MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə41/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   37   38   39   40   41   42   43   44   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

42 



42 

Bu  mənada,  müsəlman  xalqlarının  (ərəb,  türk,  fars  və  b.) 

mütəfəkkirlərinin bir qismi islamçılığı həmişə milli ideya kimi 

qəbul etmişlər. Onlar bu fikirlərini isə daha çox «müsəlmanlar 

qarşadırlar»  prinsipi ilə əsaslandırmağa çalışıblar. Sadəcə, bu 

zaman  hər  bir  müsəlman  mütəfəkkiri  İslam  dininə  təmsil 

olunduğu  millətin  (ərəb,  fars,  türk  və  s.)  milli-mənəvi 

dəyərləri çərçivəsində yanaşıblar. Başqa sözlə, milli mədəniy-

yətləri  ilə  dini  mədəniyyətlərini  müxtəlif  yollarla  bir-birinə 

uyğunlaşdırmağa  cəhd  göstəriblər.  Hətta,  bəzi  millətlər  

(farslar  və  b.)  bir  qədər  də  qabağa  gedərək  milli  mədəniy-

yətlərini  müsəlman  mədəniyyəti  adı  altında  təqdim  edərək, 

digər  millətlər  üzərində  milli  üstünlükləri  bu  formada  həyata 

keçirməyə çalışmışlar. 

Ümumiyyətlə, XIX əsrin sonu – XIX əsrin əvvəllərinə 

qədər  istər  müsəlman  ölkələrində,  istərsə  qeyri-müsəlman 

imperiyalarda  müstəmləkəçiliyə  qarşı  mübarizə  aparan 

müsəlman xalqları İslam amilini aparıcı ideya kimi görmüşlər. 

Yalnız bu dövrdən etibarən din ideyasına münasibətdə iki əsas 

məsələ  özünü  qabarıq  surətdə  büruzə  vermişdir.  Bunlardan 



birincisi,  “İslam  biriliyi”  ideyasını  əxlaqi-mənəvi  dəyər  kimi 

qəbul  edib,  onu  milliliklə  paralel  şəkildə  aparmaqdır 

(C.Əfqani,  M.İqbal,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və  b.).  Yəni 

millilik  və  islamlığı  bir-birindən  fərqləndirərək  onlar 

arasındakı  oxşar  və  fərqli  cəhətləri  görməyi  bacarmaqla 

yanaşı,  istənilən  halda  onların  sintezindən  çıxış  etməkdir. 

Türklüklə islamlıq arasındakı oxşar və fərqliliklər heç də bir-

birini  tamamilə  ya  təsdiq  və  ya  da  tamamilə  inkar  etməsi 

anlamında  başa  düşülməməlidir.  Başqa  sözlə,  heç  bir  halda 

bunların arasında mütləq bərabərlik və qeyri-bərabərlik işarəsi 

qoyulmamalıdır.  Əgər  kimlərsə  məsələyə  əvvəlcədən  bu  cür 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin