Mamalıq-ginekologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Fizioloji, patoloji və operativ mamalıq


) Ön baş gəlişi zamanı baş hansı ölçü ilə doğulur?



Yüklə 0,66 Mb.
səhifə59/244
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#30076
növüЛекции
1   ...   55   56   57   58   59   60   61   62   ...   244
2013-05-13 09-52-54 (1)

190) Ön baş gəlişi zamanı baş hansı ölçü ilə doğulur?
A) Kiçik çəp ölçü

B) Şaquli ölçü

C) Orta çəp ölçü

D) Böyük çəp ölçü

E) Düz ölçü
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
191) Alın gəlişində doğuşun biomexanizmində aparıcı nöqtə nədən ibarətdir?
A) Alın tikişinin ortası

B) Kiçik əmgək

C) Qaşarası

D) Burunun kökü

E) Böyük əmgək
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
192) Yetkin dölün alın gəlişində doğuş necə aparılır?
A) Atipik mamalıq maşalarının köməyi ilə

B) Oksitosin və ya prostaqlandin tətbiqi ilə doğuş stimulyasiyası vasitəsi ilə

C) Dölün başına vakum ekstraktor qoymaq yolu ilə

D) Kesar kəsiyi ilə

E) Aralığın və uşaqlıq boynunun kəsilməsini tətbiq etməklə
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
193) Hansı doğuş biomexanizmində baş kiçik çanaq boşluğuna özünün böyük çəp ölçüsü ilə keçir?
A) Ön görkəm ənsə gəlişində

B) Üz gəlişində

C) Ön baş gəlişində

D) Arxa görkəm ənsə gəlişində

E) Alın gəlişində
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
194) Dölün köndələn vəziyyəti və uşaqlıq boynunun 6 sm açıqlığında doğuşun başa çatdırılması taktikası nədən ibarətdir?
A) 1-2 saat yuxu istirahəti verilməsi, spazmolitiklər yeridilməsi, doğuşun stimulyasiyasının başlanması

B) Spazmolitiklər yeridilməsi

C) Xarici döndərmənin aparılması

D) Doğuşun stimulyasiyasının başlanması

E) Kesar kəsiyinin icra olunması
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
195) İri olmayan yetkin dölün başının arxa təpə asinklitik gəlişində doğuşun başa çatdırılma taktikası nədən ibarətdir?
A) Kesar kəsiyi

B) Mamalıq maşaları

C) Spazmolitiklər fonunda oksitosinlə stimulyasiya

D) Spazmolitik və ya tokolitiklərin venadaxili yeridilməsi

E) Dölün vakuum ekstraksiyası
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin