Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə125/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   121   122   123   124   125   126   127   128   ...   189

Qaracuxanın köməyi



Bir ərnən arvad olur, ancağ oxuyullar, kitab oxuyan olul­lar. Evdən çölə çıxmıllar. Elm adamıdı da. Ancağ bi şey də yoxdu ortada yeee. Acınnan qırılıllar. Arvad düşür bunun üstünə, əşi get bir çörək qazan. Deer:

– Ay Allah! Neyniyim mən?

Deer:

– Əəə, qaraçuxava bir yasin oxutdur, filan.

Nəsə, bu gedir, qaraçuxasına bi dənə yasin oxutdurur. Onnan nolandi ki?!

Deer:

– Arvad, təvəkkül Allaha, gedirəm də çörək dalınca, səfərə.

Çıxır biyaz kətdən aralı gedir, yorulur, axşama düşür. Girir qəbirsannıxda, yıxılır yatır qəbrin birində. Səhərə yaxın gorür səs gəlir, mırıl-mırıl səs gəlir. Görür dörd nəfər adam beş-altı meşoğ nəyisə qoydu köhnə qəbir üstünə, qoydu, üs­tündə də yazılıb Petrasyan, elə bilirlər qəbirdi. Gəlir görür ha­mı­sı qızıl. Olar gedəndən sora yenə örtür üstünü. Deməli, ge­dir bu bir şahın evinə çıxır. Görür orda söz-söhbət yaranıb ki, şahın xəzinəsini dağıdıblar, daşıyıblar, aparıblar oğrular. Bu panika buraxdı ki, mən baxıcıyam. Axı gözüynən görür qə­birdə qızılları. Şah diyir, onu gətirin mənim yanıma. Gətirirlər bunu şahın yanına, deyir:

– Eşitmişəm sən baxıcısan, tapırsan hər şeyi.

Diyir:

– Hə, mən tapıram. Ancağ sənə qədər iyirmisinin başın vur­muşam. Əgər düz deməsən, sənin də başını vuracam. Ra­zı­san bu şərtnən?

Deyir:

– Razıyam, bəs tapsam?

Deyir:

– Tapsan, sənə özün ağırrığda qızıl verəcəm.

Deyir:

– Mənim gözüm üstə.

Ovşim götürür o rus dili kitabını yalannan belə fırrıyır, belə fırrıyır, fırrıyır düz qəbirsannığa.

Deyir:

– Bu yanı göstərir.

Deyir:

– Davay.

Bu axranlarıda qoşur buna, deyir ki, kitabnan gedin.

Gedir kitabnan dayanır qəbirsannığın qabağında. Bu ya­­na yalannan, bu yana yalannan, qoyur Petrasyanın baş da­şı­nın yanına. Deyir:

– Bax, burdadı.

Yaxınlaşır, buranı göstərir.

Deyir:

– Qazın.

Qazıllar, şahın bütün xəzinəsi burda. Yığıllar, aparıllar şah buna ürəyi istiyən qədər var-dövlət verir. Bu gedir evinə. Evi­nə gedir, sora bu şahın qızının qızılı itir. Sırğası itir, bır­lant sırğadı da, bahalı sırğadı, itir, qız da hökmən deyir ata­sı­na, tapılmalıdı. Şah da yenə göndərir qolçomağlıları onun da­lı­sıyca, deyir ki, gətirin o baxıcını, gətirir.

Deyir:

– Qızımın sırğaları itib, onu tapsan, mənim bu malika­nə­mə sahib olursan. Bütün burda olan tapıcıların hamısını qo­v­a­cam. Olara yedizdirdiyimi tək sənə yedizdirəcəm.

Deyir:

– Şah sağ olsun, taparam.

Yenə götürür o rus dili kitabını indi fırrıyır o yana, bı ya­na, qıza deyir:

– Harda təxminən itiribsən?

Diyir:

– Hamamda çiməndə orda itirmişəm.

Diyir:

– Gedək onda hamama.

Diyir:

– Şah sağ olsun heç kim gəlməsin, qızınnan özüm get­mək istiyirəm.

Qəbul eləmir. Qıza diyir:

– Otur.

Qız belə oturur, hamamdan çıxan kadın kitaba belə aşa­ğı, yuxarı aşağı baxır, diyir iki daşın arasına oxşuyur, dağ ara­sına oxşuyur qızın lapdan yadına düşür ki, vay! Daşın arasına qoy­muşam sırğanı. Gedir, görür daşın arasında sırğa, tapır. Bu onun qıçın arasın deyir dağ arası, qızın yadına düşür. Gedir gö­türür qızılları, ayə, bu şahın yanında prosta möcüzə bir adam olur.

Deyir:

– Ay Allah! Mən heç zad bilmirəm bunu mənim yadıma kim salır.

Demə, bunun bu qaraçuxasıymiş. Buna pıçıldayırmış, bu deyirmiş.

Şah deyir:

– Yox, sən möcüzə yaradıbsan, belə şey ola bilməz. Sə­nin­lə səfərə çıxacayuğ, əgər iki dənə şərt desəm, tapmasan sə­ni elə orda da gülləliyəcəm.

Gedirlər meşəyə balam şah çıxarır oxunu tulluyur, atır. Gedir düşür meşənin ortasına. Deyir:

– Ox nəyə dəydi orda?

Deyir:

– Balığa.

– Ə, meşənin ortasında balığ olar?

Gedib görürlər oxun üstündə balığ.

Atır oxu dənizə gedir düşür dənizin içərisinə ox batır. Deyir:

– İndi ox nəyə batdı?

Deyir:

– Bildirçinə.

Heç bildirçin suyun içində olar?

Qaldırırlar bildirçin, ayə, şah dəli olur öz-özünə.

Nəyisə, indi bu özü də möcüzədən qorxur istiyir qaça. Diyir, şah sağ olsun, mənə icazə ver, tək bir yarım saat, bir saat, tək özümə gəlim də, balaca dincəlim.

Deyir:

– Hə, neynək.

Keçir meşənin içinə görür bir dənə cın-cındır paltarda biri bunun qabağında belə-belə qaçır.

Deyir:

– İt çıx get xarabova, day mən yoruldum, dənizdən çı­xar­dıb balığı gətirirəm meşəyə qoyuram.

Bu bu sözü deyən kimi cır-cındır paltarlı adam o saat çıxır aradan.

Demə bunun qaraçuxasıymiş. Hə, oğlan var, atasına ya­sin oxutdurmur, qaraçuxasına yasin oxutdurur.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin