MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə575/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   571   572   573   574   575   576   577   578   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

545 


etnosların törəmələridir. Beləliklə, dünənki türklər azərbaycanlıya 

(bu zaman əsas assimilyasiya siyasəti Azərbaycan türklərinə qarşı 

yönəldilmişdir,  çünki  etnik  azlıqların  mənsubiyyətləri  əvvəlki 

kimi  dəyişilməz  olaraq  qalırdı),  türk  dili  azərbaycan  dilinə,  türk 

teatrı  Azərbaycan  teatrına,  türk  ədəbiyyatı  Azərbaycan 

ədəbiyyatına  çevrildi.  Halbuki  tarixçi  alim  Yusif  Yusifovun  da 

qeyd  etdiyi  kimi,  Sovet  Rusiyasının  antitürk  əməllərinə  qədər, 

yəni  1930-cu  illərin  sonuna  kimi  azərbaycanlılar  «türk,  türk 

xalqı», dili isə «türk dili» adlandırılmışdır [43, 231].  

Bizcə,  SSRİ  dövründə,  xüsusilə  1936-cı  ildən  sonra 

Azərbaycan milli ideyası – milli azərbaycançılıq birmənalı şəkildə 

Azərbaycan  sovet  ideyası  –  beynəlmiləlçi  və  kosmopolit 

azərbaycançılıqla  əvəz  olundu.  Türk  dilinin  Azərbaycan  dilinə 

çevrilməsi  də,  məhz  “sovet  Azərbaycanı”  ideyasının  möhkəm-

ləndirilməsinin  tərkib  hissəsi  idi.  Əslində,  1936-cı  ildən  sonra 

Azərbaycan  Cümhuriyyətinə  aid  milli  nə  varsa,  demək  olar  ki, 

hamısından  imtina  olunmuşdu.  Əvəzində  Azərbaycan  sovet 

ideyasına uyğun olaraq, kosmopolit azərbaycançılıq ideyası ortaya 

atılmışdı. Bununla da milli ruhlu azərbaycançılıqla beynəlmiləlçi 

və kosmopolit azərbaycançılıq üz-üzə qoyulmuşdur. 

Gördüyümüz  kimi,  bütün  dünya  türklərinin,  o  cümlədən 

Azərbaycan  türklərinin  vahid  ideya,  konsepsiya  ətrafında  birləşə 

bilməməsi  üçün  antitürk,  antiazərbaycan  qüvvələri  artıq bir  neçə 

əsrdir  ki,  ona  alternativ  qeyri-milli  ideyalar  irəli  sürmüşlər.  Ən 

sonuncu  halda  isə,  sovet  ideoloqları  türkçülükdən  yaranan  milli 

azərbaycançılığa qarşı, beynəlmiləlçi və kosmopolit azərbaycançı-

lıq ideyasını qoymuşlar. Bununla da, istər-istəməz bir-birinə zidd 

iki:  milli  Azərbaycan  və  sovet  Azərbaycanı  ideyaları  meydana 

çıxmışdır.  Birincisi,  türkçülüyün  doğurduğu  Azərbaycan  milli 

ideyası  –  milli  azərbaycançılıq  olduğu  halda,  ikincisi  rus 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   571   572   573   574   575   576   577   578   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin