axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət
edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə
rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
rəis müavini və rəisi vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel
2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə
Azərbaycan Respublikası daxili işlər nazirinin
müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli
Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini
təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin
təşkilində, dövlətin Konstitusiya və dövlət
quruluşunun müdafiəsində, əmin-amanlığın təmin
edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif
mükafatlara layiq görülüb, Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli
725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı”,
2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə
2-ci dərəcəli "Vətənə xidmətə görə”, 2018-ci il 29
iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli
"Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul
tarixli 2912 nömrəli Sərəncamı ilə "İgidliyə görə”
medalı ilə təltif olunub.
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il
tarixli 293 nömrəli Sərəncamı ilə polis general-
mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı
ilə polis general-leytenantı ali xüsusi rütbəsi
verilib.
●
Məktəbə sizin hansı töhfəniz dəyə
bilər? Niyə məhz sizi seçməliyik?
– Çünki mən işimi sevirəm, sevgi ilə görülən işin də
nəticəsi həmişə müsbət olur. Müəllim olduqdqan
sonra arsuzunda olduğum bütün yenilikləri
edəcəyimdən əmin ola bilərsiniz.
● Sizin fikirinizcə sinifdə şagirdlərlə hansı mühit
qurulmalıdır?
– Əlbəttə ki demokratik rejim. Çünki avtoritar
rejimdə şagirdlərdən müsbət nəticəni əldə etmək
çətindir. Düzdür, şagirdlərə həddən artıq sərbəstlik
də vermək olmaz, çünki həddən artıq azadlıq
özbaşınalığa səbəb ola bilər. Ən gözəli çərçivə
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
daxilində şagirdlərə azadlıq vermək lazımdır, yəni
hədd qoyulmalıdır. Şəkil belə çərçivədə gözəl
görünür. Ona görə azadlığa, sərbəstliyə daima
nəzarət etmək lazımdır.
● Cari planlaşdırma nədir? - Cari planlaşdırma hal-
hazırki, indiki planlaşdırmadır. Bu da gündəlik
planlaşdırma adlanır. Gündəlik planlaşdırmada
standart, mövzu, məqsəd,inteqrasiya, iş forması,
üsullar, resurslar və dərsin mərhələləri olur.
● Kompüteri bilirsən?
- Bəli, lazımi proqramları öyrənmişəm. Ən əsası
Word və Power point proqramları mənim üçün
əsasdır. Çünki dərsləri şagirdlərə slayd şəkildə
keçməyi planlaşdırıram.
: ●İllik qiymətləndirmə necə apaırlır?
- Şagirdin illik qiyməti aşağıdakı düsturla müəyyən
edillir:
İ=(y1+y2):2
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Burada I - şagirdin illik qiyməti, Y1 və Y2 isə 1-ci və
2-ci yarımillər üzrə qiymətləridir.
Məsələn, şagirdin birinci yarımil üzrə qiyməti 3,
ikinci yarımil üzrə qiyməti 4 olduqda,
onun illik qiyməti belə çıxarılacaq: (3+4):2 yuvarlaq
rəqəm
Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri
33.1. Təhsilverənlərin hüquq və vəzifələri
Azərbaycan Respublikasının Konstitusiyası, bu
Qanun və digər normativ hüquqi aktlar,
Azərbaycan Respublikasının tərəfdar çıхdığı
beynəlхalq müqavilələr, təhsil müəssisəsinin
nizamnaməsi və daхili intizam qaydaları, eləcə də
işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan
əmək müqavilələri ilə tənzimlənir.
33.2.
Təhsilverənlərin hüquqları aşağıdakılardır:
33.2.1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil
şəraiti, müasir standartlara cavab verən
teхnоlоgiyalarla təmin оlunmaq;
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun
оlaraq təhsil prоsesinin təşkilində və idarə
оlunmasında fəal iştirak etmək;
33.2.3. tədrisin fоrmasını, metоdlarını və
vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını
tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və
müvafiq hallarda seçkili vəzifələrə seçmək və
seçilmək;
33.2.6. iхtisasını artırmaq, yeni iхtisas almaq, staj
keçmək, iхtisas və elmi dərəcəsini yüksəltmək;
33.2.7. müəyyən edilmiş hallarda və qaydada
mükafatlandırılmaq və təltif оlunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət
qüsursuz çalışan və оnun elmi-pedaqоji həyatında
mühüm хidmətləri оlan prоfessоrlara aylıq əmək
haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar
saхlanılmaqla, akademik və inzibati vəzifədən azad
olunmaq şərti ilə məsləhətçi-prоfessоr vəzifəsini
tutmaq;
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının mənimsənilməsini
təmin etmək;
33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi
formalaşdırmaq, onları vətənpərvərlik və
azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil
həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda
Azərbaycan Respublikasının müstəqilliyinə,
Konstitusiyasına və qanunlarına, dövlət
rəmzlərinə, Azərbaycan xalqının tarixinə,
mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli
və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf
mühitə hörmət və qayğı hissləri aşılamaq;
33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət
etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq
nümunəsi göstərmək;
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət
etmək;
33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın
bütün formalarından qorumaq, onları zərərli
vərdişlərdən çəkindirmək;
33.3.8. ixtisas və elmi-pedaqоji səviyyəsini
yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə
məşğələlər, sinifdənkənar və məktəbdənkənar
tədbirlər keçirmək;
33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada
attestasiyadan keçmək;
33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
● Təhsilalanın hüquqlarından bir-ikisini sayın.
Maddə 32. Təhsilalanların hüquq və vəzifələri
32.1. Təhsilalanların hüquq və vəzifələri
Azərbaycan Respublikasının Konstitusiyasına, bu
Qanuna və digər normativ hüquqi aktlara,
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və
məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş
qaydada təhsil müəssisəsinə qəbul оlunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini,
iхtisası, təhsilalma formasını və təhsil dilini sərbəst
seçmək;
32.3.3. dövlət təhsil standartlarına uyğun
keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü,
təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti
seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına
uyğun оlaraq tədris fənlərini, semestrlər üzrə
kreditlərin miqdarını, təhsilverənləri və tyutоrları
sərbəst seçmək;
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
32.3.6. təhsil müəssisəsinin mövcud
infrastrukturundan (tədris-istehsalat, elmi
tədqiqat, informasiya, mədəni-məişət, idman,
sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.)
istifadə etmək;
32.3.7. müəyyən edilmiş qaydada təhsil
müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul оlmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz
təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan
hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
32.3.12. müəyyən edilmiş qaydada təhsil
müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
32.3.13. müvafiq icra hakimiyyəti оrqanının
müəyyən etdiyi qaydada biliyinin yenidən
qiymətləndirilməsini tələb etmək;
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
32.3.14. dövlət оrta peşə-iхtisas təhsili pilləsində
və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə
uyğun оlaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
32.3.15. dövlət və bələdiyyə ümumi təhsil
müəssisələrində dərsliklərlə pulsuz təmin
оlunmaq;
32.3.16. təhsil prоsesinin təşkilində və idarə
оlunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sоsial
və mədəni həyatında, elmi cəmiyyətlərin,
dərnəklərin, assоsiasiyaların, birliklərin və digər
təşkilatların yaradılmasında iştirak etmək, eləcə də
ölkə və beynəlхalq səviyyəli belə təşkilatlara üzv
оlmaq;
32.3.18. elmi-praktik kоnfransların, seminarların,
yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə
bağlı digər tədbirlərin keçirilməsində iştirak
etmək;
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
32.4. Təhsil müəssisəsində qanunvericiliklə
müəyyən edilmiş hallar istisna оlmaqla,
təhsilalanların təhsil prosesi ilə bağlı olmayan
işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik,
bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə
hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin
tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında
məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin
tələblərinə, etik normalara və təlim-tərbiyə
prоsesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
[05.05 00:01] Ramile M: ● 2017-2018-ci dərs ili
“Ümumi təhsildə keyfiyyət ili” elan edilib
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili”
elan edilib. Təhsil Nazirliyindən APA-ya verilən
xəbərə görə, əmrə əsasən, “Təhsildə keyfiyyət ili”
çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə
edən nazirliyin Fəaliyyət planı təsdiqlənib. 2017-
2018-ci dərs ilində ümumi təhsilin keyfiyyətinin
yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş
pedaqoji mühazirələr keçiriləcək. Naxçıvan MR
Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi,
Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil
şöbələrinə tapşırılıb ki, şura iclaslarında və təhsil
işçilərinin sentyabr konfranslarında 2017-2018-ci
dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının
əsas məqsədi və mahiyyəti, bununla əlaqədar
qarşıda duran vəzifələr haqqında məktəb
rəhbərlərinə ətraflı məlumat versinlər, eyni
məzmunlu məlumatların məktəb pedaqoji
kollektivlərinə çatdırılmasını təmin etsinlər,
nazirliyin Fəaliyyət planında nəzərdə tutulan
hədəflərin vaxtında yerinə yetirilməsi
istiqamətində məqsədyönlü təşkilati-pedaqoji
tədbirlər həyata keçirsinlər, pedaqoji
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
mühazirələrin müəyyən olunmuş qayda üzrə
təşkili üçün zəruri tədbirlər görsünlər. Ümumi və
məktəbəqədər təhsil şöbəsi, həmçinin Təhsilin
inkişafı proqramları şöbəsi nazirliyin fəaliyyət
planının yerlərdə yerinə yetirilməsini müntəzəm
nəzarətdə saxlamalı, nəzərdə tutulan tədbirlərin
icrası ilə bağlı yerli təhsili idarəetmə orqanlarına
təşkilati-metodik köməklik göstərməli, planın
yerinə yetirilməsi vəziyyətini öyrənmək məqsədilə
yerlərə ezamiyyələr təşkil etməli, dərs ili ərzində
seçmə yolla təhsil şöbələrinin (idarələrinin)
müdirlərinin nazirlikdə hesabatlarını dinləyib
müvafiq təkliflər hazırlamalıdırlar. Əmrin icrasına
nəzarət nazir müavini Ceyhun Bayramova həvalə
olunub.
● 2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna
qədər Azərbaycanın paytaxtı Bakı şəhərində
keçirilən idman yarışı. 2015 Avropa Oyunları
tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda
Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə
aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
idman qurğusundan istifadə olunub. 2015 Avropa
Oyunlarının təqviminə 30 idman növü daxil edildi.
Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya
idman növüdür. Yarışlarda idmançılar 253 dəst
medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış
mərasimi 12 iyun tarixində Bakının Olimpiya
Stadionunda baş tutub. Açılış mərasimində Avropa
Oyunlarını rəsmi olaraq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev açıq elan
edib. Avropa Oyunlarının məşəlini isə Bakı
Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu,
Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.
Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman
növündə mübarizə aparıb. 17 gün davam edən
yarışlar 28 iyun tarixində Bakı Olimpiya
Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi
medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının
idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79
qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164
medal qazanıb. İkinci sıranı isə ev sahibi
Azərbaycan idmançıları tutdu. Yarışlara 289
idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
və 20 bürünc, ümumilikdə 56 medal qazanıb.
Üçüncü sıra isə Böyük Britaniya idmançılarına
nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc
medal qazandı və I Avropa Oyunlarını 47 medalla
başa vurublar. 2015 Avropa Oyunlarının rəsmi
büdcəsi 1.12 milyard Amerika Birləşmiş Ştatları
dolları təşkil edib. Satışa 600 000 bilet çıxarılıb.
Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü
səfərbər olub. 2015 Avropa Oyunlarının təşkili
üçün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 17 yanvar 2013-cü ildə imzaladığı
Sərəncamla təşkilat komitəsi yaradılmışdır. Qərara
əsasən təşkilat komitəsinin sədri UNESCO və
İSESCO-nun xoş məramlı səfiri, Azərbaycanın
Birinci xanımı Mehriban Əliyeva təyin edilmişdir.
● Bakı Olimpiya Stadionunun inşasına 2011-ci ilin
6 iyun tarixində başlanılıb. Stadionun təməl qoyma
mərasimdə Prezident İlham Əliyev, FİFA Prezidenti
Yozef Blatter və UEFA Prezidenti Mişel Platini
iştirak etmişdilər. 18 mart 2015-ci ildə Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Olimpiya Stadionunun açılış mərasimində iştirak
etmişdilər. Gənclər və İdman Naziri Azad Rəhimov
görülən işlərlə bağlı İlham Əliyevə məlumat
vermişdir. Qeyd edildi ki, təxminən 50 hektar
ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir
və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4,
tribunalara isə 26 qapıdan giriş var. 68 000
tamaşaçı tutumlu stadiona Olimpiya
normativlərinə əsasən insanların daha çox piyada
və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki,
bunun üçün də ərazidə 3 100 yerlik avtomobil
parkı inşa edilib.
● Milli Gimnastika Arenasının açılış mərasimi 16
aprel 2014-cü ilə təsadüf edir. Həmin gün
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Milli
Gimnastika Arenasına təşrif buyurmuşdular və
görülən işlər ilə yaxından tanış olmuşdurlar.
Gənclər və İdman naziri Azad Rəhimov görülən
işlərlə bağlı Prezident İlham Əliyevə məlumat
vermişdir. Kompleksin fasadı xüsusi formada
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
işlənmişdir. Burada maraqlı illüminasiya
elementləri təqdim edən ekranlar quraşdırılmışdır.
Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan
arenanın əhəmiyyətini artıran mühüm amillərdən
biri də buranın digər idman tədbirlərinin və
yarışlarının da keçirilməsi üçün
uyğunlaşdırılmasıdır. Gimnastika zalı əsas yarış və
köməkçi məşq hissələrindən ibarətdir. Yarışların
miqyasından asılı olaraq, arenanın əsas hissəsində
oturacaq yerlərinin sayını 5 000-dən 10 000-ə
qədər artırmaq mümkündür. Dünya standartlarına
uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi,
ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor
zalları, dopinq nəzarəti, inzibati otaqlar,
mağazalar, kafelər və digər yardımçı sahələr
yerləşir. Dünyanın ən yaxşı gimnastika
komplekslərindən biri olacaq bu idman
qurğusunda otel də yaradılmışdır.
● 26 dekabr 2014-cü ildə Azərbaycan
Respublikasının Prezident İlham Əliyev və 2015
Avropa Oyunları Təşkilat Komitəsinin sədri
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
Mehriban Əliyeva Heydər Əliyev adına İdman-
Konsert Kompleksində aparılan əsaslı təmir
işlərinin gedişi ilə tanış olublar. Gənclər və İdman
naziri Azad Rəhimov Prezident İlham Əliyevə
burada görülən işlər barədə məlumat vermişdir.
Layihəyə əsasən binanın daxili kommunikasiya
sistemlərinin yenidən qurulması, havalandırma
sisteminin təmiri, yumşaq dam örtüyünün
izolyasiyasının, həmçinin yer döşəməsinin daha
keyfiyyətli örtüklərlə əvəzlənməsi, qapı, pəncərə
və vitrajların yenilənməsi, zalların döşəmələrinə
idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə
başlanılmışdır. Kompleksdə müasir yarış zalları,
suvenir satışı mağazası, mətbuat işçiləri üçün
xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi,
kafe-barlar və digər lazımi otaqlar yaradılmışdır.
Məşq zalı ən müasir səviyyədə qurulmuşdur.
Burada saunalar, masaj, püşkatma, dopinq-
yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq
federasiyaların işçi otaqları, yarış mərkəzi, 40
nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx
və digər köməkçi otaqlar olacaqdır. Ümumi sahəsi
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
55 000 kvadratmetrə yaxın olan binada tamaşaçı
yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu
rəqəm 7682 olub. Burada, eyni zamanda, 142 VİP
oturacaq quraşdırılmışdır.
● 8 iyun 2015-ci ildə Azərbaycan Respublikasının
Prezident İlham Əliyev, 2015 Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və
Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla
Əliyeva Avropa Oyunları zamanı idmanın bir neçə
növü üzrə yarışların keçiriləcəyi Bakı Kristal Zalında
yaradılan şəraitlə tanış olublar. Gənclər və İdman
naziri Azad Rəhimov Prezident İlham Əliyevə
burada görülən işlər barədə məlumat vermişdir.
Bakı Kristal Zalında Avropa Oyunları zamanı
idmanın voleybol, boks, qılıncoynatma, taekvondo
və karate növləri üzrə yarışlar keçiriləcək. Bakı
Kristal Zalında voleybol meydançası yüksək
səviyyədə yaradılıb. 4 000 tamaşaçı yerlik bu
meydança beynəlxalq tələblərə cavab verən ən
müasir texniki avadanlıqla təchiz edilib.
Meydançada Oyunlar zamanı həm kişi, həm də
ZERİN
PİRALIYEVA
MUSAHİBE
MATERİALLARI.0516428604
qadın idmançılar mübarizə aparacaqlar.
Ümumilikdə, I Avropa Oyunlarında Azərbaycan ilə
yanaşı, Belçika, Bolqarıstan, Finlandiya, Almaniya,
Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya,
Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya
komandaları iştirak edəcəklər. Bakı Kristal Zalında
boks meydançasında yaradılan şərait də I Avropa
Oyunları zamanı idmanın bu növü üzrə də
yarışların ən yüksək səviyyədə baş tutmasına geniş
imkan yaradır. Burada 2 600 tamaşaçı yerlik
tribuna qurulub. Zalın yaradılması zamanı
beynəlxalq idman qurumları, o cümlədən 2015
Avropa Oyunlarının Əməliyyat Komitəsinin
tələbləri yüksək səviyyədə yerinə yetirilib. Burada
həm idmançıların, həm məşqçilərin, həm də
tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb.
I Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki
dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində
qüvvələrini sınayacaqlar. Voleybol və boks
meydançalarının Bakı Kristal Zalının əsas
hissəsində yerləşməsi səbəbindən onların arasında
xüsusi akustik divar qurulub. Bu isə öz növbəsində
Dostları ilə paylaş: |