156 medalla ikinci yeri qazandi ve bu 50 olke
arasinda boyuk nufuz demekdi.2017 ci ilde
kecirilen islam hemreyliyi oyunlarinda ise
Azerbaycan 57 olke arasinda 162 medalla birinci
yerde oldu.
● Müəllimin proqramına nələr daxildir :
mövzuların ardıcıllığı, resurslar, vaxt bölgüsü
● DESTRUKSIYA nədir?
- Qırılma, pozulma mənasını daşıyır. Dərsin
pozulması deməkdir. ( Kimya fənnindən gələn bir
termindir. "Zəncirin qırılması" adlı destruksiya
reaksiyaları var.)
● Tehsil sahesinde hansı irelileyisler var?
- miq ve dq imtahanlarinin kecirilmesi sayedinde
savadli kadrlarin isle temin olunmasi və s. (əlavələr
edə bilərsiniz).
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
● İnkluziv təhsil haqqında nə bilirsiniz?
İnkluziv təhsil (fr. inclusif — "özünə daxil edən",
lat. include — "daxil edirəm") — ümumi təhsilin
təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan
və bütün uşaqların müxtəlif ehtiyaclarına
uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu,
sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb
olunmasını da təmin edir. İnklüziv təhsil uşaqların
müstəqil bir fərd olduğunu və təhsil zamanı
onların hər birinin öz ehtiyacları olduğunu qəbul
edən metodologiyaları inkişaf etdirməyə yönəlib.
İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların
ödənilməsinə yönəlmiş yanaşmaların
formalaşdırılmasına çalışır. İnklüziv təhsil istər
sağlam, istərsə də əlillərin bərabər təhsil alma
hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial
bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və
başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait
yaratmış olur. İnklüziv təhsillə bağlı beynəlxalq
praktikaya görə, bir sinifdə təhsil alan xüsusi
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10%
olmalıdır.
● O hansı üsuldur ki, orda şagird özü-özünü
qiymətləndirir?- Akvarium
Akvarium - Şagirdler iki qruupa blünür. stullar
daire şeklinde düzülür. ve orada oturan şagirdler
müelimin teklif etdiyi problemi , tapşırigi müzakire
edirler. Daireden kenarda eylenen sagirdler ise bu
problemin hell edilme qaydasini müşahide edirler.
Sonra ise darirenin kenarinda eyleyen şagirdler bu
gediwi qiymetlendirir. Ve sonra dairenin
kenarindaki .agirdler darirenin icindeki stullarda
oturur diger .agirdler ise kenarda. Ve hemin
proses tekrarlanir.
: ● Içərişəhər, Qız qalası, Şirvanşahlar sarayı,
(2000-ci ildə UNESKO ümumdünya mədəni irs
siyahısına salınıb). Atəşgah maddi mədəni irslər
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
● Qeyri maddi irsler: aşıq sənəti, Novruz bayramı,
muğam, tar, kamança, kəlağayı və s.
● Öz ixtisasına üzrə hər hansı dərsə motivasiya
qurub əvvəlcədən hazir olmaq lazimdir. Çünki
ixtisasın üzrə dərs adı deyib ona uygun motivasiya
qurmalı olduğunu deyəcəklər.
● 1) PİSA beynəlxalq qiymətlındirməsi 4 deyil 3 il
periodla keçirilir.
2) Azərbaycan heç bir zaman Riyaziyyat üzrə 4 - cü
yer tutmayıb.
3) PİSA bu il yəni 2018 ildə keçirilib və nəticələr
2019 ildə elan olunacaq.
4)TİMSS beynəlxalq qiymətlındirməsi 2019 cu ildə
keçiriləcək.Son dəfə 2015 ci ildə keçirilib
5) TİMSS və PİRLS qiymətləndirmələri
İEA(International Association for the Evaluation of
Educational Achievement) tərfindən PİSA
qiymətləndirməsi isə OECD(The Organisation for
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Economic Co-operation and Development)
tərfindən keçirilir.
● MILLI DƏYƏRLƏRIMIZ BUNLARDIR :
DINIMIZ, MƏDƏNIYYƏTIMIZ, FOLKLORUMUZ,
MUĞAMIMIZ, MUSIQIMIZ
● MƏNƏVI DƏYƏRLƏR ISE INSANIN OZUNƏ XAS
OLAN KEYFIYYƏTLƏRIDIR. Yəni,
ƏDALƏTLI OLMAQ, VƏTƏNPƏRVƏRLIK,
DOGRULUQ, DURUSTLUK, ETIBARLI OLMAGIMIZ
VE S
● Maddi və mənəvi dəyərlərimiz fərqlənir.
Maddini pul ilə almaq olur, mənəvini isə yox.
● Güləş Federasiyasının prezidenti kimdir? Bu
haqda danışın.
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
SSRİ-nin Güləş Federasiyasının tərkibində ilk dəfə
1959-cu ildə bir qurum olaraq, Azərbaycan Güləş
Federasiyası təsis olunmuş, sədr vəzifəsinin icraçısı
Axundov Qəmbər Əsgər oğlu olmuş, sonradan isə
bu vəzifəni Hüseynov Fətulla demək olar ki,
müstəqillik qazandığımız dövrə kimi icra etmişdir.
Müstəqil Azərbaycan Respublikası Dünyada
suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə
Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə
həmin ildə, İsveçrənin Lozanna şəhərində FİLA-nın
baş qərargahında rəsmən Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyasına qəbul olunmuşdur.
1993-1997 illər ərzində Azərbaycan Güləş
Federasiyasının prezidenti Etibar Sərdar oğlu
Məmmədov, Vitse-prezident Abbas Aydın oğlu
Abbasov, Baş Katib Xanmirzə Xanbala oğlu
Məlikəliyev olmuşdur.
AGF-nin konfransı dörd ildən bir keçirilir. 1997-ci
ildə keçirilən növbəti konfransda AGF-nin
prezidenti Abbas Aydın oğlu Abbasov, I vitse –
prezident Cavanşir Kazım oğlu Qurbanov və Baş
katibi Xanmirzə Xanbala oğlu Məlikəliyev
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
seçilmişlər. Federasiyada vəzifə öhdəlikləri üzrə
vitse prezidentlər (Məmməd İbrahimov, Çingiz
Quliyev, Oleq Krapivin, Məmməd Musayev, Arif
Həsənov, Oktay Hüseynov seçilib) fəaliyyət
göstərmişlər.
2001-ci ildə Federasiyanın III konfransı keçirilib.
Baş Katib istefa verdiyi üçün, həmin vəzifəyə 1997-
ci ildən Güləş Federasiyasında Baş mütəxəssis kimi
fəailiyyət göstərən Mətləb İbadulla oğlu
Abdullayev seçilmiş və 2007-ci ilə kimi Baş Katib
olmuşdur.
25 aprel 2005-ci ildə AGF-nin növbəti IV konfransı
keçirilmişdir. 2006-cı ildə keçirilən AGF-nin
plenumunda millət vəkili Aydın Abbas oğlu
Abbasov Federasiyyanın Vitse-prezidenti
seçilmişdir.
2007-ci il 29 yanvar tarixində keçirilən Azərbaycan
Güləş Federasiyasının növbədənkənar
plenumunda Fazil Əsəd oğlu Məmmədov AGF-nin
prezidenti, Namiq Tofiq oğlu Əliyev I Vitse-
prezient və Cavid Yunus oğlu Qurbanov Baş Katib
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
seçilmişlər. Abbas Aydın oğlu Abbasov
Federasiyanın fəxri prezidenti seçilmişdir.
Azərbaycan Güləş Federasiyası Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və Milli
Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edərək,
qarşılıqlı, məqsədyönlü fəaliyyət göstərir.
2008-ci il 18 noyabr tarixində Federasiyanın V
konfransı keçirilmişdir. Konfransda Güləş
Federasiyasının yeni Nizamnaməsinin təqdimatı və
təsdiqi, Güləş Federasiyasının Regional
nümayəndəliklərinin təsis edilməsi, Federasiyanın
Vitse-prezidentlərinin fəaliyyət istiqaməti
müzakirə edilmiş, Beynəlxalq əlaqələr, Regionlar,
Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və
maliyyə işlər və yeniyetmələr üzrə Vitse-prezident
vəzifələri müəyyənləşdirilmiş və seçkilər
keçirilmişdir. 2018-ci ilin may ayından etibarən
AGF-nin rəhbərliyində dəyişiklik baş vermişdir.
Fazil Məmmədovun istefasından sonra prezidentin
səlahiyyətlərini Namiq Əliyev yerinə
yetirməkdədir.
Prezident əvəzi - Namiq Əliyev
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Baş katib – Orxan Məmmədov
Sərbəst güləş üzrə vitse-prezident – Firdovsi
Umudov
Yunan-Roma güləşi üzrə vitse-prezident – Elçin
Cəfərov
Yeniyetmələr üzrə vitse-prezident – Namiq
Abdullayev
Hakimlər Kollegiyasının sədri – Qərib Əliyev
İdman şöbəsinin müdiri – Yaqub Məmmədov
● Türkmənçay və Gülüstan müqavilələri nə vaxt
imzalanıb?
Türkmənçay müqaviləsi - Qacar imperiyası ilə
Rusiya imperiyası arasında imzalanan və İkinci
Rusiya-İran müharibəsini bitirən müqavilə. 10
fevral 1828-ci ildə Təbriz yaxınlığındakı
Türkmənçay kəndində imzalanmışdır. Bu
müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya
keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və
Talış xanlığının özlərin də qalmış hissəsinin də Rus
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki
imperiya arasında sərhəd kimi Araz çayı qəbul
edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırki
Ermənistan Respublikasının ərazisini, Naxçıvan
Muxtar Respublikasının ərazisini, Azərbaycan
Respublikasının cənub bölgəsinni bir hissəsini və
indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır
bölgəsini əhatə edirdi.[1]
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas
Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan
Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan
Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində
olduğu kimi bu müqavilə də Rusiyanın qəti
qələbəsi ilə bitən müharibədən sonra
imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən
diktə edilmişdir. Hətta general Peskeviç İran
nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif
etdiyi şərtlərlə müqavilə imzalanmasa rus
qoşunları 5 günə Tehranı tutacaqdır.
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Gülüstan və Türkmənçay müqavilələrinin
imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali
Qafqazın bir hissəsinin işğalını sonlandırdı. Rusiya
tərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər
istisna olunmaqla birdə 1991-ci ildə müstəqil oldu.
● Gülüstan müqaviləsi - 1813-cü ilin 12 oktyabr
tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti
arasında imzalanmış və tarixi Azərbaycanın
ərazisini Rusiya ilə İran arasında bölən birinci
müqavilə. Müqavilə Dağıstanın, Gürcüstanın, bu
günki Azərbaycan Respublikasının əksər hissəsinin
və hal-hazırki Ermənistan Respublikasının şimal
torpaqlarının Rusiya imperiyasına keçməsini
rəsmiləşdirirdi.
● Müsahibəyə hazırlaşanlar, b u filmlərə mütləq
baxsınlar. İbrətamiz və müsahibədə sizə kömək
edəcək mövzularla dolu filmdir. (əsas iki film var
bu haqda)
* THE RON CLARK STORY 2006
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
* YERDEKİ YILDIZLAR (HER ÇOCUK ÖZELDİR) TAARE
ZAMEEN PAR
İkisinə də baxın və fikirlərinizi gözləyəcəm. Hansı
nəticəyə gəldiyinizi, sizə necə təəssürat
bağışladığını mütləq yazarsınız.
:
Metodikakadan lazımi terminlər və
onların izahı.
ümumi təhsil – təhsilalanlara elmlərin
ümumi əsaslarının öyrədilməsini, zəruri
bilik, bacarıq və vərdişlərin aşılanmasını,
onların həyata və əmək fəaliyyətinə
hazırlanmasını təmin edən təhsil pilləsi;
məktəbəhazırlıq təhsili – 5 yaşlı uşaqların
məktəb təliminə psixoloji hazırlığının
təmin edilməsi məqsədilə təşkil edilən
ümumi təhsilin ilk mərhələsi;
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
ümumi orta təhsil – ümumi təhsilin icbari
hesab olunan və məzunlarına dövlət təhsil
sənədinin verilməsi ilə başa çatan
səviyyəsi;
ümumi təhsilin dövlət standartı – ümumi
təhsilin məzmununa, idarə olunmasına,
infrastrukturuna, maddi-texniki və tədris
bazasına, təhsilverənlərin keyfiyyət
göstəricilərinə, təhsilalanların bilik, bacarıq
və vərdişlərinə verilən minimum tələb və
normaları əhatə edən ümumi normalar
məcmusu;
ümumi təhsil proqramı (kurikulum) –
fənlər üzrə kurikulumları, dərsdənkənar
məşğələləri (fakültativ kursları),
məktəbdənkənar təhsil proqramlarını,
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
tədris planlarını özündə əks etdirən dövlət
sənədi;
fənn kurikulumu – fənnin məqsəd və vəzifələrini,
fənnin tədrisinə verilən tələbləri, ümumi təhsilin
səviyyələri və hər bir sinif üzrə təlim nəticələrini,
təlim strategiyalarını, fəndaxili və fənlərarası
inteqrasiyanı, qiymətləndirmə vasitələri və
meyarlarını, təlim materiallarının planlaşdırılması
üzrə metodik tövsiyələri özündə ehtiva edən
sənəd;
inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan
uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait
yaradılması və xüsusi təlim vasitəsilə sağlam
şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi;
innovasiya (ümumi təhsildə) – təhsilin məzmunu,
qiymətləndirilməsi və idarəolunması, təlim
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
strategiyaları və metodikalarının keyfiyyətcə
yaxşılaşdırılması sahəsində tətbiq edilən yeniliklər;
pedaqoji şura – ümumi təhsil müəssisəsinin
kollegial ali idarəetmə orqanı;
təlim metodu – müəllim və şagird arasında
proqramda nəzərdə tutulmuş bilik, bacarıq və
vərdişlərin ötürülməsi və mənimsənilməsinə,
təlimin öyrədici, inkişafetdirici və tərbiyəedici
məqsədlərinə nail olunmasına xidmət edən
qarşılıqlı proses;
● SİNİFDƏ SƏS-KÜY OLARSA, NECƏ ƏLƏ
ALARSAN?
- Çalışaram çox səs-küylü sinfi öyrədici maraqlı
oyun ilə ələ alım. Ən əsası ən nadınc uşağı ələ
almaq lazımdır. Onu da ələ almaq üçün onun nəyə
marağı olduğunu onunla qısa söhbətdən
öyrənmək mümkündür.
● TƏLİM FORMALARI HAQQINDA DANIŞ.
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Dörd iş forması vardır : kollektiv ilə iş, qruplarla iş
(kiçik qruplarla iş, böyük qruplarla iş), cütlərlə iş,
fərdi iş.
: ● Fənn resursların hansılardır? - xəritə, qlobus,
sirkul və s. (öz ixtisasına aid olanları sadalayın).
● 21-ci əsrdə şəxxsiyyət necə olmalıdırır?
Təhsilin başlıca məqsədi şəxsiyyət yetişdirməkdir.
Azərbaycan Respublikasının Təhsil Qanununda
deyilir:"Azərbaycan Respublikasında təhsilin əsas
məqsədi Azərbaycan dövləti qarşısında öz
məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə,
demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən, vətənpərvərlik və
Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və
yaradıcı düşünən vətəndaş və şəxsiyyət
yetişdirməkdir”.
Şəxsiyyət nədir? -Şəxsiyyət anlayışı mürəkkəb
anlayışdır. Şəxsiyyət insanın siması, onun
identifikatorudur. Şəxsiyyət fərdin davamlı fiziki və
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
psixi xarakteristikasının məcmusudur. Şəxsiyyət
gerçəkliyi dərk edib ,onu dəyişdirməyə qadir olan
insandır.Şəxsiyyət biososial varlıqdır. Şəxsiyyətin
ən xarakterik cəhətindən biri də onun
fərdiyyətidir. Bura onun şəxsi xüsusiyyətləri,
individual bacarıq və vərdişləri, fəaliyyət
mexanizimləri daxildir. İnsan şəxsiyyəti etibarı ilə
təkrarolunmazdır.
Şəxsiyyət - onu əhatə edən mühitdə fərdin
sosialaşması, ətrafla ünsiyyəti və qarşılıqlı əlaqəsi
nəticəsində yaranır. Şəxsiyyətin formalaşması
üçün motivasiya mühim şərtdir. Düzgün seçilmiş
motivlər şəxsiyyəti məqsədəuyğun fəaliyyətə
təhrik edir. Ən əsası bu motivlər onun maraqlarını
əks etdirməlidir. Maraqlar onun daxili
təlabatlarının təzahürləridir. Şəxsiyyətə düzgün
təsir etmək üçün maraqların lazımı qaydada
ödənməsi zəruridir. Maraqların təmin edilməsi
şəxsiyyətin bilik və bacarığındakı
çatışmamazlıqların aradan qaldırılmasına və onun
bir bütöv kimi formalaşmasına kömək edir.
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
● FİZİKİ ƏQLİ GERİLƏMİŞ UŞAQLARLA NECƏ
MƏŞĞUL OLARSAN?
- Uşaqlıq - insanın gələcək həyatının təməlini
qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu
dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır.
Uşaq beyni çox həssas və elastik olur, onun qəbul
etdiyi informasiyalar bəzən ömürlük yaddaşda
qalır. Lakin insan beyni daim inkişafdadır və
həmişə daha yeni, mürəkkəb funksiyaların
qavranılması üçün məşq etdirilə və istifadə oluna
bilər. Uşaqların bütün hissiyat bacarıqları ( görmə,
toxunma, iybilmə, dadbilmə, eşitmə) oyun
vasitəsilə inkişaf etdirilməlidir. Hissetmə bizə ətraf
mühit haqqında məlumat əldə etməyə imkan
verir. Beyin nə qədər çox informasiya qəbul
edərsə, bir o qədər çox inkişaf etmiş olar. Əgər
uşaqların beyni informasiyalardan təcrid edilərsə,
o heç vaxt normal inkişaf etməyəcək.
Hər bir uşaq 3 əsas sahədə inkişaf edir:
1. Fiziki (bədən) inkişaf
2. Əqli (intellektual) inkişaf
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
3. Sosial (ünsiyyət) inkişaf
Uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf
etməsi zəruridir. Lakin istisna hallar da
mümkündür. Məsələn, ictimai həyatımızda bəzən
elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan
bir şəxs öz sosial inkişafına görə tipik olan
həmyaşıdların heç də geri qalmır. Sual olunur:
“Əgər insanın sosial inkişafı onun əqli inkişafından
asılıdırsa, bu necə olur?” Sualın cavabı çox sadədir:
Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri
qalan uşaqla mütəxəssis məşğul olub və onun
ətrafındakı insanlar məsələnin ciddiliyini başa
düşüb problemi tez və müştərək həll etməyə
çalışıblar. Bəzən istər tipik , istərsə də əqli
cəhətdən geri qalan uşağın sosial inkişafına elə
onun ətrafındakı insanlar mane olur. Bu ya
məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli
gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz
qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı
münasibətləri davam etdirmək qabiliyyətləri ilə
bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin
funksional xəstəliyidir. Bu məhdudiyyətlər
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
göstərilən diaqnozlu uşağın adi uşaqlardan fərqli
olaraq daha ləng inkişaf etməsinə, onunu öyrənmə
qabiliyyətinin daha zəif olmasına səbəb olur. Əqli
geriliyi olan uşaqlarda danışmaq, yerimək, öz
paltarlarını geyinmək, yemək qəbulu ilə bağlı fərdi
ehtiyaclarını ödəmək prosesləri ləng gedir.
Məktəbdə oxuyan zaman da, çətinliklər meydana
çıxır. Onlar nəyə isə nail ola bilsələr də, bunun
üçün çox vaxt tələb olunur.
Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini
aşkar etmişlər. Bunlardan ən mühümləri
aşağıdakılardır:
· Genetik hallar.
· Hamiləlik zamanı yaranan problemlər.
· Doğuş problemləri.
· Sağlamlıq problemləri.
Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından
yoluxa bilməz. Əqli geriliyin 3 dərəcəsi var:
Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin
qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
etdiyindən onlarda nəinki intellekt çox aşağı
səviyyədə inkişaf edir, həm də hərəkət, nitq,
eşitmə və digər analizatorlar da inkişafdan qalmış
olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb
qavraya bilmir.
Ağır və orta dərəcə ( imbessillik). İmbesil uşaqlar
nitqə, çox da çətin olmayan, sadə əmək
vərdişlərinə yiyələnmək imkanına malikdirlər.
Lakin dərk etmə, hafizə, təfəkkür, emosional-iradi
proseslərin, dilin kommunikativ funksiyaların
inkişafdan geri qalması onların təlim-tərbiyə işini
demək olar ki, qeyri-mümkün edir.
Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt
aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud
qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil
proqramına yiyələnməyə imkan vermir.
Qüsurun müəyyən qədər kompensasiyası üçün
oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır.
Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi
metodlardan istifadə olunur. Əqli cəhətdən geri
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji
metodlar aşağıdakılardır:
· İnkişafetdirici oyunlar - bu, uşağın şəxsiyyət kimi
formalaşmasına, kollektivdə öz yaşıdları ilə
münasibətlərin yaxılaşmasına istiqamətlənmiş
xüsusi məşğələlər komplesidir.
· Kukloterapiya – bu metod sosial həyatda tələb
olunan bacarıqların mənimsənilməsi məqsədilə
qrup məşğələləri zamanı istifadə olunur.
(başqalarını dinləmək, birgə oyunda iştirak etmək,
münaqişələrin davasız həll edilməsi).
· Rəsm çəkmə və nə isə düzəltmə - yazmaq və
oxumaq üçün hazırlıq mərhələsi kimi əl
motorikasını inkişaf etdirir. Məhz incə əl
motorikasının uşağın intellektual qabiliyyətlərini
inkişafına təsir etdiyi məlumdur.
· Psixoloji nağıl – bu üsul hər bir uşaq üçün tanış
olan bir yol nağıl uydurulması əsasında qurularaq
uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına
istiqamətləndirilir.
Dostları ilə paylaş: |