33
ümumiləşdirilir və yеkunlаşdırılır.
Auditor xidmətinin təşkili və fəaliyyətini tənzimləmək üçün ölkəmizdə 1994-cü ildə
Auditorlar Palatası yaradılmışdir. Palatanın əsas vəzifəsi mülkiyyət formasından asılı
olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun düzgün
aparılmasını təmin etmək məqsədilə audit xidməti işini təşkil etməkdən və qanunvericiliyə
uygun olaraq onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər həyata
keçirməkdən ibarətdir.
Auditorlar Palatası aşagıdakı funksiyaları yerinə yetirir:
- Auditor xidməti işlərini təşkil edir və tənzimləyir;
- Auditor təşkilatlarının nizamnzmələrinin “Auditor xidməti haqqında” Qanuna
uygunlugunu nəzarətdə saxlayır;
- Sərbəst auditorların və auditor təşkilatlarının qeydiyyatını, uçotunu aparır və qeydiyyat
haqqında şəhadətnamə verir;
- Sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hasabat formalarını
hazırlayır və təsdiq edir;
- Audit aparılması üçün təlimatlar, tövsiyyələr və metodik göstərişlər işləyib hazırlayır;
- Milli və beynəlxalq təcrübəni öyrənməklə müvafiq tövsiyyələr hazırlayır;
- Sərbəst auditorların və auditor təşkilatlarının hüquq və vəzifələrinin qorunması üçün
müvafiq tədbirlər həyata keçirir.
Təsərrüfatdaxili nəzarət təsərrüfatçı subyektlərin özlərinin idarəetmə strukturunun
xüsusi bölməsi, habelə ayrı-ayrı mütəxəssislər tərəfindən həyata keçirilr. Təsərrüfatdaxili
nəzarət bir sıra xüsusiyyətlərə malikdir: bu nəzarət dövrü olaraq deyil, daimi həyata keçirilir;
nəzarəti aparan şəxslər həmin müəssisənin rəhbərinə tabedir. Təsərrüfatdaxili nəzarət adətən
orta və iri müəssisələrdə təşkil edilir. Onun aparılması həm müəssisə rəhbərinin, həm
işçilərin məsuliyyətini artırır, maliyyə resurslarının səmərəli istifadə olunmasına səbəb olur,
maliyyətəsərrüfat fəaliyyətində mənfi halların qarşısını alır, idarəetməni aparmaq üçün zəruri
olan informasiyanı əldə etməyə imkan verir.
Dostları ilə paylaş: