termoreaktiv kütlələr deyilir.
Plastik kütlələrin bir növüdə termoplastik kütlələrdir. Bunları qızdırdıqda əvvəlcə elastik, sonra isə yumşalaraq plastik vəziyyətə keçirir və əriyir. Soyuduqda isə bərkiyir və təkrar yenidən elastiklik, plastiklik, ərimə və üzvi məhsullarda həllolma xassələri kəsb edir.
Plastiklik kütlələrin tərkibi əsasən süni qətranlardan ibarətdir. Süni qətranlar sadə üzvi maddələrin qarşılıqlı təsiri nəticəsində alınır. Süni qətranlar kondensləşmə və polimerləşmə qətranlarına ayrılır.
Kondensləşmə qətranlarına müvafiq olaraq: fenol-aldehidli, amilin-aldehidli, poliefirli və epoksidli qətranları göstərmək olar. Bunlar termoreaktiv qətranlar qrupuna daxildir.
Polimerləşmə qətranlarının polivinilxlorid, polimetilmeta-krilat, polistral kimi növləri vardır. Bunlar termoplastik kütlələr qrupuna mənsub qətranlardır.
Mürəkkəb plastik kütlələr, adətən əlaqələndirici, doldurucu, plastifikatorlar, boya, katalizator, yağlayıcı və başqa maddələrin qarışıqlarınadn alınır.
Əlaqələndiricilər-təbii və süni qətranlar, asfaltlar, sellüoz efirlərindən ibarətdir. Əlaqələndirici maddələrin vəzifəsi plastik kütlələrin tərkib hissələrini sementləşdirməkdir. Plastik kütlələrdəki əlaqələndirici maddələrin miqdarı 30-50%-ə bərabərdir.
Doldurucular-plastik kütlələrin mexaniki və bir sıra texnoloji xassələrini xarakterizə edir. Plastik kütlələrə 40-70%-ə qədər doldurucu maddələr qatışdırılır. Doldurucu üzvi və mineral maddələrdən hazırlanır. Üzvi doldurucu maddələr: ağac unu, pambıq lifləri, kağız, pambıq-kətan toxumları və başqalarından ibarətdir. Kağız, pambıq-kətan plastik kütlənin mexaniki xassələrini,asbest isə turşuya və istiliyin təsirinə müqavimətini artırır. Qum tozu, mika verməklə plastik kütlənin elektrik – izolyasiya xassəsini yaxşılaşdırırlar.
Plastifikatorlar-plastik kütlənin plastikliyini, sıyıqlığını, elastikliyini artırır, sərtlik və kövrəkliyini isə azaldırlar.
Boya maddələri-üzvi və mineral mənşəli olmaqla iki qrupa bölünür. Bunların əsas rolu plastik kütləyə müxtəlif rənglər verməkdən ibarətdir.
Müxtəlif qatışıqlar, yağlayıcılardan və bunlara qatışdırılan materiallardan təşkil edilir.
Katalizatorlar, maqnezium oksidi, əhəng və litopon kimi xüsusi qatışıqlardan ibarətdir.
Mövzu 22. Rezin və rezintexniki materiallar.
Rezin və rezintexniki materiallar. Rezinin tərkibi və təyinatı. Rezinin və rezintexniki materiallarının xassələri. Ebonit. Rezinin texnikada istifadə sahələri.
Rezinistehsalı üçün ilkin material kauçukdur. Bunun üçün kauçuku kükürdlə və digər doldurucu maddələr (qurum.ş tabaşir, kaolin və s.), yumşaldıcı maddələr (qatran, karbohidrogenlər və s.) ilə vulkanizasiya etmək yolu ilə alırlar. Rezin yaxşı elastikliyə və vibrasiya udma xassəsinə malikdir. Rezinin xassələri onu əmələ gətirən kauçukun strukturundan və tərkibindən asılıdır.Kauçuk təbii və süni olmaqla iki qrupa ayrılır. Təbii kauçuk bitkilərdən, ağac növlərindən, otabənzər bitkilərdən və s. istehsal edilir. Süni kauçuklara misal xlorprenil, izoprenil, natrium-butadiyenli və s. Süni kauçuk öz xassələrinə görə təbii kauçuka yaxın olan maddədir. Süni kauçuk 1910-cu ildə ilk dəfə rus alimi Lebedev tərəfindən təklif edilmişdir. Kauçuku vulkanlaşdırıcılar və xüsusi aşqarların qarışığı ilə emal etdikdə işlək rezin qarışığı alınır. Işlək rezin aşağıdakı komponentlərdən təşkil edilir: vulkanlaşdırıcılar (kükürd, natrium), vulkanlaşma sürətləndiriciləri, doldurucular və möhkəmləndiricilər (qaz, manqan-karbonat, silisium, titan oksidləri və s.), plastifikatorlar, boya maddələri (ultramarin, oxra və s.), regeneratorlar (işə yaramayan köhnə rezin), köhnəlməyə qarşı aşqarlar. Rezin yüksək elastik materialdır. Vibrasiyaya qarşı davamlıdır (titrəyişləri udur), kimyəvi davamlılığı yüksəkdir, mexaniki möhkəmliyi kifayət qədərdir. Maşınqayırma sənayesində rezin materiallardan basqı və sorma şlanqları, birləşdirici şlanqlar, şinlər, qayışlar, lentlər, asqılar, dayaqlar, buferlər, rezin yastıqlar, kipkəclər, araqat lövhələri, halqalar, izolyasiya materialları və s. hazırlanır. Yumşaq rezin markaları eyni zamanda avtomobil pəncərəsi, lent, sıxlaşdırma üzüyü, membran hazırlanmasında tətbiq edilir. Toxucu və kağız sənayesində metal valların üzərinə çəkərək elastiklik yaratmaq məqsədi ilə yumşaq rezindən istifadə edirlər.
Ebonit. İçərisinə 35%-dən artıq kükürd qatılaraq vulkanizasiya nəticəsində alınmış bərk rezinə ebonit deyilir. Vulkanizasiya 130-1400-də aparılır. Ebonit qalınlığı 5mm-dən 75mm-dək olan müxtəlif en kəsiyinə malik çubuqlar və müxtəlif diametrli borular istehsalında tətbiq edilir.Bu çox yaxşı elektroizolyasiya materialıdır.Lakin ebonitin istiyə davamlılığı aşağıdır.Ebonit avtomobil, qatarlarında akkulyator qabları, ştur-vallar, radio aparata hissələri, araqatı materialları istehsalında təbiq edilir.
Mövzu 23. Ağac materiallar.
Ağac materialları. Ağacın xassəsi və nöqsan cəhətləri. Konstruksiya materialları kimi ağacın üstünlükləri və nöqsanları. Ağac materialından istehsal olunan məmulatlar.
Ağac materialları başlıca olaraq ağacın gövdəsindən, kökündən və budaqlarından hazırlanır. Ağac başlıca olaraq efir yağları, qatranlar və aşılayıcı maddələrdən ibarətdir. Ağac hüceyrələrinin divarları liqnin və sellüloz maddələrindən ibarətdir. Sellüloz, liqnin və başqa maddələrin ümumi miqdarı 60%-ə çatır. Sellüloz lifli quruluşa malik olub, mexaniki və kimyəvi cəhətdən davamlıdır, ağaca möhkəmlik xassələri, liqnin isə hüceyrələrin divarlarına bərkluk və elastiklik verir. Göstərilən maddələrin qarşılıqlı nisbəti dəyişdikdə ağacın fiziki-mexaniki və başqa xassələri də dəyişir. Bu xassələri pisləşdirən xəstəliklərin qarşısını almaq, habelə suda şişmə, əyilmə, çürümə və s. ilə mübarizə aparmaq üçün ağac materiallarına xüsusi tərkibli qoruyucu məhlul və mayelər hopdururlar. Bunlara antiseptik maddələr deyilir. ağac materialının fiziki xassələrini xarakterizə edən əsas amillər sıxlığı və nəmin miqdarıdır. Ağac materialı kapilyar-məsaməli maddələrdən təşkil edildiyindən, onun içərisi hava, nəm və başqa yüngül maddələrlə doludur. Müxtəlif ağac növlərinin sıxlığı 1300-1700 kq/m3 arasında dəyişir.
Ağac materialların keyfiyyətini xarakterizə edən amillərdən biri də ağacın nəm yanmaq qabiliyyətidir.Ağac materiallardakı nəmliyin miqdarı ağacın növündən,strukturundan və bir sıra xarici amillərin təsirindən asılı dır.Ağac materialındakı nəmin miqdarı başlıca olaraq ağacın fiziki və mexaniki xassələrinə təsir edir, onu uzun zaman saxladıqda içərisində nəmin miqdarı azalır.
Məmulat hazırlanacaq ağac materialın nəmliyi 15%-ə qədər olmalıdır. Buna normal nəmlik deyilir.
Ağacı konstruksiya materialı kimi xarakterizə edən başlıca amil onun dartılmaya, sıxılmaya və əyilməyə qarşı göstərdiyi müqavimət, möhkəmlik xassələridir. Ağacın möhkəmlik həddi başlıca olaraq onun tərkibindəki nəmin miqdarı ilə yanaşı sıxlığından və strukturundan asılı olaraq dəyişir.Ağac materialın strukturu liflərin müxtəlif istiqamətlərində müxtəlifdir. Bu hal ağac materiallarının anizotropiya xassələrinə malik olduğunu göstərir. Ağac materialları müxtəlif istiqamətlərdə müxtəlif möhkəmliyə malikdir.
Ağac məmulatı istehsalında mişarlanmış və ya mişarlanmamış oduncaqdan istifadə edilir. Onlardan şponlar, fanerlər, tavalar, preslənmiş və əyilmiş yarımfabrikatlar və s. məmulatlar hazırlayırlar. Şponlar çox nazik təbəqələrdən ibarətdir. Bunlar istehsal üsullarından asılı olaraq soyulmuş, yonulmuş və mişarlanmış nazik qabıqlı şponlara bölünür. Faner istehsalı üçün şpon və nazik təbəqələrdən istifadə edilir.
Dostları ilə paylaş: |