372) İşləyən qadınların profilaktik ginekoloji müayinəsinin effektivliyinin əsas göstəricisi hansıdır?
A) Sanatoriyaya göndərilmiş qadınların sayı
B) Müayinədən keçirilmiş qadınlar arasında aşkarlanmış ginekoloji xəstələr qrupu
C) Stasionara hospitalizasiya olunmuş xəstələrin sayı
D) Dispanser nəzarətinə götürülmüş ginekoloji xəstələrin sayı
E) Müayinədən keçirilmiş qadınların sayı
Ədəbiyyat: Г.М. Савельева, Л.Г. Сичинaва Акушерство и гинекология, М., 2002
373) Azərbaycanda bir qayda olaraq perinatal ölümün səbəbi kimi birinci yerdə hansı durur?
A) Yenidoğulmuşun hemolitik xəstəliyi
B) Asfiksiya
C) Doğuş travması
D) Anadangəlmə inkişaf qüsurları
E) Pnevmoniya
Ədəbiyyat: Nadir Tağıyev « Neonatologiya » 2007-ci il
374) Ana letallığı göstəricisinin təyin etmə qaydası (məs: eklampsiya üçün) necədir?
A) Eklampsiyadan ölən qadınların sayı/ digər səbəblərdən ölən qadınların sayı x100
B) Eklampsiyadan ölən qadınların sayı / digər səbəblərdən ölən qadınların sayı x1000
C) Eklampsiyadan ölən qadınların sayı / doğuşların ümumi sayı x 10.000
D) Eklampsiyadan ölən qadınların sayı / diri doğulanların sayı x 100.000
E) Eklampsiyadan ölən qadınların sayı / diri və ölü doğulanların sayı x100.000
Ədəbiyyat: Г.М. Савельева, Л.Г. Сичинaва Акушерство и гинекология, М., 2002
Dostları ilə paylaş: |