MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə37/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   33   34   35   36   37   38   39   40   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

39 


onun  forması  və  fərdi  fərqlərə  görə  təsnifatı»,  «Milli 

məktəblərdə  rus  dili  təliminin  psixoloji  əsasları  haqqında», 

«Nitqin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri 

təlim psixologiyası, nitq inkiĢafı sahəsində SSRĠ-də aparılan ən 

uğurlu tədqiqatlardan hesab olunur. 

Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, 

psixoloji  fikrin  inkiĢafı  və  təĢəkkülündə  Əhməd  Kərədi 

Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuĢdur. O, 1921-ci 

ildə  Türkiyədə  təhsilini  baĢa  vurduqdan  sonra  Bakıya  gəlmiĢ, 

1922-1960-cı  illərdə  V.Ġ.Lenin  adına  APĠ-də  dərs  demiĢ, 

müxtəlif  vaxtlarda  psixolgiya  kafedrasına  rəhbərlik  etmiĢdir. 

1960-cı  ildən  ömrünün  sonunadək  Azərbaycan  EA-nın  fəlsəfə 

Ģöbəsində çalıĢmıĢdır. 

1933-cü  ildə  V.Ġ.  Lenin  adına  APĠ-nin  nəzdində 

aspirantura  Ģöbəsi  açılır.  Bu  Ģöbənin  yaradılmasıyla 

psixologiya üzrə kadr hazırlığında da bir dönüĢ yaranır. 

20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-

lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-

mikalar  baĢladı.  Qeyd  etmək  istərdik  ki,  SSRĠ  miqyasında 

gedən  proseslər  eynilə  Azərbaycanda  da  baĢ  verirdi.  Bununla 

bağlı  F.  Rüstəmov  yazır:  «20-ci  illərin  əvvəllərində  pedaqoji 

elmdə  demokratik  fikir  güclü  idi,  əsasən  qeyri-marksist 

mövqedə  dayanan  nəzəriyyələr  üstün  mövqeyə  malik  idi.  Bu 

nəzəriyyələrin  bir  qismi  Avropadan  türk  pedaqoq  və 

psixoloqlarının  (X.  Fikrət,  Mühiddin,  Ġ.  Hikmət,  T.  Tofiq,  N. 

Ġsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi 

isə  rus  pedaqoji  fikrindən  tərcümə  edilmiĢ  əsərlərdən  milli 

pedaqoji fikrə keçirdi. 

Ġntellektual  mübahisələr  çox  zaman  bir-birinə  qara  yax-

maqla  baĢa  çatırdı.  Bu  proses  hər  yerdə  –  mərkəzdə  də, 

yerlərdə  də  gedirdi.  Rusiya  və  Ukrayna  üçün  səciyyəvi  olan 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin