MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə64/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   60   61   62   63   64   65   66   67   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

63 


tanısınlar. Özəlliklə, müstəmləkə halına gətirilmiş, zaman-zaman 

milli-mənəvi  dəyərlərinə  qəsd  edilmiş  bir  millət  üçün  yenidən 

milli özünüdərk, milli özünütəyin əsas və vacib ideyalardan biri-

dir.  Fikrimizcə,  istisna  hal  olaraq,  yalnız  bu  cür  milli  ideya  – 

milli özünəməxsusluq, milli özünütəyin yetərli ola bilər ki, digər 

ideyaların  yardımı  olmadan  belə  milli  ideologiyaya  çevrilsin. 

Ancaq bunun çox zor olmasını da söyləmədən keçmək mümkün 

deyildir.  Buna  başlıca  səbəb  də  milli  özünəməxsusluğun, 

milliliyin  əksər  hallarda  mürtəce  millətçilik-şovinizm  kimi 

yozulmasıdır. Bu mənada, müstəmləkə halında olan bir millətin 

milli  özünəməxsusluqdan  çıxış  edərək  milli  azadlıq  uğrunda 

mübarizə  aparması  nə  qədər  müsbət  sayılırsa,  artıq  müstəqillik 

əldə  etmiş  millətin  həmin  ideyanı  eynilə  uyğulamağa  davam 

etməsi bir o qədər də mənfi qəbul edilir.  

Ona  görə  də  XX  yüzilin  əvvəllərində  milli  azadlıq 

hərəkatı  uğrunda  mübarizə  aparan  Azərbaycan  xalqının  əsas 

milli  ideyasının  türkçülük  olması  nə  qədər  təbiidirsə,  1930-cu 

illərin  sonlarından  etibarən  Sovetlər  Birliyi  dövründə,  eləcə  də 

hazırda müstəqil Azərbaycan Respublikasında məsələnin bu cür 

qoyuluşuna  birmənalı  baxışın  olmaması  da  anlaşılandır.  Bu 

baxımdan  biz,  araşdırıdığımız  dövrdə  Azərbaycan  Cümhuriy-

yətinin  yaranmasında  və  inkişafında  türkçülüyün  oynadığı 

əvəzsiz  rolu  indiki  zamanın  baxışından  deyil,  dövrünün 

tələblərinə  və  şəraitinə  görə  dəyərləndirmişik.  Həmin  dövrün 

əsas  tələbi  də  ondan  ibarət  idi  ki,  müstəmləkədən  azad  olmaq 

istəyən  bütün  millətlər  kimi  Azərbaycan  türklərinin  də  məhz 

milli  özünütəyindən  –  türkçülükdən  çıxış  etməkdən  başqa  bir 

yolu  yox  idi.  Çünki  türkçülük  çar  Rusiyasının  müstəmləkəsi 

halına  gətirilmiş  Qafqaz-Azərbaycan  müsəlmanlarının  yeni  bir 

dövlət qurmağın əsas xətti idi. Ən azı ona görə ki, Qafqaz müsəl-





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin