Мцщазиря №1 (2 саат)


“İnsan tərbiyənin predmetidir”



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   36   37   38   39   40   41   42   43   ...   54
muhazire

“İnsan tərbiyənin predmetidir” əsəri 81 fəsildən ibarət olub 2 hissəni: “Fizioloji hissə”ni və 
“Psixoloji hissə”ni təşkil edir. Burada irəli sürülmüş tərbiyəvi məsələlər həm fəlsəfi baxımdan işıqlandırılır, 
həm də onların mahiyyəti açıqlanır. 
“İnsan tərbiyənin predmetidir” traktatında təlim-tərbiyə nəzəriyyəsini elmi cəhətdən əsaslandıran 
Konstantin Dmitriyeviç Uşinski belə qənaətə gəlir ki, pedaqoji təcrübə ayrı-ayrı hallarda bir deyil, bir neçə 
səbəbə malik olan çox mürəkkəb prosesdir. 
”Əgər pedaqogika insanı hər cəhətdən tərbiyə etmək istəyirsə, o, əvvəlcə insanı hər cəhətdən də 
öyrənməlidir” müddəasına uyğun olaraq K.D.Uşinski aşağıdakı məşhur fikrini irəli sürür: “Tərbiyəçi insanı 
həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və 
eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət 
içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, 
bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda, bədəncə sağlam və xəstə 
olan vaxt, hədsiz ümidlər içərisində və bütün insan təsəllilərinin gücsüz olduğu ölüm yatağında olan zaman 
öyrənməlidir. O, ən çirkin və yüksək işlərin meydana çıxması səbəblərini, cinayətlərin və yüksək fikirlərin baş 
verməsi tarixini bilməlidir. Yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini əxz edə bilər bu 
vasitələr isə çoxdur”. 
K.D.Uşinskiyə görə, səmərəli pedaqogikanın əsas yolu insanı tərbiyə predmeti kimi əsaslı surətdə 
öyrənməkdən ibarətdir. Pedaqoq alim K.D.Uşinski “İctimai tərbiyədə xəlqilik haqqında” əsərində yazırdı: 
“Hamı üçün ümumi olan tək bircə fitri meyl var ki, tərbiyə ona hər zaman arxalana bilər. Biz buna xəlqilik adı 
veririk”. 
K.D.Uşinskinin tərbiyə sistemində xəlqilik əsas ideyanı təşkil edir. Bu onun pedaqoji konsepsiyasının 
əsas mərkəzidir. 
K.D.Uşinski xəlqiliyi hər bir xalqın öz tarixinə və həmin xalqın səciyyəvi xüsusiyyələrinə müvafiq kimi 
başa düşürdü. Onun fikrincə, gənc nəslin tərbiyəsi xəlqilik üzərində qurulmalı və uşaqlarda milli iftixar hissi 
oyatmalıdır. 
K.D.Uşinski yazırdı ki, hər xalqın özünəməxsus milli tərbiyə sistemi vardır: ona görə ki, bir xalqın başqa 
xalqdan tərbiyə sistemlərini əxz etməsi mümkün deyildir. K.D.Uşinski əxlaq tərbiyəsinə böyük əhəmiyyət 
vermişdir. Onun fikrincə, tərbiyənin məqsədi-həm zehni, həm əxlaqi, həm də fiziki cəhətdən inkişaf etmiş və 
öz zəhməti ilə xalqına fayda verən mükəmməl insan yetişdirməkdir. 
Tərbiyə insanın formalaşmasında həlledici rol oynayır, insan tərbiyə nəticəsində insan olur. K.D.Uşinski 
tərbiyəni yalnız insan cəmiyyətinə xas olan ictimai hadisə hesab etmiş və onu biolojiləşdirməyə çalışan hər 
cür təşəbbüsə qarşı çıxmışdır. 
K.D.Uşinski gənc nəsildə vətənpərvərlik, xalqa bağlılıq, ictimai vəzifə hissi, insanpərvərlik, əqidədə 
möhkəmlik, işgüzarlıq, çətinliklərlə mübarizə üçün yüksək iradə və əzm, əməyə sevgi, doğruçuluq, namuslu 
və intizamlı olmaq kimi müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsini vacib sayırdı. 
K.D.Uşinski şəxsiyyətin formalaşmasında əməyi mühüm şərt hesab edirdi. O, “Əməyin psixi və tərbiyəvi 
əhəmiyyəti” adlı məqaləsində əməyi maddi sərvətlər yaradan mühüm şərt adlandıraraq yazırdı: “Əgər tərbiyə 
insanı xoşbəxt etmək istəyirsə, onu xoşbəxtlik üçün tərbiyə etməməli, bəlkə də əmək həyatına hazırlamalıdır... 
Tərbiyə insanda əməyə adət və məhəbbət inkişaf etdirməlidir”. 
Fiziki əməyə böyük əhəmiyyət verən K.D.Uşinski onun zehni əməklə birləşdirilməsini faydalı hesab 


89 
etmişdir. Onun fikrincə, təlim əməkdir, özü də ağır zehni əməkdir; bu sahədə vərdişi olmayan adam daha 
tez yorulur, buna görə də uşaqları zehni əməyə tədricən alışdırmaq lazımdır. 
K.D.Uşinski qeyd edirdi ki, ictimai tərbiyə sahəsində hər kəsin öz yeri vardır. Lakin, bu orqanizmdə ən 
mühüm üzv müəllimdir, tərbiyəçidir. Tərbiyəvi təsir inkişaf etmiş xarakterin yeni təşəkkül edən xarakterə 
təsiri deməkdir, xarakter insanın şəxsiyyətindədir. Ona görə də tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə 
əsaslanmalıdır, çünki tərbiyə qüvvəsi ancaq insan şəxsiyyətinin canlı mənbəyindən axır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin