MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə55/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   51   52   53   54   55   56   57   58   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



56 

MüĢahidənin çətinliklərindən biri də bu və ya digər psixi 

hadisənin, davranıĢ tərzinin təzahürünü uzun müddət gözləmək 

lazım  gəlməsi  ilə  baglıdır.  Ona  görə  də  psixologiyada  ən  çox 

əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur. 

Eksperiment  müĢahidədən  birinci    növbədə  onunla 

fərqlənir  ki,  bu  zaman  psixoloq  psixi  hadisələrin  gediĢinə 

qarıĢır,  tədqiqatın  təĢkili  üçün  qarĢısına  qoyduğu  məqsədə 

müvafiq olaraq Ģərait yaradır. Bu, müĢahidə zamanı Ģəraitə tam 

nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. 

Eksperimentin  birinci  növbədə  iki  növünü  –  təbii  və 



laborator eksperiment növünü qeyd etmək olar. 

Təbii  eksperiment  rus  psixoloqu  A.F.Lazurski  (1874-

1917)  tərəfindən  irəli  sürülmüĢdür.  Təbii  eksperimentin 

məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir 

göstərə biləcək amilləri  aradan qaldırmaqdan ibarət  olmuĢdur. 

Bu  cür    eksperiment  təbii  Ģəraitdə  (təlim,  əmək,  oyun 

Ģəraitində)  həyata  keçirilir.  Məsələn,  hansı  materialın 

Ģagirdlərin  təfəkkürünün  inkiĢafını  yüksək  inkiĢafetdirici  təsir 

göstərdiyini aĢkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan 

iki  qrupdan  birində  (eksperimental  qrup)  təlim  materialları 

problem situasiya  yaratmaq əsasında, digərində  (kontrol  qrup) 

ənənəvi yolla öyrədilir. Hər iki qrupda Ģagirdlərə eyni müəllim 

dərs  deyir  və  onlar  bu  iĢləri  adi  dərs  kimi  qəbul  edirlər.  Ona 

görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki 

qrupda  yoxlama sorğu iĢləri keçirilərək hansı qrupda üstünlük 

olduğu aĢkara çıxarılır. 

Laborator  eksperimentə  gəldikdə  bu  laboratoriya 

Ģəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir 

dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aĢkara çıxaran 

qurğular  hazırlanmıĢdır  ki,  onların  köməyi  ilə  tutarlı  elmi 

nəticələr əldə etmək mümkündür. 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin