www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
187
beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün
biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün İslam
millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya,
xülasə ortaq bir mədəniyyətə malikiz… Bu şəriklik islamiyyətə
daxil olan zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kimi, bu yolda
olacaq islahat feyzlərindən də bizi nəsibsiz qoymaz» [186
a
, 172].
M.Əmin millət və dini bir-birindən ayrı mürəkkəb, anlaşılmaz
şəkildə yox, apaydın olaraq tamamlanmasını istəyirdi. O, din ilə
millətin öncə fərqlərini göstərir, daha sonra onların birgə şəkildə
çulğalaşa biləcəyini ortaya qoyurdu. Bunun üçün, öncə
müsəlmanlar milli kimliklərini tanımalıdırlar. Rəsulzadə yazır:
«Din və onun ehkamı mütədəyyinlərincə anlaşılmaz bir hala
gəlirsə, verəcəyi faydanı təmin edə bilməz, ruhsuz olar,
məişətdən uzaqlaşar, öylə də İslam, bir məişət və həyati-dini
olaraq təsis elədiyi halda mütədəyyinləri ilə öz arasına bir
məchuliyyət girdi. Bunun nəticəsində İslam həyatından və
həyati-İslamla yaşamaq gümanında olanlar isə əsil İslamdan
uzaqlaşdılar. Bunun üçün də müxtəlif islam millətlərindən olan
islam mütəfəkkirləri arasında İslam deyə tanınan şeyin möhtaci-
islah olduğunu düşünənlər gündən-günə çoxalıyorlar. Şübhəsiz,
bu yolda bir islah lazımdır. Böylə bir islah vücuda gəlməyincə,
İslam millətləri düçar olduqları ətalətdən müşkül ki çıxsınlar»
[186, 481].
Ən əsası odur ki, hələ milli istiqladan öncə, «Müsavat»ın
1-ci qurultayındakı çıxışında (1917) Rəsulzadə dünyəvi dövlətin
tərəfdarı kimi dini mənəvi məsələ hesab edərək onun siyasətə
qarışmasının əleyhinə çıxış etmişdir. Onun fikrincə, məscidə
daxil olan şəxs siyasəti, partiyanı, ideyanı unutmalı və ancaq
Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə məşğul
olmamalı və siyasi mübarizədə məscid bitərəf qalmalıdır. Dinin