1025) Amöbiazın klinik formaları hansıdır?
A) Anginoz-bubon, göz-bubon, xoralı bubon
B) Bağırsaq, bağırsaqdan kənar, dəri
C) Qastrit, qastroenterit, qastroenterokolitik
D) Dəri, dəri-bubon, ağciyər, bağırsaq
E) Algiddəri, qastritik
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1026) Qarın yatalağının ağırlaşmaları hansılardır?
A) Bağırsaq qanaxması, bağırsağın deşilməsi, perforativ peritonit, infeksion və
toksiki şok
B) Ağciyər qanaxması, mədə qanaxması
C) Əzələlərin iflici, bağırsaq qanaxması
D) Burundan qanaxma, irinli meningit
E) Perforativ peritonit, otit, parotit, bronxit
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
Dostları ilə paylaş: |