biçimdə onun təsirinə qapıldım. Bu kitabı oxuduqdan sonra artıq anama verdiyim sözlərə görə deyil, öz özgür istəyimlə bitkisəl yeməklər yeməyə başladım. Ancaq anama söz verdiyim günə də salamlarımı göndərdim. O zamana qədər verdiyim sözə sahib çıxmaq üçün ətyeməz olmuşdum. Ancaq bu kitabı oxuduqdan sonra bilincli biçimdə ət yeməkdən çəkinirdim. Daha öncə bütün hindlilərin ət yemələrini dilərdim. O gündən sonra artıq bu istəkdən vaz keçirdim. Artıq ət yeməmək mənim üçün bir vicdan görəvi kimi ortaya çıxırdı.

  • Bir məzhəbi yeni qəbul edən insanın həyəcanı o məzhəbin kültürü içində doğmuş olan insanların həyəcanından daha artıq olur. Bitkisəl yeməklərə inanmaq o zaman İngiltərədə yeni bir hərəkət idi. Bu, mənim üçün yeni idi. Çünkü söylədiyim kimi İngiltərəyə getdikdən sonra ət yeməyə inanırdım və sadəcə anama verdiyim sözə görə ət yemirdim. Bu kitabı oxuduqdan və iradəmin güclənməsindən sonra məhəlləmizdə bitkisəl yeməklər klubu açmaq istədim. O məhəllədə yaşayan Arnolddan istədim ki, klubun başqan yardımçısı olsun. “Vigiterian” kitabının yazarı Doktor Uldfild də klubun başqanı oldu.Mən özüm də klubun müdürü oldum.

  • Bitkisəl Yeməklər Klubunun yönətim quruluna seçildikdən sonra söz verdim ki, qurulun bütün toplantılarına qatılacağam. Ancaq sürəkli özümü bu toplantılarda lal kimi hiss edirdim. Bu, danışmaq istəmədiyimdən deyildi. Necə və nə danışacağımı bilmirdim. Bu utanqaclıq duyqusu İngiltərə həyatımda heç bir zaman məni tərk etmədi. Hətta ictimai bir mülaqata getdiyim zaman, orada bir neçə kişinin olması mənim susqunluğuma səbəb olurdu.

  • Mənim utanqaclığım bəziləri tərəfindən məsxərə edilsə də, bunun mənim üçün yararlı olduğunu da deməliyəm. İngiltərə həyatımdakı utanqaclığım indi mənim sevincimə səbəb olur. Bu utanqaclığın ən böyük faydası mənim üçün az və öz danışmağı öyrənmək idi. Sözlərdə qənaət etmə düşüncəsini mənə öyrətdi.

  • 1890-cı ildə Parisdə böyük bir sərgi düzənlənmişdi. Oraya getmək üçün bəzi hazırlaqlar haqqında bilgi əldə etmişdim. Çünkü Parisi görmək arzularımdan biri idi. Parisə getməyi qafama taxmışdım. Parisdə diqqətimi çəkən 300 metr yüksəkliyində olan bütünüylə poladdan yapılmış İfel bürcü idi. Başqa ilginç şeylər də var idi, ancaq İfel bürcü mənim diqqətimi daha çox çəkmişdi.

  • O sərgidən xatirimdə İfel bürcündən başqa bir şey qalmadı. Çünkü 2-3 kərə ifelin zirvəsinə çıxdım. İfel bürcünün birinci qatında bir yeməkxana var idi. Orada yemək yediyimi isbat etmək üçün yeddi şəling paramı boşuna xərclədim. Bir də Parisin əski kisələri xatirimdədir, unudulmur. Notrdam kilsəsinin möhtəşəm memarlığı diqqətimi çox çəkmişdi. O an hiss etdim ki, milyonlarca insanın qəlbində Tanrı sevgisi olmasaydı bu kilsənin yapımı üçün paralarından vaz keçməzdilər.

  • Bir neçə söz də İfel bürcü haqda deməliyəm. Bilmirəm indi bu bürcün nə faydası var. Ancaq o zaman müxaliflər və müvafiqlər tərəfindən İfel haqqında bəzi fikirlər söylənirdi. Tolstoyun bürclə bağlı olumsuz şeylər söylədiyini xatırlayıram. Tolstoy deyirdi ki, İfel bürcü bəşərin ağlının məhsulu deyildir, dəliliyinin ürünüdür. Ayrıca, Tolstoy deyirdi ki, tütün ən pis zəhərdir. Çünkü tütünə alışan bir şəxs elə bir cinayət edir ki, bir sərxoş heç vaxt o cinayəti edə bilməz. Alkolik içkilər adamı axmaqlaşdırır, ancaq tütün adamın zehnini qaranlıqlaşdırır və xətalı saraylar yapımına olanaq sağlayır. İfel bürcünü quranlar da bu kimi təsirlər altında olmuşlar. İfel bürcünün yapımında heç bir estetik sənət dərinliyi yoxdur. Bu bürcün memarlıq sənəti baxımından heç bir dəyəri yoxdur. İnsanların ona olan meyli onun yeni və bu qədər yüksək olmasından dolayıdır. Bu bürc sərginin oyuncağı idi. Biz insanlar içimizdə çocuqluq duyqusunu daşıdığımız müddətcə oyuncaqlara meylli oluruq. Bürc bu gerçəyi gözlər önünə sərirdi ki, bizlər hamımız hələ də birər oyuncaqlarla məşğul olan çocuqlarıq. Bəlkə də İfel bürcünün bu baxımdan faydalı olduğunu söyləmək mümkündür.

  • 1891-ci ildə son sınavlarımı verib vəkillər mərkəzinə dəvət aldım və gəmi ilə vətənə doğru hərəkət etdim.

  • Böyük qardaşım mənə çox ümidlər bağlamışdı. Zəngin olma duyqusu onda çox güclü idi. Çox mərhəmətli idi və yanlışlıqları bağışlaya bilirdi. Bu özəlliyin onun sadə təbiəti ilə birləşməsi bir çox dürüst dostlarının ətrafında olmasına səbəb olmuşdu. Qardaşım dostlarının yardımı ilə mənə yaxşı vəkillik işi tapacağını düşünürdü. Mənim işlərimin yaxşı yürüyəcəyinə və daha çox para qazanacağıma inandığından dolayı əlindən gələni əsirgəmirdi.

  • Ancaq mənim Bəmbəidə 4-5 aydan artıq qalmam mümkün deyildi. Çünkü orada qalmam üçün yetərincə gəlirim yox idi. Mən həyata böylə başladım. Çox tez bir zamanda vəkilliyin yaxşı bir iş olmadığını anladım. Çünkü mənə görə vəkillikdə elm və bilgi az, ancaq nimayişkaranəlik çoxdur. Mən öz işimdə ağır sorumluluq hiss edirdim.

  • Ümidsiz bir durumda Bəmbəini tərk edib Rackuta getdim. Orada özüm üçün bir iş yeri tərtib etdib normal bir həyata başladım. Vəkillik işimdən ortalama ayda 300 rupiyə qazanırdım.

  • Bu zaman ticari bir mərkəz Purbəndərdən qardaşıma bir məktub yazaraq böylə bir önəridə bulunmuşdu: “Biz Güney Afrikada çalışırıq və müəssisəmiz çox böyükdür. Oranın məhkəməsində 40 min məbləğində bir dava açmışıq. Bir sürədir bu dava sürməkdədir. Ən yaxşı hüquq danışmanları və vəkilləri işə almışıq. Siz də qardaşınızı ora göndərsəniz həm bizə həm də sizə çox yararlı olar. O, bu işdən yaxşı para qazana bilər, ayrıca, dünyanın fərqli bir yerini görməsi üçün də bir fürsət əldə etmiş olur.”

  • Mən oraya bir vəkil kimi deyil, müəssisənin bir təmsilçisi kimi göndərildim. Ancaq Hindistandan uzaqlaşmaq istəyirdim. Ayrıca, yeni bir ölkəni görüb fərqli təcrübələri yaşama düşüncəsi də məni bu işə təhrik edirdi. Bunun yanı sıra 105 pund qardaşıma yardım edərək ailənin ağır xərcinə yardımda buluna biləcəkdim. Bu üzdən də heç bir etiraz etmədən önərini qəbul edərək Afrikanın güneyinə yola düşdüm.

  • Afrikanın güneyinə doğru hərkət edərkən, İngiltərəyə getdiyim kimi ayrılıq acısını hiss etmirdim. Çünkü artıq anam ölmüşdü. Xarici ölkələrə səfər haqqında təcrübələrim var idi. Rackutdan Bəmbəiyə getmək də mənim üçün artıq çətin iş deyildi. Bu dəfə, yalnız xanımımdan ayrı qalma acıları içimi doldururdu. İngiltərədən dönəndən sonra başqa bir evladımız da olmuşdu. Bizim sevgimiz hələ şəhvətdən arınmamışdı. Ancaq zaman keçdikcə daha da təmizlənirdi. Mən Avropadan döndükdən sonra bir yerdə çox az olurduq. Çünkü artıq həm də xanımımın öyrətməni olmuşdum. Bir az laqeyd davransam da ona bəzi bilgiləri öyrətməyə çalışırdım. Hər ikimizdə inanırdıq ki, bu islahatların gerçəkləşməsi üçün daha çox bir yerdə yaşamalıyıq. Ancaq Güney Afrikanın cazibəsi ayrılıq acılarına üstün gəlirdi.

  • Afrikaya varışımızda bizi qarşılamağa bir sürü adam gəlmişdi. Onlara baxdığımda gördüm ki, hindililərə hörmətləri yoxdur. Məni görənlər çox maraqla mənə baxırdılar. Mənim paltarım digər hindlilərin paltarından fərqli idi. Əyinimdə yaxası düyməli pencək və başımda əmmaməyə bənzər sarıq var idi.

  • Afrikaya varşımın üçüncü günündə Durban şəhrindəki bir məhkəmə duruşmasını izləməyə getdim. Bizi Afrikaya aparan Abdulla Şit adında patron məni bir adama təqdim edib öz vəkillərinin yanında oturtdu. Məhkəmənin hakimi diqqətlə məni baxırdı. Sonunda üzünü mənə tutub başımdan sarığımı çıxarmamı istədi. Məhkəmənin qanunlarına görə başı sarıqlı ya da papaqlı məhkəmə salonunda olmaq hörmətsizlik sayılırmış. Mən Qazinin bu istəyini qəbul etməyib oranı tərk etdim.

  • Varışımın yeddinci ya da səkkizinci günü idi. Durbandan Perturya´ya hərəkət etdim. Qatarda bir dərəcəli yer mənə rezerv edilmişdi. Gecə saat 9-da Qatar Natalın başkəndi Martizburqa çatdı. Genəldə yolçular yataq ləvazimatını bu dayanacaqda təmin edirdilər. Dəmiryolu işçilrindən biri içəriyə girib yataq istəyib istəmədiyimi sordu. Mən də “Yox, mən özümlə yataq ləvazimatını götürmüşəm” dedim. Adam dışarı çıxdı. O çıxdıqdan onar içəriyə başqa birisi girib məni başdan ayağa süzdü və mənim “rəngli” bir müsafir olduğumu gördü. Bu durumdan adam rahatsız görünürdü. Dışarıya çıxıb bir sürə onar rsəmi iki görəvli ilə geri dönüb mənə “Çıx dışarı, sən sizlərə özəl vaqona minməli idin. Burası sizlərə aid deyil.”

Mən dedim: Ancaq mənim biletim buranı göstərir.

Hamısı bir səslə dedi: Biletin haranı göstərməsi önəmli deyil. Sənə dedik ki, başqa vaqona getməlisən. “Rəngli”lərə məxsus olan vaqona.

Mən dedim: Mən də sizə deyirəm ki, Durbanda mənim buraya minməyimə izn verdilər. Bu vaqonda oturmuşam və başqa vaqona da getməyəcəyəm. Çünkü bura mənim yerimdir.

Məmur dedi: Yox, gedəcəksən. Getməsən polisi çağıracam səni burdan dışarı atacaq.

Dedim: Siz polisi çağıra bilərsiniz. İstərsəniz çağırın. Ancaq mən öz istəyimlə buranı tərk etməyəcəyəm. Çünkü burası mənim yerimdir.

Polisi çağırdılar. Polis mənim əlimdən tutub zorla dışarı atdı. Yolçuluq əşyalarımı da dışarı atdılar. Mən bir başqa vaqona getməyi qəbul etmədim. Qatar yola düşüb getdi. Sadəcə əlçantamı alıb bəkləmə odasına getdim. Digər əşyalarım orada dağıldığı kimi qaldı. Dəmiryolu işçiləri əşyalarımı toparlamışdılar. Qış fəsli idi. Güney Afrikanın yüksəkliklərində qış çox sərt olur. Yüksəklikdə yerləşən Maritzburq da çox soyuq idi. Paltovumu çamadanıma qoymuşdum. Təkrar aşağılanmaq qorxusundan paltomu istəyə bilmirdim. Çarəsiz olaraq orada soyuqdan titrəyərək gözləməli idim. Otaqda nə işıq var idi nə də çıraq. Gecəyarısı içəriyə bir müsafir gəldi. Sanki mənimlə danışmaq istəyirdi. Ancaq danışmağa həvəsim yox idi.

O an öz görəvim haqda düşünürdüm: Burada qalıb öz haqqımı savunmalı idim, yoxsa Hindistanamı dönməli idim? Ya da bu aşağılanmaya aldırış etmədən Perturyayamı getməli və oradakı araşdırmamı tamamlayıb gerimi dönməli idim? Görəvimi bitirmədən Hindistana dönmək qorxaqlığın göstərgəsi olacaqdı. Qarşılaşdığım çətinliklər çox ciddi deyildi, sadəcə irqçiliyin bəlasına tuş olmuşdum. Bu bəla ilə savaşmalı idim. Savaş üçün də çətinliklərə qatlaşmaq gərəkirdi. Bu üzdən də bir sonrakı qatarla Perturyaya getməyə qərar verdim.


  • İlk görəvim Perturyada yaşayan hindliləri toplayıb onlara irqçiliyin kötülükləri haqda danışmaq idi. Onları bu yöndə aydınlatmaq gərəkirdi.

  • O mitinqdəki nitqim demək olar ki, bir toplantıdakı ilk qonuşmam sayılırdı. Durum haqqındakı söhbətimi öncədən çox diqqətlə hazırlamışdım. Hər zaman tacirlərin və alverçilərin ticarətdə doğruluğun olmayacağı söyləntilərini eşitmişdim. Mən bu sözləri qəbul etmirdim və yenə də qəbul etmirəm. İndinin özündə də doğruluqla ticarətin uyuşmayacağını savunan dostlarım var. Bunlara görə ticarət əməli və doğruluq isə, məzhəbi bir işdir. Bunlara görə əməli işlə məzhəbi işlərin sahələri başqadır. Bu üzdən doğruluğun ticarətdə keçərli olmayacağına inanırlar. Mən öz qonuşmamda şiddətlə bu tür baxışa qarşı çıxdım. Tacirləri və alverçiləri dürüst və doğru olmağa səslədim. Bu işin iki baxımdan Hindistan üçün yararlı olacağını savundum. Birincisi doğruluğun zəruri olmasını düşünmək gərəkirdi və ikincisi də bu ki, onların yabancı bir ölkədə doğru olmamalarının görüntüsü milyonlarca vətəndaşlarının hesabına yazılacaqdı.

  • Yol keçidlərindən yararlanmaq da bir neçə kərə mənə sorun çıxardı. Mən genəldə Prezident xiyabanından keçirdim. Prezident Kruqerin evi bu xiyabanda yerləşirdi. Kruqerin evi çox sadə idi və ətrafında bağ filan da yox idi. Qonşu evlərdən heç də fərqlənmirdi. Bir çox Perturya zənginlərinin evi prezidentin evindən daha görkəmli görünürdü. Prezident Kruqerin evinin bu qədər sadə olması dildən-dilə düşmüşdü. Ancaq prezident buna aldırış etmirdi. Prezidentin evinin önündə bir polis gözətçinin olması göstərirdi ki, orası rəsmi dövlət yetkilisinin evidir. Mən hər gün burdan keçir və polisin durduğu nöqtənin kənarından gedirdim. Heç bir zaman da kimsə məni bu keçidləri keçərkən əngəlləməmişdi. Gözətçinin dəyişildiyini görürdüm. Bir gün bu gözətçilərdən biri məni uyarmadan, hətta heç bir söz demədən məni itələyib küçənin ortasına yıxdı. Mən dəhşətə gəlmişdim. Mən ondan niyə böylə davranması ilə bağlı sual sormaq istəyirdim. Bu zaman atının üstündə təsadüfən ordan keçən cənab Kutisi gördüm. Kutis bağırdı:

“Qandi, mən hər şeyi gördüm. Sən bu polisdən məhkəməyə şikayət etsən mən tanıq olmağa hazıram. Çox üzgünəm ki, sənə böylə saldırdı.”

Dedim: “Üzgün olmayın. Bu yazıq adam sanır ki, bütün rəngli adamlrın hamısı kötüdür. Öz rəngində olmayan hər kəsi kötü görür. Mən özümə söz vermişəm ki, öz haqqımın əzilməsi ilə bağlı heç vaxt məhkəməyə baş vurmayacağam. Bu üzdən bu polisdən şikayət etməyi düşünmürəm.”



  • Bu olay orada yaşayan hindlilərə məni daha çox bağlayırdı. Demək ki, hindlilər bu şəkildə aşağılanmalara çox məruz qalırmışlar. O gündən başlayaraq oradakı hindlilərin durumunu dərindən və daha yaxından öyrənməyə çalşdım. Bu araşdırma sadəcə oxumaq və dinləməklə sınırlı olmurdu. Özüməməxsus araşdırma tərzi gəlişdirmişdim. Düşünürdüm ki, özünə hörmət edən bir hind Afrikada necə yaşaya bilər? Sürəkli düşünürdüm ki, bu durumu necə düzəltmək olar? Bu zaman ümumi-sosial işlərlə uğraşmağa vaxt tapdım, bu yolda bəzi təcrübələr əldə etdim. Tam bu çalışmalar ortamında məzhəbi ruh mənim içimi sarmış oldu. Bu zaman hüquqi və qanuni işlərlə bağlı önəmli gerçək bilgilər əldə etdim.

  • Anladım ki, gerçək bir vəkilin işi qarşı tərəfləri bir-birinə yaxınlaşdırmaqdır. Bu düşüncə mənimlə öyləsinə iç-içə oldu ki, 20 illik vəkillik işlərimdə əsla bir ilkə olaraq məndən ayrılmadı. Böyləcə yüzlərcə qarşı tərəfləri bir-biri ilə barışdıra bildim. Bu tür çalışmamda heç bir şey itirmirdim. Nə paramı itirirdim nə də vicdanımı.

  • İnsan öz könlünün istədikləri kimi davransa, bir çox istəklərinə çata bilər. Mən öz sınaqlarımda görürdüm ki, bu yöntəm doğru yöntəmdir. Yoxsullara və yazıqlara yardım etmək könül istəyim olmuşdur. Bu istək məni onların içinə sövq edirdi. Bu, mənə imkan verdi ki, özümü onlar kimi hiss edə bilim.

  • Vəkillik fəaliyətimdən 3-4 ay keçmişdi. Yenicə təsis etdiyimiz konqrə* hələ ilkin günlərini keçirirdi. Bir gün köhnə cırıq paltarla bir hindli qırılmış dişləri və ağız-burnu dolu qanla önümdə durdu. Ağası onu sərtcə döyüb yaralamışdı. İşçilərimin birinin yardımı ilə bu adam haqqında bilgi topladım. Balasundaram adlı bu adam staj yapmaq üçün Durbanda sakin olan bir avropalının əlinin altında çalışırdı. Ağası ona qızmış və özünü kontrol edə bilməyib Balasundaramı bərk döymüşdü. Mən onu müalicə alması üçün doktora göndərdim. O zaman orada, yalnız ağdərili doktorlar var idi. İstəyirdim doktor onun döyülməsi ilə ilgili bir bəlgə versin. Bu bəlgəni alıb və dirək olaraq Balasundaramla bir yerdə məhkəməyə getdik. Qazi durumu öyrəndikdən sonra sinirlənib Balasundaramı döyən işverəni məhkəməyə çağırdı.

  • Bu xəbər qısa sürədə yayıldı və orada çalışan hindililər məni öz yaxın dostları saymağa başladılar. Mən də ilişkilərin bu biçim gəlişməsindən çox razı idim. Yüzlərcə staj yapan işçi mənim dəftərimə uğramağa başladı. Onların dərdləri ilə tanış olmaq üçün bu, mənim üçün yaxşı fürsət idi.

  • Heç bir zaman bunu anlaya bilmədim ki, bir insan öz həmcinsini aşağılamaqdan necə qürur duya bilər?

  • Bütün vücudumla insanlara və topluma xidmət etməyə çalışmağımın səbəbi özümü tanımaq idi. Xalqa xidmət etməyi öz məzhəbim etmişdim. Düşünürdüm ki, yalnız xalqa xidmət edərək Tanrını tanımaq olar. Hindistana xidmət öz-özünə ortaya çıxırdı. Mən səfər və səyahət həm də öz şəxsi həyatımı təmin etmək üçün Güney Afrikaya getmişdim. Ancaq anlatdığım kimi, orada özümü Tanrının axtarışına həsr etdim, özümü anlamağa çalışdım.

  • İngilis yasalarını mənim kimi yaxşı bilib və ona bağlı olan çox az adam tanıyıram. Indi anlayıram ki, mənim doğruluğa olan inancım yasalara olan sayqımdan qaynaqlanmış. Heç bir zaman özümü saxta bir şəkildə hansısa yasalara bağlı olaraq göstərməmiş və yalançı vəfadarlığa təzahür etməmişəm. Natalda qatıldığım hər ümumi toplantıda İngiltərənin milli marşı oxunurdu. Mən də bu marşın oxunmasını istəyirdim. Bunlara baxmayaraq İngiltərə dövlətinin fəsadlarından və zülmündən xəbərsiz deyildim. Üst-üstə düşünürdüm ki, bu hökuməti qəbul etmək olar. O zaman İngiltərə hökumətinin təbəələri üçün yararlı olduğunu düşünürdüm. Afrikada yayqın olan irqçiliyin ingilis kültür və gələnəkləri ilə örtüşmədiyini sanırdım. Bu üzdən bu irqçilik saldırılarının keçici olduğunu sanırdım. Mən də tam bir ingilis kimi Britaniyanın tac-taxtına vəfadar idim. Böyük bir önəmlə ingiltərənin milli marşını öyrənib və səmim qəlbdən oxuyurdum. Harda və hansı durumda bu vəfadarlığımı göstərmək üçün imkan olsaydı, böyük sədaqətlə bunu edərdim. Ancaq bütün ömrüm və görəvim boyunca bu vəfadarlıqdan öz şəxsi mənafeyim üçün yararlanmağı düşünmədim. Bu vəfadarlıq mənim işimin icabı idi. Heç bir qarşılıq bəkləmədən edirdim.

  • Artıq üç il idi Güney Afrikada yaşayırdım. Mən toplumu və toplum da məni tanımışdı. 1896-cı ildə Hindistanda ailəmə uğramaq üçün altı aylıq izn aldım. İşlərim yaxşı getdiyindən Hindistana dönüb xanımımı və çocuqlarımı da gətirmək istəyirdim.

  • İlk dəfə idi xanımım və çocuqlarımla səfərə çıxırdım. O zaman fikirləşirdim ki, mədəni görünməmiz üçün paltarlarımızı avropalılarınkına bənzətməliyik. Çünkü, yalnız bu yolla vəzifə qazanmaq mümkün idi və vəzifələrdə irəliləmədən xalqa xidmət etmək olmazdı. Bunlar mənim o zamankı görüşlərim. Bu üzdən xanımımın və çocuqlarımın paltarları haqda qərara gəldim. Çox da istəkli olmadan qaşıq-çəngəl qullanmağı da düşündüm. Daha sonra mənim bu axmaqlıqlarım son bulduğunda evdə qaşıq-çəngəldən istifadə etmək də kənara qoyuldu. Uzun zaman yeni həyatın gərəklilikləri ilə yaşayıb və yeniliklərə alışmış olan xanımım və uşaqlarım üçün bunları tərk etmək çox da asan deyildi. Ancaq bu gün açıqca söyləməliyəm ki, “mədəniyət”in parlaq görüntülərini tərk etdikdən sonra daha çox azad olduq.

  • Bizim gəmimiz dekabrın 19-da Durbana çatdı.

  • Durban limanının yetkililəri əmr göndərmişdilər ki, gəmi 23 gün qarantinədə qalmalı, sağlıq açısından gəmidəkilər yoxlanılmalıdır. Ancaq bu əmrin səbəbi, yalnızca sağlıq qonusu deyildi. Ağdərili Durban əhalisi bizim geri qaytarılmamızla ilgili şəhərdə göstəri düzənləmişdilər. Bu göstəri üzündən yetkililər gəmidəkilərin sağlığını bəhanə etmişdilər. Böyləcə bu qarantinənin əsas amacı hindliləri Hindistana geri göndərmək idi. Sonunda bizim özümüzü dirək olaraq təhdid edib dedilər:

“Geri dönməzsəniz sizləri dənizə atacaqlar. Ancaq öz istəyinizlə geri dönsəniz, geri dönüş xərcinizi də ödəyə bilərlər.”

Mən sürəkli yolçuların içində dolaşır, onlara ürək-dirək verirdim.



  • Sonunda ultimatom ciddi şəkildə mənə və müsafirlərə duyuruldu. Dedilər ki, canımızı qurtarmaq istəyiriksə, geriyə dönüşü qəbul etməliyik. Mən və müsafirlər bu uyarıya aldırış etmədik. Bütün təhdidlərə baxmayaraq, Natala girmə haqqımızı qullanacağımızı israrla söylədik. 23-cü günün sonunda gəminin Natal limanında durmasına və müsafirlərin də Natala girmələrinə izn verildi.

  • Gəmidən enər-enməz bir gənc adam məni tanıyıb “Qandi- Qandi” deyə bağırdı. Bir neçə kişi də ona qatılıb “Qandi-qandi” deyə səsləndilər. İrəlilədikcə qalabalıq artırdı. Cəmiyətin sayı o qədər artmışdı ki, artıq yerimək mümkün deyildi. Bu zaman mənə daş-kəsək, lax yumurta atmağa başladılar. “Bu an biri başımdan papağımı qapdı. Bir başqası məni yumuruqlamağa başladı. Az qala bayılmaq üzrə idim. Əlimlə bir nərdəni tutub dayandım. Dərindən bir nəfəs almaq istəyirdim, ancaq mümkün deyildi. Onlar bir yerdə məni təpikləyir, yumuruqlayırdılar. Məni tanıyan polis rəisinin xanımı da o an təsadüfən ordan keçirdi. Bu cəsur qadın mənim yardımıma gəldi. O gün hava günəşli olmasa da əlində bir kölgəlik var idi. Çətrini başımın üstünə tutub məni qorumağa çalışdı. Xanım cəmiyətlə mənim aramda dayanıb mənə saldıranları uzaqlaşdırmağa çalışırdı. Bu xanım olmasaydı orda məni öldürəcəkdilər. Polis rəisinin xanımına saldıracaq cəsarətləri yox idi.

  • O zaman İngiltərə müstəmləkəsinin bakanı olan mərhum Çemberlen bir teleqraf göndərərək Natal hökumətindən istədi ki, mənə saldıranları cəzalandırsınlar. Mənim yanıma bir nimayəndəsini göndərərək başıma gələnlərdən dolayı üzgün olduğunu bildirdi. Nimayəndə dedi: “Sizə qarşı edilən saldırılara əsla dözümümüz yoxdur. Sizə saldıranları tanıyırsınızsa, söyləyin ki, onları dərhal yaxalayalım. Cənab Çemberlen də böylə düşünür.”

Mən cavabında dedim: “Kimsənin təqib edilməsini istəmirəm. Bəlkə mənə saldıranların bir neçəsini tanıya bilərəm, ancaq onları cəzalandırmanın nə anlamı var? Ayrıca, mən saldırqanlardan şikayətçi deyiləm. Onlara anlatmışlar ki, Hindistanda bulunduğum müddətcə Natalın ağdəriləri ilə ilgili kötü sözlər söyləmişəm. Onlar da buna inandıqları üçün böylə davranmışlar. Əslində onların öndərlərindən və izn versəniz, sizin özünüzdən şikayətçiyəm. Siz toplumu daha uyqun şəkildə yönləndirə bilərdiniz. Ancaq siz özünüz də Ruiter qəzetinin yaydığı xəbərlərə inanmışsınız. Mənim Hindistanda Natal ağdəriləri haqda kötü sözlər söylədiyimə inanırsınız. Mən kimsədən şikayət etmək istəmirəm. İnanıram ki, gerçəklər üzə çıxdığında bütün mənə saldıranlar öz əməllərindən peşman olacaqlar.”

  • Gəmi sağlıq yoxlamasında olduğunda üzərində sarı bir bayraq asılırdı. Sarı bayraq endirilib biz sahilə ayaq basdığımızda “Natal Adurtaizer” qəzetinin müxbiri mənimlə müsahibə aparmaq üçün mənə yaxınlaşıb bəzi sorular sordu. Bu sorulara cavab olaraq mənə atılan bütün ittihamları təkzib etdim. Mənim bu sorulara gerçəkçi cavabım və saldırqanlardan da şikayətçi olmamağım Durbanda yaşayan avropalılara elə təsir etdi ki, öz əməllərindən peşman oldular. Qəzetlər mənim suçsuz olduğumu duyurub mənə saldıranları qınadılar. Böyləcə mənə qarşı olan saldırı mənim və amacımın yararına tamamlandı. Bu olay Güney Afrikada yaşayan hindlilərin etibarını artırdı. Mənim işlərimi asanlaşdırdı.

İşlərim çox yaxşı irəliləyirdi. Ancaq içimdə bir narazılıq var idi. İnsani amaclara daha artıq xidmət edən işlərlə uğraşmaq istəyirdim. Bu üzdən hindlilərə məxsus bir xəstəxanada könüllü olaraq çalışmağa başladım. Bu iş hər gün iki saat vaxtımı alırdı. Bu iş bir ölçüdə mənim ruhi rahatlığıma səbəb olurdu. Xəstəxanadakı işim xəstələrin şikayətinə baxmaq, doktorlara tibbi ləvazimat daşımaq və alınan dərmanları xəstəxanaya gətirməkdən ibarət idi. Bu işim əzab çəkən hindlilərlə daha yaxından tanış olmağıma səbəb olurdu. Bu xəstələrin çoxu Hindistanın quzeyindən olan işçilər idi. Bu iş mənim üçün çox yaxşı oldu və Boer savaşında tibb bacısı işində çalışdığımda buradakı təcrübələrim çox yarar sağladı.

  • Sonbeşik evladımız dünyaya gəldiyində ciddi bir sınaq qarşısında idim. Xanımımın doğum sancısı birdən başladı. Dərhal həkim çağırmaq mümkün deyildi. Bir az da zaman mama tapmağa getdi. Ancaq mama olsaydı da doğuma yardımçı ola bilməyəcəkdi. Bu üzdən mən özüm bütün işləri etmək zorunda qaldım.

  • Düşünürəm ki, çocuqların tərbiyəsi və bəslənməsi üçün ata-ana bu qonuda bilgiləndirilməlidirlər. Bu haqda əldə etdiyim nəzəri bilgilərin yararını çocuqları tərbiyə zamanı gördüm. Əgər bu nəzəri bilgilərim olmasaydı, çocuqlarımızın böylə sağlıqlı olacağına əmin deyildim. Biz hamımız xürafi inanclarla davranırıq. Bu xürafi inanışa görə uşaq beş yaşına qədər heç bir şey öyrənmirmiş. Tam tərsinə. Uşaq beş yaşına qədər öyrəndiklərini ömrünün axırına qədər unutmur və daha sonralar onları öyrənə bilmir. Çocuğun tərbiyəsi onda ortaya çıxan təsəvvürlərə görə başlayır.

  • Bu gerçəyi dərk edən ər və qadın sırf şəhvətlərini bərtərəf etmək üçün cinsi ilişkiyə girməzlər. Ancaq evlad istədiklərində cinsi ilişkiyə girərlər. Düşünürəm ki, cinsi ilişkini yemək-içmək kimi zəruri saymaq insanın cəhalətindən qaynaqlanır. Həyat öz davamı üçün nəsl artımına möhtacdır. Bütün varlıq Tanrı iradəsinin görüntüsü olduğundan cinsi ilişkiləri də bu şəkildə anlamaq lazımdır. Yəni cinsi ilişki varlıqda düzən sağlamanın yollarından biridir. Bu dərin mövzunu və bu gerçəyi bilən adam öz şəhvətini kontrol altına ala bilər. Sonra da böyük bir ruh gücü ilə özünü evladlarının tərbiyəsinə həsr edə bilər. Bu bilgi və təcrübə nəsldən nəslə ötürülürsə, bəşər daha çox barış içində yaşaya bilər.

  • Uzun dartışmalardan və ölçümlərdən sonra 1906-ci ildə Brahmaçarya* ilə ilgili öz-özümə bir əhd bağladım. O günə qədər düşüncələrimi xanımımla ortaya qoymamışdım. Yalnız ara-sıra qeyri-ciddi şəkildə bu haqda xanımımla danışırdım. O, etiraz etmirdi, susurdu. Ancaq mənim kəsin qərara gəlməyim çətin məsələ idi. Bu qərara gəlmək üçün yetərincə iradə sahibi deyildim. Öz şəhvətimə necə hakim ola bilərdim? O zaman adamın öz qadını ilə bütün cinsi ilişkiləri ortadan qaldırması çox anormal iş kimi görünürdü. Ancaq Tanrıya güvənərək bu çətin işi gerçəkləşdirmək istədim. İndi 20 il o kəsin qərarımın üzərindən keçməkdədir. Geriyə dönüb baxdığımda çox sevinirəm. 1901-ci ildən başlayaraq yavaş-yavaş özümü kontrol etməyə başlamışdım. Ancaq mənim mütləq xoşbəxtliyimi sağlayacaq olan qəti qərarım 1906-cı ildə həyata keçdi. Bu əhdi bağlamadan öncə hər an nəfsimin təhriklərinə qapıla bilərdim. Ancaq öz vicdanımda bağladığım əhd məni sakitləşdirdi. Nəfsimin təhriklərinə qapılmaz oldum.

  • Bu qərar mənə sonsuz mutluluq gətirdiysə də, ancaq onun həyata keçməsinin çox da asan olmadığını söyləməm gərəkir. 56 yaşımı keçdiyim bu anda geriyə dönüm baxdığımda necə çətin bir iş gördüyümü düşünürəm. Gün keçdikcə hiss edirdim ki, bu qərar iti bir qılıcın kəsərli tərəfi üstündə yol getməyə bənzəyir. Bu üzdən yaralanmamam üçün çox diqqətli olmalı idim. Bu qərara əməl etmənin ilk şərti yeməyi kontrol altına almaqdır. Təcrübə mənə göstərdi ki, yeməyi bir düzənə tabe etmək bu əməli gerçəkləşdirmənin ən uyqun yoludur. Bu üzdən də yemək proqramımı sadəcə ətyeməzlik şərtlərinə görə deyil, həm də brahmaçarya ilkələrinə görə düzənlədim.

  • Bəziləri hesab edirlər ki, ruhun yeyilib içilənlərlə ilişkisi yoxdur. Çünkü ruh nə bir şey yeyir, nə də içir. Ruh mövzusunda xaricdən daxilə tökülənlərin önəmi yoxdur. Önəmli olan iç halların xarici görünümüdür. Şübhəsiz ki, bu görüşün önəmi vardır. Ancaq mən bu görüşü öz həyatımda sınamaq yerinə öz əqidəmi bildirmək istərdim. Tanrı sevgisi ilə doğruluğu axtaran bir insan üçün yeməyin miqdarı və növü çox önəmlidir. Düşüncə və söyləmə edilən diqqət qədər bu qonuya diqqət edilməlidir.

  • Rahat və arxayın bir həyata başlamışdım. Ancaq bunun ömrü az oldu. Evimə ən yeni mebil və digər ev əşyaları alsam da, bunlar məni məmnun etmirdi. Get-gedə ev xərclərini azaltmağa başlamışdım. Paltaryuma xərci həddindən çox idi. Özəlliklə nə qədər köynək alsaydım da çatmırdı. Hər gün köynəklərimin yaxasını dəyişdirməli idim. Çünkü vəkillər ingiltərə yasalarına uyqun olaraq geyinməli idilər. Köynəyi hər gün dəyişməsəydim də iki gündən bir dəyişməli idim. Köynək xərci həddindən artıq çox idi. Daha az para xərclənsin deyə, özümə paltaryuma məlzəmələri aldım. Paltaryuma ilə ilgili bir də bir kitab aldım. Bu kitabın içindəki bilgiləri xanımıma oxuyub anlatdım. Əlbəttə ki, bütün bu işlər vaxtımı çox alsa da, ancaq mənə xoş gəlirdi. Birinci dəfə özüm öz yaxalığımı yumağımı heç unutmuram. Yaxalığa həddindən artıq parlatıcı maddə vurmuşdum. Ütü də yetərincə isti deyildi çünkü yandıracağımdan qorxurdum. Yaxalıq düm-düz dursa da parlatıcı maddə damırdı. Mən elə o yaxalıqla məhkəməyə getdim və mənim bu görüntümü hər kəs məsxərə edib gülməyə başladı. Ancaq artıq o günlərdə hər növ məsxərə gülüşlər qarşısında dözə biləcək ruhi möhkəmliyim sabitlənmişdi.

  • Paltaryuma qonusunda bağlılığımı ortadan qaldırdıqdan sonra saçlarımı kəsdirmə ilə ilgili də öz-özümə girişimlərdə bulundum. Bərbərə uğramaq istəmirdim. İngiltərəyə gedən hər kəs orada ən az üzünü qırmağı öyrənir. Ancaq kimsə öz saçlarını özü qısaltmanı öyrənməz. Mən bunu da özüm etmək istəyirdim. Peruryada bir dəfə ingilis bir bərbərin yanına getdim. O, kibirli bir biçimdə mənim saçlarımı qırxmaqdan imtina etdi. Çünkü əllərinin “rəngli” adamın saçlarına toxunmasını istəmirdi. Onun bu davranışı məni çox üzdü. Həmən bir saçqırxma makınası alıb güzgünün önündə öz saçlarımı kəsməyə başladım. Başımın ön tərəfinin tüklərini yaxşı kəsmişdim, ancaq arxa tərəf bərbad durumda idi. Yenə də bu durumumla məhkəməyə getdim. Oradakılar mənim bu durumuma həddindən artıq güldülər. Biri dedi: “Qandi, saçlarına nə oldu? Sanki saçlarını sıçanlar didmiş!” Mən də dedim: “ Yox, ağdərili bərbər mənim saçlarımı qırxacaq dərəcədə özünü alçaltmadı. Mən də öz saçlarımı özüm qırxmağı tərcih etdim. Yaxşı qırxmamışamsa da önəmli deyil.” Mənim bu cavabım dostlarımı şaşırdı. Əlbəttə mənim saçlarımı qırxmaqdan imtina edən bərbərin günahı yox idi. Çünkü mənim saçlarımı qırxsa idi, böyük olasılığa görə bir çox müştərisini itirərdi.
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə