Mamalıq-ginekologiya ixtisası üzrə nümunəvi test sualları
Bölmə 1. Fizioloji, patoloji və operativ mamalıq
1) Hamilə qadınlarda dəmir defisitli anemiya üçün göstərilən simptomlardan hansı xarakterik deyil?
A) Təngnəfəslik, ürək getmə
B) Ağızda quruluq
C) Zəiflik
D) Baş ağrısı, baş gicəllənməsi
E) Dırnaqların kövrəkliyi, saçın tökülməsi
Ədəbiyyat: А.Н.Стрижаков, А.И.Давыдов. Клинические лекции по акушерству и гинекологии. «Медицина», Москва, 2000.
2) Ana ölümlərinin səbəbləri arasında göstərilərdən birinci yerdə hansıdır?
A) Qanaxma
B) Hamiləliyin gec hestozu
C) Uşaqlığın cırılması
D) İnfeksiya
E) Ekstragenital patologiya
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
3) II dərəcəli hestoz olan qadının uşaqlıq boynunun 3-4 sm açıqlığında normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması əlamətləri baş vermişdir. A/T 150 100-140/90 mm c.s., nəbz 1 dəq. 110 vurğu, ritmikdir. Dölün ürək döyüntülərinin sayı 1 dəq 160 vurğudur. Həkimin doğuşun başa çatdırılma taktikası necə olmalıdır?
A) Spazmolitiklər və tokolitiklərin tətbiqi
B) Bütün qeyd olunanlar düzdür
C) Su kisənin yırtılması və ardınca kesar kəsiyinin icra olunması
D) Su kisənin yırtılması və oksitosinlə doğuşun stimulyasiyası
E) Prostaqlandinlə doğuşun stimulyasiyası
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
Dostları ilə paylaş: |