www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
516
516
sərvətimiz olan bu dövlətin təməl fikri kimi baxmalıyıq”
[194
c
, 579].
Bu mənada, eyni Vətəni və Dövləti paylaşan azərbay-
canlılar milli birliklərini gücləndirməli, Azərbaycanın ərazi
bütövlüyünə çalışmalıdırlar. Fikrimizcə, artıq neçə minilliklər
konkret bir coğrafiyada, yaşayan həmin ərazini özünə vətən-
yurd hesab edən, xarici istilaçı qüvvələrə qarşı birgə çıxış
edən, bir-birləri ilə qaynayıb-qarışan, üstəlik ortaq tarixi,
ədəbiyyatı, mədəniyyəti paylaşan milli ruhlu azərbaycançılıq
islamlaşmaq, türkləşmək və müasirləşmək «üçlüyü»nü də
inkar etmədən, yəni yalnız bu mənada bütün azərbaycanlıların
gerçək bir ideologiyası ola bilər.
Bəlli olduğu kimi, tarixən türklər yaratdıqları dövlətə
yalnız öz dövləti kimi baxmamış, onun daxilində həmişə
rəngarənlik olmuşdur. Belə ki, türklər, o cümlədən
Azərbaycan türkləri qurucusu olduqları dövlətlərdə heç zaman
milli üstünlüklərini irəli çəkməyiblər. Yəni hər hansı bir
dövlətin yaranmasında aparıcı rol oynasalar da, dövlət
yarandıqdan sonra onun idarə olunmasında, yaxud da dövlət
dilinin müəyyənləşməsində və s. məsələlərdə heç bir
üstünlükdən, hakim mövqedən çıxış etməyiblər. Çünki
«hakim millət», «hakim sinif» faktoru həmişə türk xalqlarına
yad olmuşdur. Məsələn, Səlcuqlar, Osmanlılar, Səfəvilər,
Qacarlar və başqa türk dövlətlərinin dövründə məhz belə
olmuşdur.
Bu gün Azərbaycan Respublikasının əsas nüvəsi
Azərbaycan türkləri olmalarına baxmyaraq, «hakim millət»
statusuna malik deyildirlər. Bu baxımdan tədqiqatçı İbrahim
Ağayev alman filosofu F.Engelsə istinadən düzgün qeyd
edirdi ki, vaxtilə Osmanlı İmperiyasında türkləri hakim millət
|