Marinara sousu ilə Kalçone



Yüklə 7.42 Kb.

tarix01.06.2017
ölçüsü7.42 Kb.

Marinara sousu ilə Kalçone

  

Marinara sousu ilə Kalçone 



  

  

Tələb olunan ərzaqlar:



Marinara sousu üçün:

 zeytun yağı - 3 ç.q.

pomidor öz şirəsində - 800 qr.

 sarımsaq - 2-3 diş 

 reyhan (doğranmış) - 2 x.q.

soğan - 1 baş

kök - 1 ədəd

tərxun (qurudulmuş) - 2 ç.q.

duz - 1 ç.q.

ağ istiot - 1 ç.q.

şəkər tozu- 1 ç.q.

dəfnə yarpağı – 2-3 ədəd

  

Kalçone üçün: 

  

Pizza xəmirinin kündəsi 



 1 / 2

Marinara sousu ilə Kalçone

 hisə verilmiş kolbasa - 140 qr.

yaşıl bibər - 1 ədəd 

 qırmızı soğan - 1/2 ədəd

göbələk - 220 qr. 

 Moçarella pendiri - 220 qr.

yumurta - 1 ədəd

 tərxun - 1/4 çay qaşığı

 qırmızı istiot - 1/4 çay qaşığı 

 duz - 1/4 çay qaşığı 

 sürtgəcdən keçirilmiş Parmezan pendiri - 1/4 stəkan

  

Hazırlanma qaydası:     

 Sous: pomidorların qabığını soyun. Soğanı, sarımsağı, pomidoru doğrayın, kökü sürtgəcdən

keçirin. Reyhanı xırda-xırda doğrayın. Yağı iri tavada qızdırın. Soğanı şəffaflaşana kimi bişirin,

sarımsaq, kök əlavə edib bir  azca qızardın. Reyhan, tərxun, dəfnə yarpağı və pomidorun

suyunu sousa qatın. Duz və şəkər tozu əlavə edin. Vam alovda qarışdıra-qarışdıra 40 dəqiqə

bişirin. Dəfnə yarpağını çıxarın.

  

Sousu 240*C dərəcə qızdırın. Xəmiri yayın. Xəmirin yarısına doğranmış kolbasa, göbələk,



soğan, yaşıl bibər, sürtgəcdən keçirilmiş pendir səpin.  Xəmirin ikinci yarısını için üstünə örtün.

Qıraqlarını büküb yaxşıca yapışdırın. İti bıçaqla bir neçə dəlik açın. Üzərinə çalınmış yumurta

çəkin, ədviyyat və sürtgəcdən keçirilmiş pendir səpin. Qızdırılmış sobada 12-18 dəqiqə bişirin. 5

dəqiqə saxlayın, doğrayıb Marinara sousu ilə süfrəyə verin.



 2 / 2





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə