MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə95/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
110 
mövcuddur (R.S.Nemov). 
Ünsiyyətin məzmunu
dedikdə fərdi təmas zamanı bir 
insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz 
öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif 
xarakter daĢıya və fərqlənə bilir. 
Ünsiyyətin məzmununu, hər Ģeydən əvvəl, insanın daxili 
motivasiya və emosianal vəziyyəti haqqında məlumat təĢkil 
edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, 
emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, 
əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür 
informasiyalar 
bir 
adamdan 
baĢqalarına 
ötürülməklə 
Ģəxsiyyətlərarası tənzim rolunu oynaya bilər. 
Ünsiyyətin məzmunu ətraf mühit, orada baĢ verən hadisələr haq-
qında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan 
insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan 
amillər haqqında məlumat verə bilərlər. 
Ünsiyyətin məqsədinə
gəldikdə, 
insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən 
ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniĢ 
və çox sahəlidir. Ġnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, 
təlim və tərbiyə, Ģəxsi və iĢgüzar qarĢılıqlı əlaqələrin yaradılması və s. 
haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər 
(R.S.Nemov). 
Ġnsanda 
ünsiyyətin vasitələri
ünsiyyət zamanı ötürülən informa-
siyaların kodlaĢdırılmasında, ötürülməsində, iĢləmə və açılmasında 
özünü göstərir. 
Ġnformasiyaların kodlaĢdırılması onun bir canlı varlıqdan 
digərinə ötürülmə tərzindən ibarətdir. Ġnformasiya insanlar 
tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə 
və qavranıla bilir. Ġnsanda dil və baĢqa iĢarələr sistemi 
vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin