Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   ...   4   5   6   7   8   9   10   11   12
Çökmə süxurlar

oolitli dəmir filizini

sideriti,
limoniti piriti
, göstərmək olar. 
Oolitli dəmir filizi diametri 0,2-1,5 mm olan hematit və ya lımonit oolitlərin 
toplanmasından əmələ gəlir. 
Siderit müxtəlif tipli çökmə süxurlarda möhtəvilər, az hallarda isə laycıq və 
linzalar əmələ gətirir. 
Üzvi yolla əmələ gəlmiş süxurlar (orqanogen süxurlar). 
Üzvi süxurlar müxtəlif tipli orqanizmlərin həyat fəaliyyətinin məhsulu olub, 
kimyəvi tərkiblərinə görə karbonatlara, silisitlərə və kaustobolitlərə bölünür. 
Əhəngdaşını və tabaşiri karbonatlı süxurlara misal göstərmək olar. 
Üzvi əhəngdaşı
 kifayət qədər möhkəm, çox vaxt məsaməli və müxtəlif 
boşluqlan olan sementlənmiş süxurdur. Əsasən dəniz orqanizmləri qalıqlarının 
toplanmasından əmələ gəlir. Abşeron əhəngdaşıları bunlara misal ola bilər. Bu 
süxurlar onları əmələ gətirən orqanizm qalıqlanna görə fərqlənir. Bunlardan 
braxiopod, foraminifer, mərcan və s. əhəngdaşlannı göstərə bilərik. 
Üzvi əhəngdaşların tərkibində bitum birləşmələri olarsa, bunlara 
bitumlaşmış əhəngdaşılar deyilir. Bu növ süxurları yandırdıqda zəif neft iyi ifraz 
olunur. Qarışıqlarından asılı olaraq rəngləri ağ, tünd-boz, ya qara olur. 
Üzvi əhəngdaşılar xlorid turşusunda asanlıqla qaynayır. 
Tabaşir yumşaq, ovulan, adətən, ağ, bəzən sarımtıl rəngli, HCl-da şiddətlə 
qaynayan xırda orqanizm qalıqlarının toplanmasından əmələ gəlir (60-70%-ni 
plankton orqanizmlər təşkil edir). 
Silisli üzvi süxurlardan diatomitləri, trepelləri və opokları göstərmək olar. 
Diatomit,
 mikroskopik diatomit su yosunları qalıqlarının toplanmasından əmələ 
gəlmiş süxurdur. Sarımtıl rəngli, nisbətən məsaməli, yüngül, yumşaq, ovulan və 
zəif sementləşmiş təbaşirəoxşar süxurdur. Tabaşirdən fərqli olaraq HC1 
məhlulunda qaynamır. 
Trepel
(tripolit) xarici görünüşünə görə diatomitdən fərqlənməyən və 
mikroskopla görünən incə opal dənəciklərdən təşkil olunmuş orqanogen 
silislərdən törəmə yolla əmələ gəlmiş süxurdur. 



Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin