Мцщазиря 23: ислащ психолоэийасы


- Rejim qaydalarını pozanlarla keçirilən söhbətlər tənqidi söhbətlər



Yüklə 168,5 Kb.
səhifə2/8
tarix13.12.2022
ölçüsü168,5 Kb.
#74299
1   2   3   4   5   6   7   8
Mühazirə 19 İslah-əmək psixologiyası

- Rejim qaydalarını pozanlarla keçirilən söhbətlər tənqidi söhbətlər;
- Məhbusa öz çətinliklərini dərk etmək, onları aradan qaldırmağa yardım edən, müəssisə əməkdaşlarına qarşı neqativ münasibətin səbəblərini aydınlaşdırmaq məqsədi daşıyan terapevtik söhbətlər;
- Məhbusa öz daxili problem və konfliktlərini, gizli davranış motivlərini dərk etməyə yardım etmək məqsədi daşıyan klinik söhbətlər;
- Məhbusun ürəyini boşaltmaq, psixi gərginliyi aradan qaldırmaq məqsədi daşıyan, azadlığa çıxma ərəfəsində keçirilən yekun söhbətlər.
Söhbət zamanı psixoloq çalışmalıdır ki, məhbus öz əməllərini, davranışını təhlil etsin və düzgün nəticə çıxarsın.
Məhbusu tanıyan insanlarla söhbət isə bir qədər başqa cür qurulur. Əgər psixoloq bu söhbətin məhbusa ziyan vurmayacağına əmindirsə, o, söhbətin məqsədini bidirir və xahiş edir ki, məhbus haqda ətraflı məlumat versinlər, sonra onlar birlikdə məhbusa təsir yollarını müəyyənləşdirirlər.
Məhbusun şəxsiyyətini öyrənmək məqsədi ilə anket və inşa metodlarından da istifadə edilir.
Anket metodunun köməyi ilə məhbusun zövqü, əhvalı müxtəlif hadisələrə münasibəti öyrənilir. İnşa metodunda isə anket metodundan fərqli olaraq bir suala tam və hərtərəfli cavab vermək tələb olunur.
Özünüqiymətləndirmə metodu- bu zaman məhbusa 40-50 xarakter xüsusiyyətlərinin siyahısı verilir. O, bunlardan15-20-ni seçib şəxsi etalon tərtib et­mə­li və bu keyfiyyətləri özü üçün kəsb etdiyi əhəmiyyət baxımından nömrə­lə­mə­lidir. Sonra seçilmiş keyfiyyətlərdən onun fikrincə ona və qrup üzvlərinə xas olanları, eləcə də qrup üzvlərinin fikrincə ona xas olanları sıralamalıdır.
Əldə edilmiş 3 sıra etalon sıra ilə müqayisə edilir. Əgər üst üstə düşürsə, bu məhbusun özünü olduğundan yüksək qiymətləndirməsini və yüksək iddia səviyyə­sinə malik olmasını göstərir. Əks nəticə isə məhbusun özünü olduğundan aşağı qiymətləndirməsini, onun qrupda mövqeyinin əlverişsiz olmasını, emosional qeyri- məmnunluq yaşamasını göstərir.

Yüklə 168,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin