Ərintilərin xassələri onların tərkibində və strukturundan asılı dır.Ferrit yumşaq və plastiki fazadadır; sementit isə əksinə, polada bərklik və kövrəklik verir; perlitdə 1/8hissə sementit vardır və ferritə nisbətən onun möhkəmliyi və bərkliyi yüksəkdir.
Mövzu 8. Karbonlu poladların təsnifatı və markalanması.
Karbonlu poladlar haqqında ümimi məlumat. Yavaş soyudulmuş poladın strukturu və xassələri.Karbonlu poladın xassələrinə qatışıqların (aşqarların) təsiri.Karbonlu poladların markalanması.
Karbonlu poladın xassələrinə qatışıqların (aşqarların) təsiri haqqında məlumat.
Karbonlu poladda karbondan əlavə daim bir sıra digər qatışıqlar-silisium, manqan, kükürd və fosfor da olur. Bunlar poladın xassələrinə müxtəlif şəkildə təsir göstərir.
Karbon (C) əsas qatışıqdır və onun miqdarından asılı olaraq poladın mexaniki xassələri xeyli dəyişir. Karbonun miqdarı 1,2%-ə çatıncaya qədər artdıqca poladın bərkliyi (HB), dartılmada möhkəmlik həddi və elastiklik həddi arası kəsilmədən artır, eyni zamanda nisbi uzanma əmsalı azalır. Poladın xassələrinin bu qayda ilə dəyişməsi onun əsas struktur tərkib hissələri ferrit və sementitin miqdarının dəyişməsi ilə əlaqədardır.
Poladda daimi qatışıqlar adətən aşağıdakı hədlər daxilində olur (faizlə)
Silisium (Si)......0,4%-dək Kükürd (S)......0,06%-dək
Manqan (Mu)......0,8%-dək Fosfor (P) ......0,04%-dək.
Silisium və manqan və manqan faydalı aşqar sayılır. Onları polada əritmə prosesində reduksiyaedici kimi daxil edirlər. Karbonlu poladda 0,8%-ə qədər Mn olur.
Silisium və manqan yuxarıda göstərilən hədlər daxilində olduqda poladın xassələrinə çox təsir etmir. Onların miqdarını artırdıqca (silisiumun miqdarı 0,8%-dən və manqanın miqdarı 1,0%-dən artıq olduqda) poladın bərkliyi və möhkəmliyinin artması müşahidə edilir. Lakin belə polad legirləndirilmiş polad sayılır. Manqan və silisium poladın yaxşı reduksiyaedicilərindəndir; bundan əlavə manqan kükürdün zərərli təsirini yoxa çıxarır, çünki onunla birləşib MnS tərkibli birləşmə əmələ gətirir ki, o da qismən ayrılıb posaya qarışır.
Kükürdün və fosforunkarbonlu poladın xassələrinə təsiri.
Kükürd-zərərli qatışıqdır. Poladın plastikliyini və özlülüyünü azaldır, təzyiqlə qızmar emal zamanı ona qızmar sınma xassəsi verir. Kükürd poladda həll olmur, lakin onun dəmirlə əmələgətirdiyi dəmir sulfidi – FeS poladda yaxşı həll olur.
Dostları ilə paylaş: |