17
qəbuletmə məsələsinin həlli intervalla qiymətləndirilən faydalılıq
funksiyası modelinin etibarlılığını və onun tətbiq olunmasının
mümkünlüyünü göstərir.
İlk dəfə olaraq neftçıxarmada interval şəklində verilmiş
ehtimallarla investisiya qoyuluşu məsələsinə baxılmışdır. Üç
alternativli (layın hidravlik yarılması, quydibi sahənin işlənməsi,
quyulara polimer məhlulu vurulması) dörd meyarlı (ekoloji
tarazlığın pozulması, təmirarası müddət, debitin artması, qoyulan
vəsaitin özünü doğrultması) investisiya qərarqəbuletmə
məsələsinin həlli yolları araşdırılmış, sərmayə qoyulacaq alternativ
(quyudibi sahənin işlənməsi) müəyyən edilmişdir. Göstərilmişdir ki,
geoloji-texniki tədbirlər həyata keçirmək üçün investisiya qoyuluşu
zamanı, klassik ehtimala əsaslanan qərar qəbuletmədən fərqli olaraq,
interval ehtimallara əsaslanan üsuldan istifadə etmək daha
məqsədəuyğundur.
Dostları ilə paylaş: