MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə220/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   216   217   218   219   220   221   222   223   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



172 

Q.Olport və Q.Merreyin persionoloji nəzəriyyəsidir. Amerika psixoloqu 

Qordon  Olport  (1897-  1967)  Ģəxsiyyətin  öyrənilməsinə  sistemli 

yanaĢmanın ilk təĢəbbüskarlarından biri olmuĢdur. Onun fikrincə insan 

«açıq  sistemdən»  ibarətdir.  Bu  o  deməkdir  ki,  insanın  inkiĢafı  daima 

baĢqa  adamlarla  qarĢılıqlı  əlaqədə,  qarĢılıqlı  münasibətdə  baĢ  verir. 

Ġnsan təkcə onu əhatə edənlərə nə isə bəxĢ etmir, özü də onlardan nə isə 

alır.  Olport  Ģəxsiyyətə    insanlar  arasındakı  geniĢ  əlaqə  sistemindən 

törəyən bir hadisə kimi baxır. Olporta görə Ģəxsiyyət münasibətlərin qəti 

modelidir.  Olporta  görə  Ģəxsiyyətin  inkiĢafı  bioloji  tələbatların 

məcburiyyətindən  azadlığı,  onun  motivlərinin  avtonomluq  dərəcəsi  ilə 

müəyyən edilir.  

ġəxsiyyətin  eksperimental  nəzəriyyələri  içərisində  Amerika 

psixoloqu  A.Kellinin  (1905-  1966)  «Şəxsiyyətin  konstruktorlar» 

konsepsiyası  da  xüsusi  yer  tutur.  Onun  fikrincə  Ģəxsiyyətin  psixi 

proseslərinin  təĢkili    onun  gələcək  hadisələri  qabaqcadan  necə 

sezməsindən,  düĢünməsindən  asılıdır.  Bu  fərziyyələrin  təsdiq 

olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təĢkil edilməsinə 

gətirib  çıxarır  ki,  bu  da  gələcək  haqqında  sonrakı  xəbərvermənin 

adekvatlığını  yüksəltməyə  səbəb  olur.  Kelli  bir  sıra  konkret  psixoloji 

metodikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsipini 

iĢləyib  hazırlamıĢdır.  Hal-hazırda  bundan  klinik  və  təlim 

psixologiyasında müvəffəqiyyətlə istifadə olunur.  

ġəxsiyyətin  əsas  nəzəriyyələri  içərisində  koqnitiv  nəzəriyyə  də 

mühüm  yerlərdən  birini  tutur.  Bunlardan  ən  çox  diqqəti  cəlb  edəni 

Amerika  psixoloqu    L.Festinqerin  koqnitiv  dissonans  nəzəriyyəsidir

Bu nəzəriyyəyə görə əgər fərdin Ģüurunda eyni bir obyektə və hadisəyə 

dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarĢılaĢırsa, onda fərd bir 

növ  diskomfortluq  hissi  keçirir  və  o  həmin  hissdən  yaxa  qurtarmağa 

çalıĢır.  Bəzən  obyektiv  Ģəraitdən  asılı  olaraq  bu  və  ya  digər  Ģəkildə 

hərəkət etməli olur. Bu zaman insanın bilikləri ilə real davranıĢı arasında 

ziddiyyət meydana gəlir. Yerinə yetirilən iĢ cansıxıcı olur. Ona görə də 

fərd  bu  vəzifəni  yerinə  yetirmək,  həmin  vəziyyətdən  çıxmaq  üçün 

müvafiq  obyektlər  və  ya  hadisələr  haqqında  öz  biliyini  və  ya  sosial 

ustanovkasını  yenidən  qurmağa,  təĢkil  etməyə  çalıĢır  ki,  onların 

arasındakı  həmin  ziddiyyəti  aradan  götürmüĢ olsun. L.Festinqerə    görə 

öz  hərəkətinə,  davranıĢına  bəraət  qazandırmağı  gücləndirməyə  çalıĢan 

insan  ya  öz  davrvnıĢını  dəyiĢir,  ya  özünün  hərəkətinin  bağlı  olduğu 

obyektə  münasibətini  dəyiĢir,  ya  da  həmin  davranıĢın  özünə  və 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin