MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə183/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   613
rəsmi (formal
)
və 
qeyri – rəsmi (qeyri formal
).
Rəsmi qruplar
rəsmi sənədlər əsasında yaradılmıĢ 
qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla 
müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup 
üzvlərinin 
mövqeyi 
və 
davranıĢı 
ciddi 
qaydalarla 
reqlamentləĢdirilir. Bu cür qruplar daima mütəĢəkkil qrup olub, 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
196 
onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və 
sənədlərdə öz əksini tapır. Özünün Ģəxsi töhfəsi və özünün 
xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki 
məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün 
üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi 
qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını, 
kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.
Qeyri-rəsmi
qruplara gəldikdə, adından göründüyü kimi, 
rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür 
qrupun üzvlərinin dəqiq qeyd edilmiĢ məqsədi olmur. Bu cür 
qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup 
üzvlərinin bir-birinə qarĢı emosional-psixoloji münasibətləri 
qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da 
özünün müvafiq strukturu və qarĢılıqlı münasibət normalarına 
malik olur. Lakin bu münasibətlər ilk növbədə yazılmamıĢ 
qaydalar və insanların Ģəxsi keyfiyyətlərindən doğan 
münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına 
görə birləĢən həyət kompaniyalarını, yaxın iĢ və təhsil 
dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də 
bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki, rəsmi qrupun 
üzvləri bir-birinə yaxınlıq, dostluq münasibətlərinə görə 
qruplaĢa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi 
bütövlükdə rəsmi qrupun mövqe, norma və məqsədinə uygun 
gəldikdə 
qrupun 
fəaliyyətinin 
müvəffəqiyyətlə həyata 
keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik 
qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və 
qeyri-rəsmi strukturlarının bir-birinə uyğun gəlməsindən asılı 
olduğunu qeyd edirlər.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin