MahirəNərimanqızı


III. 5. 6. ġəxsiyyətin mənlik Ģüuru



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə170/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   613
III. 5. 6. ġəxsiyyətin mənlik Ģüuru 
Ġnsanın bir Ģəxsiyyət kimi formalaĢmasında onda mənlik 
Ģüurunun inkiĢafı xüsusi rol oynayır. Mənlik Ģüurunun formalaĢması 
insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, 
mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu 
baxımdan mənlik Ģüuru insanın özünü Ģəxsiyyət kimi tanıması və dərk 
etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik Ģüuru» 
dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, 
davranıĢ və fəaliyyət motivlərinə Ģüurlu münasibəti nəzərdə tutulur. 
Ġnsan baĢqa adamlarla qarĢılıqlı əlaqə və ünsiyyət prosesində özünü 
ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə 
baĢlayır, bir növ öz «mənini» baĢa düĢür, anlayır. Öz məni haqqında 
subyektiv təəssürat ilk növbədə onda ifadə olunur ki, insan özünün 
hazırda, keçmiĢdə və gələcəkdəki eyniliyini anlayır. 
Ġnsanın öz «mənini» kəĢf etməsi Ģəxsiyyətin uzunmüddətli inkiĢaf 
prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən 
qoyulur. Hələ üç yaĢlı uĢaqda özü haqqında təsəvvür yaranmağa 
baĢlayır. Bu dövrdə uĢaq «mən» kəlməsini iĢlətməklə özünün 
müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik Ģüurunun ibtidai 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
182 
forması müĢahidə olunur. UĢağın öz «mən»ini kəĢf etməsi sonrakı 
dövrdə – yeniyetməlik və ilk gənclik yaĢ dövründə özünü daha aydın 
göstərir. Yeniyetmədə özünə, öz Ģəxsi həyatına, Ģəxsiyyətinin 
xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, 
özünü baĢqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə 
özü üçün öz «mən»ini bir növ kəĢf edir. Ġlk gənclik dövründə 
məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını 
dərk etməyə baĢlayırlar. Bu dövrdə məktəblilərdə mənlik Ģüuru, özləri 
haqqında təsəvvürləri dəyiĢir. Oğlan və qızlarda mənlik Ģüurunun 
məzmunu dəyiĢir, özləri haqqında təsəvvürləri artır. Onlar özlərinin 
xarici görkəmini, simalarını tamamilə yeni Ģəkildə qavramağa 
baĢlayırlar. Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının 
formalaĢmasına gətirib çıxarır. «Mən» obrazının əsasını insanın özü 
haqqında bilikləri təĢkil edir. «Mən» obrazında insanın öz-özünə 
münasibəti də xüsusi yer tutur. Ġnsan öz özünə baĢqalarına bəslədiyi 
kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya 
zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər. 
Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni vaxtda 
müxtəlif xarakterli ola bilir. Bunlara 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin