Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə106/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   102   103   104   105   106   107   108   109   ...   189

İsgəndərin vəsiyyəti



İsgəndər bilirsiz də, yolda ölür. Deer, anama vəsiyyətim var. Ona deyin ki, mənim ehsanımdan dərdi olmayanlara pay­la­sın. Gəlir İsgəndərin anası neçə illər kəndbəkənd gəzir, el­bəel düşür ehsan boxcası da əlində. Nəhayət, bir şəhərə gəlib çıxır. Görür imarətdi, şah imarəti, çalmaq-oynamaq, yeyib iç­mək. Şah da oturub, xanımı da yanında. Deyir:

– Yəqin ki, bunun dərdi heç olmaz.

Nəsə, yol tapır buna.

Deer:

– Gedin şaha deyin ki, İsgəndərin anası gəlib sənnən gorüşmək istiyir. Şah qəbul eliyir.

Deer:

– Ana, buyur, İsgəndərin anası, bizim anamız.

Ana deer:

– Hal-gəziyyə belə-belə. İndi bu ehsannar sizindi. Mən be­lə başa düşürəm ki, sizin heç dərdiniz yoxdu. Şahzadə qımışır.

Deer:

– Ana bu mənim xanımımdı, görürsən də. Günnərin bi günü Allah buna elə bi dərd verdi ki, heç dünya təbabəti alimləri buna əlac eliyə bilmədilər. Bizim də əhd-peymanımız vardı ki, biz bir-birimizdən ayrı yaşamayacayıq. And içmişdik ki, sanki bir qəbirdə yatacıq.

Bütün təbibləri bunun üstünə gətirdik, mümkün olmadı. Üç gün vaxt qoydular ki, bu xanım dünyadan köçəcək. Deer, mən getdim o biri otaqda həkim gətirtdim, özümü xədim elət­dirdim ki, sora evlənmiyim də. Əbədi bədbəxt olum də.

Səhərisi qıy düşdü ki, xanım ayılıb. Demə xanımı gürzə ilan vurub, ayılıb. Getdik təbib çağırdıq. Dedi:

– Biz bilirdik ki, bunun dərmanı gürzədir, amma hardan tapaydıq o ilanı ki, gəlsin bunu vursun ki, bu da sağalsın.

Gürzə çalannan sora xanım sağaldı. Bir müddət sora xa­nım mənə dedi ki, mənə yaşamaq lazımdı, ər lazımdı. İndi mə­nim bir qara qulum var ha, gündüzlər mənim yanımdadı, gecələr də xanımnan yatır.

Ana indi de görüm mənim dərdim betərdi ya İs­gən­də­rin? Ana durur ayağa. Başa düşür ki, oğlu İsgəndər nə demək istəyib bunnan.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin