Texnoloji sınamalar. Texnoloji sınamalar həmin metal ilə bu və digər texnolojı əməliyyat aparmağın mümkün olub-olmamasını müəyyən edən ən sadə sınamalardır. Bu sınamalar metalı bu və digər şəraitdə işlətməyin mümkün olub-olmamasını da göstərir.
Qığılcım ilə sınama.Poladlar pardaq dairəsi ilə emal edildikdə qoparılan yonqar havada yanıb, ətrafa qığılcım səpələyir. Qığılcımın çoxluğu, onun xarakteri və rəngi hər zaman eyni olmayıb bir-birindən xeyli fərqlənir və bu fərq də poladın kimyəvi tərkibindən asılıdır. Qığılcımların rəngi gözqamaşdırıcı ağ rəngdən başlayıb, ta tünd qırmızı rəngə qədər olur.