493) Yuvenil uşaqlıq qanaxmalarının optimal hemostaz metodu hansıdır?
A) Müxtəlif diaqnostik qaşınmalar
B) Hestagenlər
C) Androgenlər
D) Estrogenlər
E) Estrogen-hestagenlər
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
494) Yuvenil dövrdə disfunksional uşaqlıq qanaxmalarında hormonal hemostaz məqsədilə hansı preparatdan istifadə olunur?
A) Trikvilar
B) Buserelin
C) Zitazonium
D) Riqevidon
E) Progesteron
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
495) Aybaşı tsiklinin formalaşması və stabilliyi aşağıdakı göstərilənlərdən hansı ilə tənzimlənir?
A) Qonadoliberinlərin requlyar ifrazı
B) Progesteronun səviyyəsi
C) Follikulyar fazanın davam etmə müddətinin müxtəlif olması
D) Estrogenlərin səviyyəsi
E) Hipofizin ön payı tərəfindən prolaktinin ifrazı
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
496) Yuvenil dövrdəki disfunksional uşaqlıq qanaxmasından sonra reabilitasiya taktikası hansı olmalıdır?
A) Reabilitasiya mütləqdir. Vitaminoterapiya və ovulyasiya stimulyatorlarının təyini
B) Reabilitasiya mütləqdir. Ovulyasiyanın stimulyatorlarına üstünlük vermək
C) Reabilitasiya mütləqdir. Fizioterapiya və qeyri hormonal dərman preparatlarının təyini
D) Reabilitasiya mütləqdir. Fizioterapiya, qeyri-hormonal dərman preparatları, estrogen və hestrogenlərin təyini istifadə oluna bilər
E) Reabilitasiya mütləqdir
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
Dostları ilə paylaş: |