Seqmentin öhdəlikləri malsatanlara və heyətə olan kreditor borcla- rından, avans daxilolmalarından, hesablanılan öhdəliklərdən (zəmanətli xidmət üzrə ehtiyatlar) və s. ibarətdir. Borclar və kreditlər üzrə öhdəliklərin faizləri seqmentin xərclərinə aid edildiyi halda, həmin öhdəliklər seqment hesabatında öz əksini tapır. Mənfəət vergisi üzrə öhdəliklər seqmentlərin öhdəliklərinə daxil edilmir.
Seqmentin uçot siyasəti müəssisənin ümumi uçot siyasətindən fərqlənmir və əksinə, onu tamamlayır. Xüsusi uçot siyasətində gəlirlərin və xərclərin bölgüsü qaydası, onların tərkibi, seqmentlərin qarşılıqlı məqbulla- rının qiymətləndirilməsi metodları və s. müəyyənləşdirilir.
İcmal mühasibat hesabatları tərtib edildikdə, seqmentlər üzrə informa- siyaların təqdim olunmasına həsr edilən ucot siyasəti icmal mühasibat hesabatını tərtib edən təşkilat tərəfindən hazırlanılır.
Hesabat seqmentlərinin, gəlirlərin, xərclərin, aktivlərin, öhdəliklərin və s. ayrılıqda qeydə alınması ilə nəticələnən uçot siyasətindəki dəyişiklik- lərin bir çox hallarda maraqlı istifadəçilərin həmin informasiyalara qiymət verməsinə təsir göstərə biləcəyini nəzərə alaraq, həmin dəyişikliklər səbəbləri də göstərilməklə, mühasibat hesabatına əlavədə açıqlanmalıdır.
Seqmentlər üzrə ilkin və təkrar informasiyalar üstünlük təşkil edən risklərin və rentabelliyin səviyyəsindən asılı olaraq fərqləndirilir. Əgər ilkin informasiya dedikdə, əməliyyat seqmentləri üzrə informasiyalar başa
düşülürsə, onda təkrar informasiya kimi coğrafi seqmentlərlə bağlı informa- siyalar xarakterizə edilir. Əksinə, ilkin informasiya coğrafi seqmentlər üzrə verilirsə, təkrar informasiya əməliyyat seqmentlərini əks etdirir (şəkil 12.1).
Dostları ilə paylaş: |