Sovet dövründə milli şüur və beynəlmiləl şüur.
Sovet Rusiyası Cümhuriyyəti işğal etdikdən sonra
Azərbaycanda formalaşan milli şüuru məhv etmək üçün pilləli
siyasi-ideoloji
işlər həyata keçirdi. Burada sovet
ideoloqlarının əsas məqsədi türklük şüurunu azərbaycanlılıq
şüurundan ayırmaq və aradan qaldırmaq idi. Bunun üçün isə,
rus bolşeviklərinin fikrincə, ilk növbədə türklük şüurunun
birbaşa daşıyıcıları olan milli aydınlarımız ya məhv edilməli,
ya da onların siyasətlərinə uyğunlaşdırılmalı idi. İkinci
növbədə
isə Azərbaycan Cümhuriyyətinin süqutunda
yaxından iştirak edən, ancaq özlərini türk kimliyi içində
görənlərin məhv edilməsi idi. Bu proses 1920-ci il aprel
işğalından başlamış və 1930-cu illərin sonlarına qədər davam
etmişdi.
Bu baxımdan işğalın ilk günündən etibarən birinci
növbədə, milli şüurun formalaşmasında əsas rol oynayan milli
aydınlarımız nəzarət altına alındı. Sovet rejimi bir tərəfdən
milli aydınlar arasında onlara yaxın olanları müəyyənləşdirir,
digər tərəfdən heç vaxt onlarla yollarının birləşməsi mümkün
olmayanları fiziki və mənəvi cəhətdən sındırmağa çalışırdı.
Bu mənada, ilk mərhələ türklük şüurunun birbaşa daşıyıcıları
|