MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə315/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   311   312   313   314   315   316   317   318   ...   884
Diqqətin  yayınmasına  gəldikdə  bu,  hər  hansı  bir 

fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas iĢlə əlaqəsi 

olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir. 

Diqqətin  yayınması  ilə  mübarizə  tədbirlərindən  biri 

iĢlədiyimiz yerdə kənar qıcıqların mümkün qədər olmamasına 

çalıĢmaqdır.  Lakin  buna  həmiĢə  nail  olmaq  mümkün  olmur. 

Bəzən istər-istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir 

göstərdiyi  Ģəraitdə  iĢləməli  oluruq.  Ona  görə  də  diqqətimiz 

yayınır.  Bu  cəhəti  nəzərə  alaraq  insan  özündə  həm  sakit 

Ģəraitdə,  həm  də  kənar  qıcıqlandırıcıların  təsir  göstərdiyi 

Ģəraitdə iĢləmək bacarığı aĢılamağa çalıĢmalıdır. 

Diqqətin yayınması hallarından birini də dalğınlıq təĢkil 

edir.  Dalğınlıq  insanın  öz  diqqətini  mərkəzləĢdirə 

bilməməsində ifadə olunur. Dalğınlıq halının iki Ģəklini ayırd 

edirlər.  Birincisi,  ixtiyari  diqqətin  zəifliyində  ifadə  olunan 

dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt 

üzərində mərkəzləĢdirə bilmir, onun diqqəti davamsız olur və 

tez-tez yayınır. UĢaqlarda və yaĢlı adamlarda bu cür dalğınlığa 

tez-tez  rast  gəlmək  olur.  Bunun  səbəbi  çox  yorulmaq,  insana 

təsir  edən  güclü  emosional  amillər,  xəstəlik,  uĢaqda  ixtiyari 

diqqətin tərbiyəsinin düzgün təĢkil edilməməsi ola bilər. 

Ġkinci  halda  dalğınlıq  diqqətin  hər  hansı  bir  obyekt 

üzərində  çox  güclü,  gərgin  Ģəkildə  mərkəzləĢməsində  ifadə 

olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra 

bilmir,  insan  sanki  ətraf  aləmi  «unudur».  Bu  nöqsan  diqqəti 

paylamağı  və  bir  obyektdən  digərinə  vaxtında  keçirməyi 

bacarmamaqda ifadə olunur. 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin