www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
45
Dövlət Dillər Ġnstitutu, indiki Dillər Universiteti ilə bağlanır.
O, hazırda Azərbaycan Dillər Universitetində psixologiya
kafedrasının müdiri vəzifəsində çalıĢır.
M.Həmzəyev 1969-cu ildə «Azərbaycan dili orfoqrafiya
və durğu iĢarələrinin mənimsənilməsi psixologiyası» mövzu-
sunda doktorluq dissertasiyası müdafiə etmiĢdir.
Respublikada elmi kadrların hazırlanmasında da M.Həm-
zəyevin müstəsna rolu olmuĢdur. Onun rəhbərliyi ilə onlarla
aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmiĢ-
dir. Uzun müddət AAK Ekspert ġurasının üzvü olmuĢdur.
Azərbaycan psixologiya elminin inkiĢafında əməkdar elm
xadimi, professor Əkbər Salman oğlu Bayramovun (1930)
müstəsna xidmətləri olmuĢdur. Azərbaycan Dövlət Universite-
tinin məntiq-psixologiya Ģöbəsini bitirdikdən sonra Ə.S. Bayra-
mov çoxĢaxəli elmi-pedaqoji fəaliyyətə baĢlayır. O, demək olar
ki, Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə
tədqiqat aparmıĢ, elmi əsərlər yazmıĢ, dərsliklər hazırlamıĢdır.
O, professor Ə.Ə. Əlizadə ilə birlikdə Azərbaycanda sosial
psixologiyanın əsasını qoymuĢdur. Hələ sovet hakimiyyəti
illərində etnopsixologiyanın «qadağan olunduğu» vaxtlarda
etnopsixologiya ilə bağlı fikir və ideyalarını irəli sürmüĢ, 1996-
cı ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəĢr
etdirmiĢdir. Ə.S. Bayramov Azərbaycanda etnopsixologiyanın
yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da
etnopsixoloji məsələlərə dair namizədlik dissertasiyası müdafiə
etmiĢdir.
1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və
tənqidiliyinə
görə
III-IV
sinif
Ģagirdlərinin
fərdi
xüsusiyyətləri» mövzusunda namizədlik, 1967-ci ildə isə
«Kiçik məktəbyaĢlı Ģagirdlərdə əqli keyfiyyətlərin inkiĢaf
dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə
|