MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə590/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   586   587   588   589   590   591   592   593   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

560 



560 

ilədək)  çalışdılar.  Ancaq  bu  milləti  asanlıqla  diz  çökdirə 

bilməyəcəklərini,  yəni  tək-tək  onları  öldürməklə,  yaxud  da 

müxtəlif  şirinlikdirilmiş  təkliflərlə  işin  bitmədiyini  görüb 

1930-cu  illərdə  bir  tərəfdən  kütləvi  repressiyalara  əl  atmış, 

digər  tərəfdən  separtizmin  əsaslarını  işləyib  hazırlamışlar. 

Unutmaq  lazım  deyil  ki,  sovet  rəhbərliyi  yalnız  kütləvi 

repressiyalardan  sonra  türkçülüyü  və  onun  Azərbaycanda 

bariz  təcəssümüsü  olan  milli  ruhlu  azərbaycançılığı  rəsmən 

qadağan etmiş, dünənə qədər milli kimliyi türk, milli dili türk 

dili adlanan bir millətin üstündən amanzıcasına xətt çəkmişlər. 

Yəni demək istədiyimiz odur ki, o zaman da türkçülüyü əngəl 

kimi görənlər olmuşdu. Ancaq onda türkçülüyü inkişafa əngəl 

kimi  görənlər  sovet  rəhbərliyi  və  onların  Azərbaycandakı 

əlaltıları  idilər.  Onlar  deyirdilər  ki,  Azərbaycanın  gələcəyi 

ancaq  rus  xalqı,  onun  mədəniyyəti,  dili,  ədəbiyyatı,  əlifbası, 

bir sözlə rusun nəyi varsa onunla bağlıdır. Güya, türk kimliyi, 

türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı, bir sözlə türklüyə 

aid nə varsa, hamısı gerilikdir, inkişafa  əngəldir.  

Çox  təəssüf  ki,  bu  gün  də  türkçülüyü  başqa  formada 

gerilik,  Azərbaycanın  inkişafına,  hətta,  güya,  liberalizmə, 

modernləşməyə və demokratiyaya əngəl kimi görənlər tapılır. 

Bütün  bunlar  türkçülüyün  mahiyyətini  saxtalaşdırmaqdan 

başqa  bir  şey  deyildir.  Hələ,  20-ci  əsrin  əvvəllərində 

Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə  və  başqa 

mütəfəkkirlərimiz  türkçülüyün,  o  cümlədən  onun  bariz 

nümunəsi  olan  milli  ruhlu  azərbaycançılığın  liberalizmə, 

demokratiyaya zidd olmadığını, əksinə onlarla üst-üstə düşdü-

yünü elmi-nəzəri cəhətdən əsaslandırmışlar. Bu baxımdan hər 

hansı  mənada  azərbaycançılığın  yaranmasında  mühüm  rol 

oynayan  türkçülüyü  liberalizmə,  demokratiyaya,  modernləş-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   586   587   588   589   590   591   592   593   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin