163) Hestoz zamanı ağ ciyərlərin süni ventilyasiyasına göstəriş hansıdır?
A) Tənəffüs çatmamazlığı
B) Bütün sadalananlar
C) Doğuşun operativ yol ilə başa çatdırılması
D) Eklamptik koma
E) Hestoz zamanı eklamptik qıcolma
Ədəbiyyat: А.Н.Стрижаков, А.И.Давыдов. Клинические лекции по акушерству и гинекологии. «Медицина», Москва, 2000.
164) Həqiqi vaxtı ötmüş hamiləlik hansı kliniki əlamətlərlə aşkar edilir?
A) Bütün sadalananlar
B) Uşaqlıq dibinin hündürlüyünün dəyişməsi
C) Dölün ürək döyünmələrinin xarakterinin dəyişməsi
D) Hamilə qadının qarnının çevrəsinin kiçilməsi
E) Dölün hərəkətlərinin azalması
Ədəbiyyat: А.Н.Стрижаков, А.И.Давыдов. Клинические лекции по акушерству и гинекологии. «Медицина», Москва, 2000.
165) 41 həftədən sonra hamilə qadının müayinəsi üçün hansı üsullar tətbiq edilir?
A) Daxili müayinə vasitəsilə uşaqlıq boynunun yetişkənlik dərəcəsinin təyini
B) Kardiotoqorafik müayinə
C) Bütün sadalananlar
D) USM ilə fetometriya, plasentoqrafiya, dölyanı mayenin həcminin qiymətləndirilməsi
E) Oksitosin testinin aparılması
Ədəbiyyat: А.Н.Стрижаков, А.И.Давыдов. Клинические лекции по акушерству и гинекологии. «Медицина», Москва, 2000.
Dostları ilə paylaş: |