Tərbiyəedici funksiya da inkiĢafetdirici funksiyadan az
əhəmiyyətə malik deyildir. Tərbiyəedici pedaqoji funksiya
təlim prosesində və sinifdənkənar tədbirlər zamanı Ģagirdlərdə
düzgün elmi dünyagörüĢünün formalaĢması, ideya-siyasi,
əxlaqi, estetik və vətənpərvərlik tərbiyəsi vəzifələrinin yerinə
yetirilməsi ilə bağlıdır. ġübhəsiz, bu funksiyanın həyata
keçirilməsi də müəllimdən zəruri pedaqoji bacarıq və
vərdiĢlərə yiyələnməyi tələb edir. Bunlardan, dərsdə və sinif-
dənkənar tədbirlər zamanı tədris edilən fənnin imkanlarından
tərbiyəvi məqsədlər üçün istifadə edə bilmək bacarığını,
kollektivizm, prinsipiallıq, fəal əxlaqi mövqe tərbiyə edə
bilmək bacarığını, Ģagirdlərin Ģüurlu olaraq peĢə seçmələri və
ilkin peĢə hazırlığı üçün Ģərait yarada bilmək bacarığını və s.
göstərmək olar.
Dostları ilə paylaş: |