673) Uşaqlığın inkişafı mərkəzə doğru yönəlmiş submukoz və interstisial miomasının differensial diaqnostikası üçün nə vaxt histeroskopiya aparılır?
A) Gec proliferativ fazada
B) Deskvamasiya fazasında
C) Sekretor fazada
D) Erkən proliferativ fazada
E) Regenerasiya fazasında
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
674) Follikulyar və paraovarial kistanın ultrasəs müayinəyə görə əsas differensial əlaməti hansıdır?
A) Kistanın yanında intakt yumurtalığın görünməsi
B) Kapsulanın və divaryanı əlavənin olması
C) Törəmənin ölçüsü
D) Kistanın konturlarına görə
E) Törəmənin strukturu
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
675) Ultrasəs müayinədə endometrioid kistanın daha xarakterik sturukturu hansıdır?
A) Hiperexogenlik
B) Hipoexogenlik
C) Kistoz-solid
D) Nazik arakəsməli anexogenlik
E) Xırdadispersli hipoexogenlik
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
676) Yumurtalığın retension kistası üçün ultrasəs müayinəsində hansı xüsusiyyətlər xarakterikdir?
A) Bütün sayılanlar
B) Yan kölgələr
C) Anexogen və ya hipoexogen quruluş
D) Nazik kapsula
E) Artırılma effekti
Ədəbiyyat: В.И.Грищенко, Н.А.Щербина, В.П.Юровская. Гинекология. «Феникс», Ростов на Дону, 2005.
677) Uşaqlıq boynu xərçənginin inkişafına səbəb olan risk faktorlarına göstərilən cavablardan hansı aid deyil?
A) Peroral kontraseptivlərin təyini
B) Erkən nigah
C) Uçaqlıq boynunun insan papilloma virusu tərəfindən zədələnməsi
D) Siqaret çəkmə
E) Nigahdan kənar cinsi həyat
Ədəbiyyat: Г.М. Савельева; В.Г. Бреусенко « Гинекология » 2005
Dostları ilə paylaş: |