mən» obrazlarını aid etmək olar.
«Real mən» dedikdə insanın indiki anda özünü necə təsəvvür
etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə
qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur.
Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa elə
də qiymətləndirir. Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını
baĢqalarından gizlədə bilir.
«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi
keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada insanın özü haqqında
idealları xüsusi yer tutur. «Ġdeal mən» obrazında insanın yüksək
qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. Ġnsan daima öz «ideal
mən»inə nail olmağa can atır.
«Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada insan
həmiĢə özünə baĢqalarının gözü ilə baxır. «Sosial mən» obrazı aĢağıdakı
suallara uyğun yaradılır: baĢqa adamlar onu necə görürlər? O, özünü
baĢqalarına necə göstərmək istəyir? Özünü necə göstərsə baĢqalarının
rəğbətini qazana bilər? Məhz buna görə də insan baĢqa adamlarla
ünsiyyətə girərkən özünün «sosial mən»indən çıxıĢ edir.
Dostları ilə paylaş: |