www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
9
I. 1.1. Psixologiyanın predmeti
Elm və texnikanın sürətlə inkiĢaf etdiyi bir dövrdə
yaĢayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə
fərqlənən bir dövrdür. Özünün qədim tarixiliyi ilə fərqlənən
elm sahələri ilə yanaĢı tamamilə yeni elmlərin meydana
gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-
yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun
obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-
birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus
hadisələr təĢkil edir. Bu hadisələrdən bəziləri olduqca
mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin
predmetini təĢkil edən hadisələr də məhz özünün mürəkkəbliyi
və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ
qədim zamanlardan insanların diqqətini cəlb etmiĢ, bu sahədə
müxtəlif fikirlərin, görüĢlərin meydana gəlməsinə səbəb
olmuĢdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi
hadisələr adlandırılmıĢdır. Psixi hadisələrin təsnifi və onun
strukturu müxtəlif mövqelərdən Ģərh olunmuĢdur. Bu sahədə
daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması
ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi
xassələr (bax Ģəkil 1).
Dostları ilə paylaş: