842) 2 ay qabaq respirator xəstəlik keçirmiş 40 yaşlı xəstədə get-gedə artan zəiflik, qızdırma, dəri örtüklərinin avazıması, gövdədə və ətraflarda azacıq petexial-ləkəli hemorragik səpgilər, qoltuqaltı limfa düyünlərinin böyüməsi (yumuşaq, ağrısız, ölçüsü 2x 1sm.) müşahidə edilib. Qaraciyər və dalaq böyüməyib. Qanın analizi: Hb 100 g\l; eritrositlər 3.1012\l, leykositlər 3,5.109\l; blast hüceyrələr – 32%; EÇS-20 saat; trombositlər 55.109\l; xəstəyə hansı diaqnozu qoymaq olar? A) Limfaqranulematoz
B) Trombositopenik purpura
C) Xroniki mieloleykoz
D) Sepsis
E) Kəskin leykoz
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
843) Residivləşən kəskin leykoz zamanı hansı müalicə aparılır? A) Hemotransfuziya
B) Qlükokortikoidlərlə müalicə
C) Kurs monokimyaterapiya
D) Kurs polikimyaterapiya
E) Antibiotikoterapiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989