Xüsusi bürünclər. Mis və sinkdən əlavə 8%-ə qədər legirləşdirici qatışıqlara (Al, Fe, Mn, Pb, Si,Sn, Ni) malik olurlar. Xüsusi bürünclərin markalarına misal olaraq: ЛAЖ60-1-1, ЛАЖМц 66-6-3-2, ЛМц 52-4-1 və s. göstərmək olar. ЛАЖ60-1-1 markalı xüsusi bürüncün tərkibində mis-60%, alüminium-1% və dəmir-1%-dir.
Tunclar – mislə qalayın (Sn), qurğuşunun (Pb), alüminiumun (Al), silisiumun (Si), sürmə və fosforun ərintiləridir. Tunclardan ən mühümləri qalaylı, alüminiumlu, silisiumlu və nikelli tunclardır.
Qalaylı tunclar korroziyaya davamlıdır, duruaxıcılıq qabiliyyəti və antifriksion xassələri yaxşıdır. Qalaylı tuncların markalarına misal olaraq: БрОФ 6,5-0,15, БрОЦ 4-3, БрОЦС 4-4,25; və s. göstərmək olar.
Dostları ilə paylaş: |